Icma.az
close
up
RU
Azərbaycanla Ermənistanın şərti sərhədində binoklla gəzən mülki missiya Qərbin yeni oyunudur

Azərbaycanla Ermənistanın şərti sərhədində binoklla gəzən mülki missiya Qərbin yeni oyunudur

Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Avropa İttifaqı mülki missiyasının adı ilə tez-tez qarşılaşırıq. Azərbaycan-Ermənistan şərti sərhəddində yerləşdirilən bu missiyanın fəaliyyət müddətinin bitməsinə sayılı günlər qalıb. Missiyanın fəaliyyəti müddətində biz bu missiyanın “binokl” diplomatiyası ilə məşğul olduğuna da şahid olduq. Təbii ki, ölkə başçısı öz uzaqgörən siyasəti ilə Azərbaycana qarşı çıxan qüvvələrlə mübarizə aparır. Deputatlar, politoloqlar öz şərhlərini verir. Burada yenə də səsini çıxarmayanlar xaricdə yaşayan azərbaycanlılardır. "Onların səsini eşidən daha çox olar" deyə düşünürəm. Azərbaycana qarşı verilən qərarlara, qətnamələrə qarşı çıxmayan, şəkərbura-paxlava bişirib Novruz bayramını qeyd etməkdən başqa iş görməyən və bütün bunlarla yanaşı, ortada iş olmadan “mən Azərbaycan üçün mübarizə aparıram” deyən çox sayda xaricdə yaşayan azərbaycanlı var...

Hər şey bir kənara, biz Avropa İttifaqının bu mülki adı altında təşkilatlanan missiyası ilə nə edəcəyik?

“Avropa İttifaqının mülki missiyası cənab prezidentin də iştirakı ilə Avropada müzakirə edilib. Burada Fransa prezidenti Makron, Ermənistanın baş naziri və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin də iştirakı ilə keçirilən görüşdə müzakirə olundu. Bu zaman qısa müddətlik Ermənistanda onların yerləşdirilməsi qərara alındı. Sonra da hər birimizin şahidi olduğumuz məsələlər ortaya çıxdı. Belə ki, artıq missiya öz mandatından əlavə funksiyaları icra etməyə başladı və tərkibi genişləndirildi, hərbçilərin sayı çoxaldıldı. Hətta müddəti uzadıldı, dislokasiya olduğu yerləri də genişləndirməyə başladılar”.

Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Vüqar İskəndərov danışıb. Deputat qeyd edib ki, bütün bu məsələlərin əsas ilhamverici qüvvəsi Fransadır.

Vüqar İskəndərov

“Fransa Azərbaycanla Ermənistan arasında sülhün formalaşmasına bütün cəhdlərlə mane olmağa çalışır. Bölgədə sabitliyin olmaması üçün əlindən gələn bütün pislikləri etməklə məşğuldur. Fransa “Minsk” qrupunun üzvü olanda da və bu gün də məsələni sülh yolu ilə həll edilməsinə yox, münaqişənin dondurulmasına və son zamanlar tamamilə Ermənistanın xeyrinə həll etmək üçün çalışırdı. Azərbaycan prezidentinin uzaqgörənliyi, qətiyyəti və Azərbaycan cəmiyyəti birliyilə 2020-ci ildə 44 günlük Vətən müharibəsi və bir günlük lokal antiterror tədbirləri ilə məsələlərə son qoyuldu. Azərbaycan tarixi qələbəsini qazandı və öz ərazi bütövlüyünü bərpa etdi.

Artıq başqa formada bölgəyə təzyiq rıçaqları tapa bilməyən Fransa və digər qüvvələr bu yolla yenidən Azərbaycan və Ermənistanın şərti sərhədinə yerləşməyə başladılar. Qərb öz riyakar simasını ortaya qoydu. Onlar Ermənistanın yanında olmaqla, onu silahlandırmaqla iki ölkə arasındakı münasibətlərə yalnız xələl gətirirlər. Azərbaycan və Ermənistan bir çox vacib yerlərdə, sərhədlərin delimitasiya və demarkasiya olunması, sülh gündəliyindəki bəndlərin işləməsi və təkmilləşməsi üzrə çox yaxşı nümunə ortaya qoydular. Bu da bir daha onu göstərdi ki, vasitəçi olmadan da iki ölkə anlaşa bilər”-deyə deputat bildirib.

Vüqar İskəndərov qeyd edib ki, hazırkı “binokl” diplomatiyasının uğursuz nümayəndələri orada yerləşməklə sülh münasibətlərinə yalnız xələl gətirirlər. Deputat vurğulayıb ki, Azərbaycan Qərbin dəstək verdiyi məsələləri çox yaxşı görür.

“Buna Rusiya-Ukrayna müharibəsini misal çəkə bilərik. Uzun illər Ukraynaya dəstəkdən danışan Qərb artıq Ukrayna kimi böyük bir ölkənin dağılmasına rəvac verib. Artıq bu ölkə kifayət qədər böyük əraziləri itirib, hər gün böyük ərazilər itirir, milyonlarla vətəndaşı qaçqına çevrilib, dünyanın bir çox ölkələrinə səpələnib. Çıxış yolunu göstərən real dəstək olmaması, yalnız münaqişənin uzanmasına yönələn siyasətin həyata keçirilməsi Ukraynanı çox dərin bir bataqlığa salıb və ölkə çox çətin durumdadır”-deyə Vüqar İskəndərov əlavə edib.

“Ermənistan da Ukraynanın vəziyyətini yaxşı görməli və anlamalıdır. Uzun illər işğalçı siyasətlə məşğul olan bu ölkə dünya birliyi içərisində normal dövlət statusunu qazanmaq istəyirsə, qonşuları ilə sülh içində yaşamalıdır. İşğalçılıq siyasəti və niyyətindən tamamilə əl çəkməli, Azərbaycanla olan münasibətlərində Konstitusiyasındakı işğalçılıq və separatçılıq meyllərini kəsib kənara atmalı və real sülhə yönələn siyasət həyata keçirilməlidir. Təəssüflər olsun ki, hələ də Ermənistan Qərbin belə oyunlarına alət olmağa razılıq verir və bu Qərb missiyasını öz ərazisində yerləşdirməklə, onların müddətini uzatmaqla hələlik real və rasional sülhün yanında olmadığını göstərməkdədir. Rəsmi Bakı prosesləri izləyir. Həmin missiyanın vaxtı bitəndən sonra onların Ermənistandan çıxmasını və qeyri-konstruktiv mövqedən çəkinmələrini arzulayır. Ermənistan doğru -düzgün addım atmaq istəyirsə, artıq missiyanın müddətini uzatmamalı və onları ərazisindən çıxarmalıdır”-deyə deputat bildirib.

P.S. Dünyanın müxtəlif ölkələrində yaşayan, qürurla “mən azərbaycanlıyam” deyən, “mən Azərbaycan üçün mübarizə aparıram” deyən hər bir azərbaycanlı çox yox, bircə dəfə etirazını bildirmək üçün bir araya gəlsə, biz çox şey əldə edərik. Necə olur ki, kimsə Azərbaycan əleyhinə danışıb dünyaya səs sala bilir, siz azərbaycanlılar həqiqətləri iki-üç nəfərə çatdıra bilmirsiniz?

İradə Cəlil, Bizimyol.info

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi

Məqalə, Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.

İstiqamət: 6.3.14. diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi

Məqalə, Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.

İstiqamət: 6.3.14. diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 14 Dekabr 2024 21:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see276

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see228

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see200

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see194

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see168

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see163

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see160

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see160

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see154

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see153

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see146

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see143

Qarabag ın baş məşqçisi: Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar

22 Yanvar 2026 01:55see141

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see138

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see137

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see137

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri