Icma.az
close
up
RU
Analitik: Qərbin hərbi yardımlarının hədəfi Ermənistanın Azərbaycanla yeni müharibəsidir

Analitik: Qərbin hərbi yardımlarının hədəfi Ermənistanın Azərbaycanla yeni müharibəsidir

Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Gürcüstanda keçirilən seçkilərdə Qərbin Rusiyaya uduzması fonunda Qərbin Cənubi Qafqazla bağlı aqressiv siyasətini daha da gücləndirəcəyi şübhəsiz idi. Qərb Rusiya qarşıdurmasının Cənubi Qafqaz meydanı Ukrayna cəbhəsindən fərqli olaraq hələki siyasi-diplomatik müstəvidə davam etsə də, onun açıq hərbi gərginliyə keçəcəyi ehtimalı da var”. 


Bu barədə “Sherg.az”a açıqlamasında siyasi ekspert Vüqar Dadaşov məlumat verib.  


Ekspertin sözlərinə görə, Qərb Cənubi Qafqazla bağlı planlarını Ermənistan üzərindən həyata keçirmək niyyətindədir:


 “Polşa XİN başçısı Andrey Dudanın İrəvan səfəri heç də  iki tərəfli xarakter daşımır sözsüz ki, Avropa İttifaqının, Kollektiv Qərbin nümayəndəsi qismində Ermənistana səfər edib. Aİ-nın Ermənistanda missiyası ilin sonunda başa çatmalıdır. Andrey Dudanın Polşanın da Ermənistandakı Aİ-nın missiyasına qoşulma ehtimalını müzakirə etməsi əlbəttəki Aİ-nın Ermənistandakı missiyasının uzadılacağını göstərir. Hərçənd ki, Polşa missiya qoşulmasaydı da Aİ Ermənistanda mülki missiya adı ilə öz hərbi mövcudluğuna son verən deyildi əksinə Cənubi Qafqazda daha da əsaslı şəkildə oturuşmaq hədəfləyir. Ermənistan rəsmilərinin son açıqlamaları isə göstərir ki, regionda yeni müharibə ehtimalı artır. Fransa, Yunanıstan, Hindistan, İran, ABŞ, və digər Qərb dövlətləri Ermənistana açıq hərbi yardımlarının hədəfi təbii ki, Ermənistanın Azərbaycanla yeni müharibəsidir”.


Qərb - Rusiya qarşıdurmasının Ukrayna cəbhəsində dərinləşdiyini xatırladan V. Dadaşov bəzi kəşfiyyat məlumatlarına istinadən qeyd edib ki, həm Rusiya, həm də Ukrayna yeni hücum planları hazırlayır: 

“Kollektiv Qərb artıq Ukraynaya verdiyi ciddi və hücum silahlarından istifadəyə icazə verib. Donald Trampın ABŞ-ın yenidən prezident seçilməsi Co Bayden iqtidarını qısa müddətdə Ukraynada vəziyyəti elə həddə çatdırmamağa məcbur edib ki, geriyə, tərəflər arasında danışıqlar mümkün olmasın. Maraqlısı da odur ki, Rusiya əvvəllər Qərbin Ukraynaya dəstək və ciddi silahlar verəcəyi halda nüvə silahından istifadə edə biləcək ehtimalını dilə gətirirdi. Ancaq, Rusiya baş verənlərin əksinə olaraq son vaxtlar nüvə ritorikasından uzaqlaşıb. O ki, qaldı İsrailin Yaxın Şərq müharibəsinə əlbəttə ki, bu müharibə də geniş mənada Kollektiv Qərbin planlarına uyğun aparır. Qərbin planları İsrail dövlətinin milli maraqları üçün əlverişli imkanlar yaratdığı üçün proses vəhdət formasındadır. Son günlər İsraildən atəşkəsin və razılaşmanın mümkünlüyü barədə anonsun verilməsi təbii ki, uğurlu nəticəyə söykənir, həm də dünya ictimaiyyətinin mövqeyi və Beynəlxalq Məhkəmə qərarları Netanyahu hakimiyyətini loyal davranmağa məcbur edir. Hər bir halda hələki, bütünlüklə İsrail - Ərəb müharibəsinin bitməsi ehtimalı yoxdur”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://sherg.az
archiveBu xəbər 26 Noyabr 2024 12:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see255

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see203

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see187

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see181

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see179

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see174

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see168

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see166

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see158

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see155

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see154

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see152

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see147

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see147

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see147

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see146

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see144

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri