Icma.az
close
up
RU
Analitik: Zelenski də, Maduro da qurban veriləcək

Analitik: Zelenski də, Maduro da qurban veriləcək

Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

 Trampın “sürətli sülh planı” Ukraynanı məcburi atəşkəsə aparır

Son günlərdə ABŞ Prezidenti Donald Tramp Latın Amerikasında ciddi hərbi-siyasi manevrlər etməkdədir. Məsələ ondadır ki, Venesuella lideri Maduro 18 ay sonra hakimiyyəti təhvil verməyə hazır olduğunu söyləyib. Tramp administrasiyası isə Maduronun bir qədər sonra deyil, məhz indi istefa verməsini tələb edir. Karakasda vaxt udmağa çalışırlar və mümkün hərbi müdaxilə təhdidi fonunda hakimiyyət dəyişikliyi ilə bağlı dialoqa hazır olduqlarını deyirlər. Bu, Maduro üçün radikal güzəşt sayılsa da, Tramp tərəfindən qəbul edilmir. Vaşinqton hesab edir ki, gecikmə Venesuelada Rusiyanın, Çinin imkanlarını artıracaq. Trampa isə Venesuellanın milyardları lazımdır.

Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov Sherg.az-a deyib ki, Rusiya Venesuelada həm siyasi, həm də enerji sektorunda ciddi təsir imkanlarına malikdir. Ekspertin sözlərinə görə, Moskva üçün Venesuela təkcə ideoloji sahədə müttəfiq deyil, həm də Karib hövzəsində ABŞ-nin qonşuluğundakı strateji dayağıdır:

"ABŞ-nin mümkün hərbi müdaxilə planı gündəmə gələndən sonra Maduronun Moskvaya təcili yardım üçün müraciət etməsi göstərdi ki, Venesuellada "rejim" real təhlükəni hiss edir və Rusiya olmazsa sıxışdırılacağını yaxşı bilir. Moskva isə ilk dəfədir ki, Maduro ilə vidalaşma ehtimalını açıq saxlayır. İstisna deyil ki, Kremlin hesablamasında belə bir məntiq var, ABŞ Ukrayna məsələsində Rusiyanın tələblərini tanıyarsa, Moskva Venesuelada hakimiyyət dəyişikliyinə ciddi etiraz etməyəcək. Bu isə faktiki olaraq ABŞ və Rusiyanın iki müxtəlif materikdə yerləşən böhranlar üzərindən transregional barter aparması anlamına gəlir. Hazırda ABŞ-nin Kiyevə qarşı təzyiqi maksimum həddə çatıb. Gəlin etiraf edək ki, Trampın komandasında hazırlanan 28 maddədən ibarət “sürətli sülh planı”nın əsas xətti Ukraynanın Rusiya ilə atəşkəsə məcbur edilməsidir. ABŞ-nin xarici siyasət fəlsəfəsinin əsasında qlobal nizamın lideri statusunun qorunması dayanır. Hegemon sabitlik nəzəriyyəsi belə bir qənaəti irəli sürür ki, beynəlxalq sistemin nisbətən sabit qalması dominant gücün siyasi, iqtisadi və təhlükəsizlik baxımından mərkəzi rol oynaması ilə bağlıdır. Bu yanaşma, ABŞ üçün qlobal dəniz yollarına, əsas enerji marşrutlarına və beynəlxalq təşkilatların idarə mexanizmlərinə nəzarəti - strateji imperativə çevirir. Rusiyanın geosiyasi davranışı daha çox neorealist çərçivədə izah olunur. Neorealizmə görə dövlətlər beynəlxalq sistemin təzyiqi altında güc balansı formalaşdırır və öz təhlükəsizlik mühitlərini “tampon zonalar” vasitəsilə möhkəmləndirirlər. Rusiya üçün postsovet məkanı təhlükəsizlik baxımından həlledici əhəmiyyət daşıyır. Beləcə, neoklassik realizmə görə dövlətin xarici siyasəti yalnız beynəlxalq sistemdən deyil, daxili siyasi dinamikanın təzyiqindən də formalaşır".

Z.Məmmədov əlavə edib ki, ABŞ-də siyasi elitalar arasında Çinlə rəqabətə fokuslanma ideyası gücləndikcə, Rusiya daha çox regional güc kimi təsvir olunur:

"Rusiyada isə iqtisadi resurs məhdudiyyətləri və siyasi legitimlik ehtiyacı aqressiv xarici siyasəti stimullaşdırır. ABŞ və Rusiyanın Ukrayna və Venesuela ilə bağlı razılaşma cəhdləri, iki dünya müharibəsindən sonra regionlar üzrə böyük dövlətlərin müvəqqəti razılaşmalarına bənzəyir. Hər halda, həm Zelenski, həm də Maduro qurban veriləcək. Bu, böyük siyasi dərs nəzəriyyə ilə təcrübənin vəhdətidir. Əgər kimsə düşünürsə ki, demokratlar olsaydılar belə olmazdı, yanılır. Bəli, demokratlar olsaydı, Venesuella məsələsi olmayacaqdı, amma Zelenski gec-tez göndəriləcəkdi. Bu, siyasətin incəliyidir. Əslində, hər şey Ukrayna və Venesuella xalqlarının əlindədir. Təzyiqlər ola bilər. Amma, bu nöqtə qoyulacaq demək deyil".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://sherg.az
archiveBu xəbər 03 Dekabr 2025 10:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see344

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see340

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see339

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see301

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see293

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see291

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see288

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see278

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see277

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see269

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see268

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see235

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see233

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see230

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see225

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see225

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see222

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see222

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see212

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri