Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Çörəklərin içində narkotik gizlətdilər

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

“Son seçkilər Ermənistanı Rusiyadan daha çox asılı vəziyyətə saldı...” ANALİTİK

“Son seçkilər Ermənistanı Rusiyadan daha çox asılı vəziyyətə saldı...” ANALİTİK

Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.

“Rusiya istəsəydi, özünə bağlı qüvvələri vahid cəbhədə birləşdirib Paşinyanı hakimiyyətdən tamamilə uzaqlaşdıra bilərdi...”

“2021-ci ildə Konstitusiya dəyişikliyi üçün Paşinyana sadəcə daha 2 deputat lazım idi. Son 5 il ərzində Paşinyan bu iki əskik deputatı öz tərəfinə çəkib Konstitusiya dəyişikliyini parlament yoluyla reallaşdıra bilmədi...”

“İrəvan Rusiya ilə münasibətlərini kəsməyənə qədər Avropa da, ABŞ da onunla ciddi əlaqələr qurmaz, beləcə, Cənubi Qafqazın küncündə dalan dövlətə çevrilməkdən, Rusiya və İranın forpostu kimi yaşamaqdan xilas olmaz...”

“Ermənistandakı son parlament seçkilərinin nəticələrini necə dəyərləndirirsiz? Rusiyanın təzyiq və mümkün təxribatları fonunda proseslərin inkişafını necə görürsüz?”

Bu suallarla müraciət etdiyimiz siyasi şərhçi Heydər Oğuz Moderator.az-a açıqlamasında aşağıdakı fikirləri səsləndirib:

“Hesab edirəm ki, Rusiya bu seçkilərlə əslində istədiyinə nail oldu. Bəziləri seçkilərdə Paşinyanın qələbə qazandığını, bundan sonra rahatlıqla öz hökumətini quracağını və mühüm islahatlara gedəcəyini düşünür. Məncə isə, vəziyyət ifadə olunduğu qədər ürəkaçan deyil. Məsələ burasındadır ki, 2021-ci ildə keçirilən parlament seçkilərində Paşinyanın partiyası 69 deputat yeri qazanmışdı. Builki seçkilərdə isə həmin göstərici 61-ə endi. Nəticə etibarilə “Vətəndaş sazişi” partiyası 8 deputat itirdi. Bu isə ciddi itkidir və Paşinyanı daha zəif hala gətirir. Paşinyan əldə etdiyi bu nəticə ilə hökumət qura bilər, amma qarşısına qoyduğu bir çox prioritet məsələləri həll edə bilməz...”

Analitikin fikrincə, Paşinyanın bu səfərki hakimiyyəti dövründə 3 prioriteti var: 

“Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılması, Rusiyaya həddindən artıq asılılığın azaldılması, dolayısıyla Zəngəzur dəhlizinin açılması və AB, ABŞ ilə əlaqələrin dərinləşdirilməsi. Bəzi erməni ekspertlər məhz bu prioritetləri əsas gətirib son seçkiləri təkcə Ermənistan hökumətinin qurulmasının deyil, həm də ölkənin strateji orientasiyasının seçimi kimi qiymətləndirirdilər. Amma əldə olunan nəticələr Paşinyana öz prioritetlərini reallaşdırmağa imkan vermir. Çünki bunun üçün Paşinyana Konstitusiyanı dəyişdirəcək qədər deputat lazımdır. Ermənistan Konstitusiyasına görə, bu, 2 yolla həyata keçirilə bilər. Ya Paşinyan öz ətrafına deputatların üçdə ikisini toplayıb məsələni parlamentdə həll etməli, ya da deputatların 5-də 3-nün səsi ilə referenduma getməlidir. Birinci halda ona 71, ikinci halda isə 65 deputat lazımdır. Paşinyanın partiyasının isə cəmi 62 deputatı var. Başqa sözlə, o, öz prioritetlərini həyata keçirmək üçün müxaliflərinin qapısını döyməlidir. Müxaliflər isə Rusiyanın adamlarıdır və onlar Moskvanın razılığını almadan Paşinyanla kompromisə gedə bilməzlər. Belə çıxır ki, son parlament seçkiləri Ermənistanın Rusiyadan asılılığını nəinki azaltmadı, əksinə, onu daha çox asılı vəziyyətə saldı...”.

Heydər Oğuz xatırladıb ki, 2021-ci il seçkilərində Paşinyanın partiyası 69 deputat yeri qazanmışdı: 

“Konstitusiya dəyişikliyi üçün ona sadəcə daha 2 deputat lazım idi. Son 5 il ərzində Paşinyan bu iki əskik deputatı öz tərəfinə çəkib Konstitusiya dəyişikliyini parlament yoluyla reallaşdıra bilmədi. Referendum qərarı üçün tələb olunan 65 deputatı olduğu halda, bu istiqamətdə də hər hansı addım atmadı. O zaman zəmanətimiz nədir ki, 2021-ci ildən 2026-cı ilə qədər 2 deputatı belə, inandıra bilməyən Paşinyan indi 8-9 deputatı öz təklifinə razı sala biləcək? Beyni türk düşmənçiliyi ilə yoğrulmuş erməni xalqının ən böyük güvənc yerləri olan Moskvanın iradəsinə qarşı çıxaraq Türkiyənin və Azərbaycanın himayəsinə sığınacağına inanmaq isə sadəlövlükdür. Məncə, Paşinyan da, erməni millətçiləri də saxta sülh gündəmi ilə vaxt uzadır. İşin sonunda “Mən nə edim? Erməni xalqı mənimlə razılaşmır və mən xalqın iradəsinə qarşı çıxa bilmərəm” deyib danışıqlardan çəkiləcək, beləcə, sülh təşəbbüsləri dərin xəyal qırıqlığı ilə əvəz olunacaq...”

Siyasi şərhçinin fikrincə, Moskva heç bir halda Paşinyana öz prioritetlərini həyata keçirməyə imkan verməz və erməni xalqı isə Kremlin yeni tələblərini geri çevirə bilməz: 

“Rusiya rəsmiləri İrəvanla Bakının barışmasını və bir-biriylə yaxınlaşmalarını istəmədiklərini heç gizlətmirlər də. Onlar açıq şəkildə Ermənistanın Avropaya inteqrasiyasını Rusiyanın milli maraqlarına uyğun olmadığını bildirir və Paşinyan Qərbə doğru addım atarsa, onunla bütün iqtisadi əlaqələrini dayandıracaqlarını bəyan edirlər. Bu isə Ermənistan üçün ölüm deməkdir. Rəsmi Bakı da öz növbəsində haqlı olaraq Konstitusiya dəyişikliyi baş verməsə, Ermənistanla münasibətlərin düzəlməyəcəyini və sülh sazişini imzalamayacağını açıq şəkildə dəfələrlə ifadə edib. Azərbaycanla sülh sazişi bağlanmasa, Türkiyə ilə sərhədlərin açılması İrəvanın beynəlxalq ticarət yollarının tərkib hissəsinə çevrilməsinə kifayət etməyəcək. İrəvan, uzaqbaşı, Türkiyə ilə ticarət əlaqələri qura, öz mallarını Avropaya çıxara bilər, amma Qərblə Şərq arasında kommunikasiya körpüsü yarada bilməz. Bu isə Ermənistana heç nə qazandırmaz. Ən əsası isə, İrəvan Rusiya ilə münasibətlərini kəsməyənə qədər Avropa da, ABŞ da onunla ciddi əlaqələr qurmaz, beləcə, Cənubi Qafqazın küncündə dalan dövlətə çevrilməkdən, Rusiya və İranın forpostu kimi yaşamaqdan xilas olmaz. Təbii ki, Qərblə müharibədə getdikcə zəifləyən bu iki müttəfiqlə əməkdaşlıq İrəvan üçün yaxşı aqibət vəd etmir”.

Siyasi şərhçinin fikrincə, Moskva Paşinyan hökumətinə qarşı nə qədər aqressiv mövqe tutmuş kimi görünsə də, onu qəsdən bu ikiləm qarşısında qoyan da elə Rusiyadır: 

“Rusiya istəsəydi, özünə bağlı qüvvələri vahid cəbhədə birləşdirib Paşinyanı hakimiyyətdən tamamilə uzaqlaşdıra bilərdi. Hər halda Ermənistanda keçirilən parlament seçkilərinin nəticələri bunu deməyə zəmin hazırlayır. Belə ki, Paşinyan bu seçkilərdə seçicilərin 50%-ə qədərinin səsini qazana bilmədi. Halbuki, onun rəqiblərinin demək olar, hamısı Rusiya meylli qüvvələr idi. Məntiqlə, Moskva onların hamısını vahid mərkəzdə birləşdirsəydi, özünə bağlı qüvvələrə qələbə qazanmaq imkanına malik idi. Amma bu imkandan istifadə etmədi. Proksi qüvvələrinin seçkilərdə pərakəndə iştirakına “yaşıl işıq” yandırdı. Nəticədə yüyəni Qərbin əlində olan Paşinyanı özünə daha sıx bağladı. Nəhayət, Ermənistanın Qərb tərəfdən dəstəklənməsi və ona maliyyə yardımı ayrılması kimi məsələləri öz boynundan atdı. Hazırkı durumda İrəvanı “yemləyən” Qərb, ondan yararlanan isə Rusiya olacaq. Müqayisə kobud çıxsa da, bu durum ona bənzəyir ki, öz atını düşmən qonşunun tövləsində saxlayırsan, at qonşu həmcinslərinin payını yeyir, onu minən isə sən olursan. Və yaxud öz yumurtasını başqa yuvaya qoyan ququ quşu kimi öz valideynlik borcunu özgəsinə yükləyirsən. Təbiətşünaslıq elmində buna "çoxalma parazitləri" deyilir. Ukrayna savaşında böyük iqtisadi itkilərlə üzləşən Moskva, görünür, öz forpostunu saxlamaq sahəsində eynilə ququ quşları kimi müftəxorluğa üstünlük verməyə çalışır...”

“Bəs, ABŞ və Avropa İttifaqı kimi kapitalist ölkələr Kremlin bu fırıldağına aldanacaqmı? Sanmıram. Onlar da bir müddətdən sonra yəqin ki, rus rəsmiləri kimi İrəvana “iki qucaqda eyni anda otura bilməzsən, lütfən sənə ən isti gələn qucağı seç” deyəcəklər. Ermənistanın əsl fəlakəti də məhz onda başlayacaq. Dünya gücləri arasındakı bu amansız rəqabət Ermənistanı vətəndaş müharibəsinə belə, sürükləyə bilər. Paşinyan və onun xalqı üçün əsl seçim bundan sonra başlayır – ya rus qucağını, ya da Avropa vassallığından birini seçməlidir. Məncə, ermənilər üçün ən optimal yol rus-fars qucağına yox, Türk ocağına sığınmaqdır. Amma bu xəyallarını reallaşdıra biləcəklərmi? İrəvanın qarşısında dayanan ən ağrılı sual budur”, - deyə Heydər Oğuz vurğulayıb.

Sultan Laçın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:178
embedMənbə:https://moderator.az
archiveBu xəbər 12 İyun 2026 10:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see350

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see290

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see282

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see280

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see263

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see260

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see255

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see248

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see248

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see245

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see231

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see228

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see222

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see214

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see211

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see208

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see205

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see201

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see200

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri