Icma.az
close
up
RU
Analitik: İrana qısamüddətli zərbə planı gündəmdədir

Analitik: İrana qısamüddətli zərbə planı gündəmdədir

Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.

ABŞ diplomatik nəticə əldə etmədikcə, hərbi ssenari güclənir

İranla silahlı münaqişəyə qarşıyam. Lakin nüvə proqramı ilə bağlı fikir ayrılıqlarını həll etmək üçün bu ölkə ilə razılaşmanın mümkünlüyünə şübhə edirəm. Bunu ABŞ Prezidenti Donald Tramp deyib. O bildirib ki, deyəsən, onlar vaxtı uzadır: "Bu, təəssüf doğurur. İndi bir neçə ay əvvəl olduğum qədər arxayın deyiləm. Onlara nəsə oldu və indi razılaşmanın həyata keçəcəyinə daha az inanıram. Lakin onlar razılığa gəlməsələr belə nüvə silahına sahib olmayacaqlar. Gəlsələr, yenə də onlarda nüvə silahı olmayacaq, başa düşürsünüz? Onların heç bir yeni nüvə silahı olmayacaq, ona görə də bu baxımdan heç bir fərq yoxdur. Əlbəttə, hər şeyi müharibəsiz, qurbanlar olmadan həll etmək daha yaxşı olardı, bu, həmişə üstünlük təşkil edir. Sadəcə, onlarda müqavilə bağlamaq istəyini görmürəm. Düşünürəm ki, səhv edirlər, amma görəcəyik. Bunu zaman göstərəcək". "Washington Post" məlumat yayıb ki, ABŞ İranın zərbə endirə biləcəyi məsafədə yerləşən bütün səfirliklərinə fövqəladə hallar komitələrini çağırmağı tapşırıb. Məlumata əsasən, ABŞ sözügedən səfirliklərə risklərin azaldılması üçün görülən tədbirlər barədə Vaşinqtona hesabat göndərməyi də tələb edib. Məlumatda bildirilib ki, ABŞ İranın zərbə endirə biləcəyi məsafədə olan bütün səfirliklərinə fövqəladə hallar komitələrini çağırmağı və riskləri azaltmaq üçün hansı tədbirlər gördükləri barədə Vaşinqtona məlumat göndərməyi tapşırıb. İranın İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Baş komandanı Hüseyn Səlami bildirib ki, Tehran istənilən ssenariyə hazırdır, hərbi strategiyası var. Onun sözlərinə görə, İran istənilən səviyyədə müharibəyə hazırdır: “Düşmənə xəbərdarlıq edirik ki, heç bir səhvə yol verməsin və nəticələrini diqqətlə düşünsün. Düşmən bizi hərbi təhdid edir, biz istənilən ssenariyə və vəziyyətə hazırıq”. ABŞ-İran danışıqları prosesində vasitəçi kimi çıxış edən Oman xarici işlər naziri Bədr əl-Busaidi bildirib ki, tərəflər arasında Tehranın nüvə proqramı üzrə danışıqların altıncı raundu iyunun 15-də Maskatda keçiriləcək. Nazir özünün "X" sosial media səhifəsində yazıb: “İran-ABŞ danışıqlarının altıncı raundunun bu bazar günü Maskatda baş tutacağını təsdiq etməkdən məmnunam”.


Siyasi şərhçi Asif Nərimanlı Sherg.az-a deyib ki, Vaşinqton-Tehran danışıqlarının altıncı raundunun planlaşdırılması fonunda İran ətrafında hərbi ssenarilərin aktuallaşması diqqət çəkir. Ekspert vurğulayıb ki, Tehrana hərbi müdaxilə ssenarisində Təl-Əviv və Vaşinqtonun uzlaşmadığı məlumdur: 


"Tramp hücum ssenarisini hazırlayan Netanyahu hökumətini İranla diplomatik həll yolu tapacağı vədi ilə dayandırıb. ABŞ üçün İrana hərbi müdaxilənin çətinlikləri var. İranla mümkün müharibənin nəticələrini proqnozlaşdırmaq çətindir. Ukrayna müharibəsi bitmədən İranla müharibə ikinci cəbhənin açılması, o cümlədən, Moskva-Tehran-Pekin əməkdaşlığının güclənməsi risklərini yaradır. Hətta Avropa da məsafəli şəkildə bu cəbhədə yer ala bilər. ABŞ Rusiya ilə anlaşma olmadan bu ssenarinin tətbiqindən ehtiyatlanır. Yaxın Şərqdə İrandan müəyyən “missiyalar” üçün də yararlanır: bura İsrailə qarşı balansın yaradılması, eləcə də körfəz ölkələrinin “təhükəsizlik ehtiyacları”nın daim aktual saxlanılması və ABŞ-nin orbitindən çıxmaması kimi amilləri daxil etmək olar. Vaşinqtonda bunun əksini düşünənlər və hərbi ssenarini dəstəkləyənlər olsa da, 5 raundluq danışıqlar “diplomatik həll” variantı üzərində qərar verildiyi deməkdir. Hərçənd, 5 raundluq danışıqlarda heç bir nəticə əldə edilməyib, Xameneinin son açıqlaması da ümidləri azaldır. Bunun fonunda iki məqam diqqət çəkir".


A.Nərimanlı hesab edir ki, 5 raundluq danışıqlarda nəticə əldə edə bilməyən ABŞ İrana qısamüddətli hücuma icazə verməklə Tehranı növbəti raundda razılaşmaya məcbur etməyi düşünür: 

"Trampın son açıqlaması xəbərdarlıq, həm də mümkün hücumda “alibi” qazanmaq kimi oxuna bilər. Pentaqonun “İran nüvə silahını yaratmaq istiqamətində aktiv addımlar atır” açıqlaması da bu kontekstdə təsdüfi deyil. Hadisələr İrana hücum ehtimalını gücləndirir. ABŞ Yaxın Şərqdəki diplomatlarını təxliyə edir. İraqdan təxliyə edildiyi, Küveytdə hazırlığın görüldüyü haqda məlumatlar var. “Röyters” İsrailin bir neçə gün ərzində zərbələr endirəcəyini yazır. “CBS” ABŞ rəsmilərinin İsrailin İrana hərbi əməliyyat keçirməyə hazır olduğu haqda məlumat əldə etdiyini bildirir. İranı masada razılaşmaya məcbur etmək məqsədilə hərbi zərbələrin endirilməsi baş verə bilər".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:208
embedMənbə:https://sherg.az
archiveBu xəbər 13 İyun 2025 09:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see296

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see282

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see267

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see258

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see257

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see246

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see236

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see232

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see229

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see228

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see226

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see221

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see219

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see214

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see213

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see210

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see205

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see203

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see191

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri