Icma.az
close
up
RU
Analitik: İranın Avropa dövlətlərinə bu şəkildə reaksiya verməsi başa düşüləndir

Analitik: İranın Avropa dövlətlərinə bu şəkildə reaksiya verməsi başa düşüləndir

Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.

Almaniya və Fransanın Tehrandakı səfirləri, həmçinin Britaniyanın Tehrandakı müvəqqəti işlər vəkili İran Xarici İşlər Nazirliyinə çağırılıb.

Bu barədə İran mediası məlumat yayıb.

Buna səbəb BMT Təhlükəsizlik Şurasının İranın nüvə proqramı ilə bağlı keçirdiyi qapalı iclas olub.

İran Xarici İşlər Nazirliyinin Beynəlxalq Sülh və Təhlükəsizlik Baş direktorluğu bu üç ölkəni məsuliyyətsiz və təxribatçı yanaşmada ittiham edib və kəskin etirazını bildirib.

“İranın nüvə proqramı ilə bağlı Təhlükəsizlik Şurasının qapalı iclasının keçirilməsi heç bir texniki və hüquqi əsasa malik deyil və ABŞ-ın birtərəfli və gərginlik yaradan yanaşmalarına uyğun olaraq təxribat və siyasi hərəkət hesab olunur”, - İran XİN-i qeyd edib.

Xatırladaq ki, martın 13-də İranın nüvə proqramı ilə bağlı iclas Şuraya üzv olan 15 ölkədən altısının, o cümlədən ABŞ, Böyük Britaniya, Fransa, Cənubi Koreya, Yunanıstan və Panamanın tələbi ilə keçirilib.


Siyasi şərhçi Həşim Səhrablı "Sherg.az"a bildirib ki, İranın Avropa dövlətlərinə bu şəkildə reaksiya verməsi başa düşüləndir:


"Əgər Rusiya ilə ABŞ Ukrayna məsələsində razılığa gələrsə, Vaşinqtonun diqqəti İran məsələsinə yönələcək. Hətta bir neçə dəfə Trampın dilindən də rəsmi şəkildə eşitmişik ki, Tehranın hərəkətlərinə qarşı konkret addımlar atmaq lazımdır. Ona görə də ABŞ-nin bütün aqressiyasının Tehran və Pekin üzərində toplanacağı geosiyasi reallıqdır. İran bu təzyiqlərdən yaxa qurtarmağa çalışır. Bir müddət öncə Tehran Qərb dövlətləri ilə müəyyən əlaqələr yaratmağa, razılıqlar əldə etməyə çalışdı. Lakin görünür ki, bu səylər də uğurlu olmadı. Baxmayaraq ki, son dönəmlər Qərbin siyasəti ABŞ ilə Ukrayna arasında müəyyən təzadlar yaratdığı ortaya çıxdı. Amma sırf İran siyasətində Vaşinqton və Qərb eyni nöqtədə dayanırlar. Digər tərəfdən bu gün nüvə silahına sahib olmaq  məsələsi bir növ suverenliyin qarantiyasıdır. Çünki Rusiya bütün dünyanın gözü önündə lider ölkələri heçə sayaraq Ukraynaya hücum etdi. Kimsənin ona qarşı cavab tədbiri görməyə cəsarəti olmadı. İran da düşünür ki, əlində bu qədər imkan varkən və bu məsələdə texnoloji inkişaf yaşamışkən niyə nüvə silahını hazırlamasın. Bu isə Qərb, ABŞ, hətta İranın tərəfdaşı saya biləcəyimiz Rusiyanın xoşuna gəlməyən addımdır. Çünki nüvə dövlətləri üçün onun az yayılması milli maraqları üçün vacib məsələdir. Onlar istəmirlər ki, hər hansısa digər dövlətin nüvə silahı olsun. Belə olan halda dünya ağalığı uğrunda mübarizəyə əlavə oyunçuların qatılması deməkdir. İndiki halda İran tərəfi bütün çətinliklərə baxmayaraq nüvə silahı əldə etməyə çalışır. Bu gün Tehranda Çin, Rusiya və İran görüşünün baş verməsi də təsadüfi deyildi. Pekin və Moskva da Tehrandan tələb edəcəklər ki, nüvə silahına sahib olmaq fikrindən əl çəksin. Amma bunun qarşılığında ona iqtisadi və digər sahələrdən çökməsinin qarşısını almaq üçün alternativlər təklif edəcəklər. İran tərəfi Qərbdən bunu görmədi. Çünki oradakı mollakratiya, şovinist rejim hər halda Qərb dövlətlərinin maraqları baxımından da qəbul edilmir. Odur ki, bu cür aqressiyalı vəziyyət ortaya çıxır".


Şərhçinin fikrincə, bundan sonra Tehranın ABŞ siyasətində köklü dəyişikliklər baş verməyəcək:

"Çünki İran fərqindədir ki, Rusiya və Çin üçün çox effektiv olar ki, Qərb ilə toqquşma məhz bu dövlət üzərindən baş versin. Çünki nəticədə ruslar və çinlilər heç bir itki vermədən Qərbdəki rəqiblərinə zərbə vura bilərlər. Eyni zamanda İran bilir ki, bu münaqişədən heç vaxt qalib ayrıla bilməz. Yəni ABŞ-a, dolayısı ilə İsrailə, Qərbə qarşı savaş rejim, hakimiyyət olaraq məhvinə gətirib çıxaracaq. Ümumiyyətlə İran yenə də ənənəvi siyasətinə davam edəcək. Özünə qarşı olan bəyanatlara qarşı istər de-fakto, istərsə də de-yure cavablar verəcək. Eyni zamanda Tramp mahiyyət etibarilə qeyri-səlist siyasətçidir. Hər an qərarını, hədəf nöqtəsini dəyişə bilər. Ona görə də Ağ Evin sahibi hansı addımı atacaqsa, İran hakimiyyəti də buna uyğun davranacaq".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://sherg.az
archiveBu xəbər 14 Mart 2025 16:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see272

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see260

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see255

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see241

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see232

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see220

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see216

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see192

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see188

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see181

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see181

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see180

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see166

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see161

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see156

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see146

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see144

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see138

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see136

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri