Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

Bazar 60 faiz kiçilib...

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Diş minasını bu üsulla bərpa etmək OLAR

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

Röya bu gün açıq havada konsert verəcək Foto

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

Zəfər Gününə həsr olunan fləş mob Video

Uşaqlıq xatirələri həyatımıza yön verir

Netanyahu Trampla görüşdən güclənmiş şəkildə çıxdı Analitik

Netanyahu Trampla görüşdən güclənmiş şəkildə çıxdı Analitik

Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.

İsrailli analitiklər hesab edirlər ki, Baş nazir Binyamin Netanyahu ABŞ Prezidenti Donald Trampla keçirdiyi görüşdən həm daxili siyasi mövqeyi, həm də İrana qarşı mümkün hücum planları baxımından qazanc əldə edib. Bununla yanaşı, analitiklər vurğulayırlar ki, Vaşinqton Qəzza məsələsində İsrailin mövqeyini tam şəkildə qəbul etmir.

Sherg.az xəbər verir ki, Netanyahu ilə Tramp arasında bazar ertəsi axşamı Florida ştatında baş tutan görüş İsrail mediasında geniş təhlil olunub. Ekspertlər Trampın Netanyahuya ünvanladığı ardıcıl tərifləri “siyasi himayə” kimi dəyərləndirərək, bunun İsrailin 2026-cı ildə mümkün erkən seçkilərə hazırlaşdığı bir dövrdə xüsusi əhəmiyyət daşıdığına diqqət çəkiblər.

Mövcud parlamentin səlahiyyət müddəti normal şəraitdə gələn ilin oktyabrında başa çatır. Lakin İsraildə bir sıra şərhçilər seçkilərin irəli çəkilərək 2026-cı ilin iyununda keçirilə biləcəyini istisna etmirlər.

Tramp Netanyahu ilə birgə keçirdiyi mətbuat konfransında bildirib ki, İran nüvə potensialını artırmaqda davam edər və razılaşmaya yanaşmazsa, “sürətli hərbi zərbəni” dəstəkləyə bilər.

Qəzza mövzusuna toxunan Tramp sülh razılaşmasının sürətlə irəlilədiyini, HƏMAS-ın silahsızlandırılması mövzusunda qəti mövqe sərgilədiklərini vurğulayıb. O, Qəzzanın yenidən qurulmasının “tezliklə başlayacağını” desə də, bununla bağlı konkret tarix açıqlamayıb və məsələni Netanyahu ilə müzakirə edəcəyini bildirib.

Tramp Netanyahua siyasi dəstək verdi

“Maariv” qəzetinin siyasi icmalçısı Mati Tuxfeld yazısında qeyd edib ki, Tramp təkcə İsraili dəstəkləməklə kifayətlənməyib, eyni zamanda Netanyahunu üstünlük verdiyi lider kimi qəbul edib, Qəzza və İran siyasətində onun mövqeyini bölüşüb və faktiki olaraq İsrail seçkilərinə təsir göstərib.

Tuxfeldin fikrincə, Trampın sərt və açıq mesajları Netanyahunun mümkün seçki qələbəsinin Tramp üçün İsrailin təhlükəsizliyi qədər əhəmiyyətli olduğunu nümayiş etdirir. O vurğulayıb ki, Trampın Netanyahuyla bu yaxın münasibəti Likud Partiyasının seçki kampaniyası boyunca davam edəcək və Netanyahu bunu öz siyasi strategiyasının əsas elementinə çevirməyə çalışacaq.

Analitik əlavə edib ki, Netanyahu İsrail ictimaiyyətinə öz vəzifədə qalmasının yalnız şəxsi və ya partiya maraqları üçün deyil, “milli maraqların tələbi” olduğunu anlatmağa cəhd göstərəcək.

İran və Qəzza məsələsi

“Yedioth Ahronoth” qəzetinin analitiki İtamar Ayxner isə Trampın Netanyahua İrana hücum üçün “yaşıl işıq” yandırdığını iddia edib. Ayxner Trampın Netanyahuya qarşı irəli sürülən korrupsiya ittihamları ilə bağlı onun əfv olunmasına çağırış etdiyini də xatırladıb.

Qəzza məsələsinə dair Ayxner bildirib ki, Tramp İsrailin atəşkəs razılaşmasının ikinci mərhələsinə keçidi Qəzzada saxlanılan son israilli əsirin nəşinin qaytarılması ilə birbaşa əlaqələndirmir. Halbuki Təl-Əviv rəhbərliyi bu məsələni ikinci mərhələyə keçid üçün ön şərt kimi irəli sürməkdə davam edir.

HƏMAS isə həmin nəşin tapılmasının iki illik bombardmanlar nəticəsində yaranmış dağıntılara görə vaxt tələb etdiyini bildirir.

Siyasi hesablamalar

“Walla” saytının yazarı Barak Seri Trampın Netanyahua göstərdiyi dəstəyi Qəzzada razılaşmanın ikinci mərhələsinə keçid və bölgənin bahalı yenidən qurulması ilə bağlı siyasi hesablamalar kontekstində dəyərləndirib.

Serinin fikrincə, Tramp sülh, regional sabitlik və müharibələrin başa çatmasını istəyir, buna görə də Netanyahua geniş təriflər verməyə hazırdır. Lakin bu siyasi yaxınlığın nə qədər davam edəcəyini zaman göstərəcək.

Analitik qeyd edib ki, Netanyahu 7 oktyabr hadisələrindəki uğursuzluqlara baxmayaraq, Trampla görüşdən onun açıq dəstəyi sayəsində “özünə inamla və məmnun şəkildə” ayrılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://sherg.az
archiveBu xəbər 01 Yanvar 2026 18:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see828

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see290

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see287

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see281

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see271

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see271

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

06 Noyabr 2026 17:20see253

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see243

Diş minasını bu üsulla bərpa etmək OLAR

06 Noyabr 2026 17:32see242

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see223

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see221

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see218

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see213

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see207

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see204

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see203

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see197

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see195

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see187

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri