Icma.az
close
up
RU
Analitik: İsrail və Həmas həm atəşkəsdən yana çıxış edir, həm də silahı yerə qoymur

Analitik: İsrail və Həmas həm atəşkəsdən yana çıxış edir, həm də silahı yerə qoymur

Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Fələstinin HAMAS hərəkatı Misirdən olan vasitəçilərlə danışıqlarda İsraillə Qəzzada atəşkəs haqqında razılaşmanın qüvvədə qalması ilə bağlı konsensus əldə edib. Bu barədə “The Jerusalem Post” nəşri yazıb. Bunun müqabilində əraziyə humanitar yardım və yanacağın idxalına icazə veriləcək. Qeyd edək ki, fevralın 10-da HAMAS-ın təmsilçiləri həmin ayın 15-də evlərinə qayıdacaq fələstinli girovların azadlığa buraxılması məsələsinin təxirə salındığını açıqlayıb. Buna səbəb kimi İsrail tərəfinin əldə olunan razılaşmaları pozduğu və bölgəyə humanitar yardımların vaxtında çatdırılmadığı göstərilib. Fevralın 11-də İsraillin Baş naziri Benyamin Netanyahu Qəzzada intensiv hərbi əməliyyatların bərpa oluna biləcəyini istisna etməyib. Bundan 4 gün sonra isə Qətərin xarici işlər naziri Məhəmməd bin Əbdülrəhman al-Tani bildirib ki, tərəflər girovların azad edilməsi və atəşkəs barədə razılığa gəlib. Sənəddə razılaşmanın 42 gün davam edəcək birinci mərhələsində HAMAS-ın 33 İsrailli girovu rəsmi Təl-Əvivin saxladığı fələstinlilərlə mübadiləsini həyata keçirəcəyini açıqlayıb. Bu əsnada sonuncu mübadiləsi fevralın 8-də baş tutub.


Hərbi-siyasi ekspert Həşim Səhrablı “Sherg.az”a söyləyib ki, diqqət yetirilməli olduğumuz əsas məqam Qəzzada əldə edilmiş atəşkəs razılaşmasının bəzən pozulacağı, bəzən isə razılaşmaya əməl olunacağı ilə bağlı açıqlamaların verilməsidir:


“Bu isə normal haldır, çünki bölgədə o qədər qeyri-sabit status-kvo var ki, tərəflər hər zaman bütün ehtimalları dəyərləndirərək addımlar atırlar. Məsələn, İsrail hazırda düşünür ki, bölgədəki status-kvo onların maraqlarına uyğundur. Yəni onlar Həmasa ciddi ziyan vurublar, Qəzza zolağının böyük bir qismində üstünlüklərini qurublar və bölgədə faktiki dominantlıq edirlər. Digər tərəfdən indiki atəşkəs rejimində Həmas dağılmış və müəyyən qədər ciddi problemlərlə qarşılaşmış qüvvələrini yenidən vahid mərkəzə toplaya bilər. Ona görə daima bölgədə öz maraqlarına uyğun addımlar atırlar. Eyni zamanda Həmas tərəfi  atəşkəsdən razı olduqlarını bildirməklə bölgədəki əməliyyatların tez bir zamanda başa çatmasına nail olmaq istəyirlər. Burada məqsəd daha çox canlı qüvvə itirmədən və enerji xərcləmədən öz maraqlarını bölgədə təmin etməkdən ibarətdir. Hazırki status-kvoda sözügedən proses real görünür, çünki atəşkəs əldə olunana qədər hər zaman İsrailin üstünlüyünü görürdük. Lakin Həmas hərəkatı hazırda atəşkəsin əldə olunduğu reallığın onun maraqlarına zid olmaması üçün çalışır. Atəşkəs rejimində belə tərəflərin biri-birinə zid olması durumunda hər iki tərəf həm atəşkəsdən yana çıxış edirlər, həm də silahı yerə qoymurlar. Bir müddət sonra xarici qüvvələr münaqişəni bitirmək üçün ciddi mövqe ortaya qoymasalar, yenidən qarşıdurmaların şahidi ola bilərik”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:209
embedMənbə:https://sherg.az
archiveBu xəbər 13 Fevral 2025 16:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see379

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see281

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see266

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see255

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see251

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see246

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see242

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see241

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see235

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see226

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see215

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see204

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see201

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see201

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see199

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see199

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see199

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see191

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see189

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri