Icma.az
close
up
RU
Zelenski Putin görüşü baş tutmasa, müharibə uzanacaq ANALİTİK

Zelenski Putin görüşü baş tutmasa, müharibə uzanacaq ANALİTİK

Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Rusiya diplomatiyası topu öz meydanına keçirməyə çalışır


Rusiya-Ukrayna müharibəsinin nizamlanması məsələsində ən mühüm hədəflərdən biri Ukrayna Prezidenti Volodimir Zelenski ilə Rusiya Prezidenti Vladimir Putin arasında birbaşa görüşün baş tutmasıdır. Bu görüşün reallaşması, münaqişənin dinc yolla həllinə yönəlik diplomatik səylərin zirvəsi kimi qiymətləndirilir.


Bu sözləri Sherg.az-a açıqlamasında Siyasi Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq İlyas Hüseynov deyib. 

Politoloqun sözlərinə görə, tarixi baxımdan belə görüşlər beynəlxalq münasibətlərdə gərginliklərin yumşaldılması və sülh proseslərinin irəliləməsi üçün vacib addım hesab olunur: 

“Bir müddət əvvəl Alyaskada ABŞ Prezidenti Donald Tramp ilə Putin arasında keçirilən görüşdən qısa müddət sonra ABŞ Prezidenti Ağ Evdə Ukrayna Prezidenti və Avropa liderləri ilə görüşüb bu istiqamətdə müzakirələr apardı. Bu görüşlər Rusiya-Ukrayna münaqişəsinin həllində dialoqun vacibliyini göstərən önəmli siqnallar kimi qəbul edildi. Hətta həmin görüşdə Putin ilə Zelenski arasında bir görüşün təşkil olunmasına hazırlıq getdiyi də bildirilmişdi. Lakin sonradan  Rusiya rəsmiləri Prezident Putinin belə bir görüşdə iştirak  planının olmadığını bəyan etdi. Ukrayna tərəfi isə dəfələrlə bu görüşdə maraqlı olduğunu bəyan edib. Zelenski üçün bu, həm beynəlxalq aləmdə mövqeyini gücləndirmək, həm də daxili auditoriyada liderliyini təsdiqləmək baxımından strateji əhəmiyyət daşıyır. Görüşün baş tutmaması isə müharibənin müddətinin uzanmasına, neqativ proqnozların artmasına və diplomatik təşəbbüslərin səmərəsinin 

zəifləməsinə səbəb olur”.


İ.Hüseynovun sözlərinə görə, Rusiya diplomatiyası topu öz meydanına keçirməyə çalışır:

 "Xatırlayırsınızsa, Tramp ilə Putin arasındakı Alyaska görüşündə Rusiya prezidenti tərəfindən növbəti görüşün Rusiyada keçirilməsi fikri irəli sürüldü və Tramp bu təklifə etiraz etmədi. Lakin yaxın perspektivdə belə bir görüşün reallaşacağını real hesab etmirəm".

Politoloqun sözlərinə görə, müharibə şəraitində olan dövlətlər arasında görüşün keçirilməsi məsələsi yalnız iştirakçıların iradəsi ilə məhdudlaşmır. Eyni zamanda, görüşün yeri də strateji əhəmiyyət kəsb edir: “Belə bir görüş üçün neytral bir məkan seçilməsi vacibdir. Tarixi təcrübələr göstərir ki, belə vəziyyətlərdə tərəflərin hər biri üçün qəbul edilə bilən və beynəlxalq aləmdə tərəfsiz hesab olunan məkanlar daha məqsədəuyğundur. Məsələn, Rusiya ABŞ Prezidenti ilə görüşün əvvəlcə Birləşmiş Ərəb Əmirliklərində keçirilməsini təklif etmişdi, lakin ABŞ tərəfi Alyaska seçimində üstünlük qazandı. Bu nüans, görüşün həm simvolik, həm də praktiki əhəmiyyətini ortaya qoyur. Nəticə olaraq, Zelenski və Putin arasında birbaşa dialoqun təşkili, münaqişənin həllində mühüm addım ola bilər. Lakin hazırkı vəziyyət onu göstərir ki, görüşün baş tutması üçün diplomatik səylərin davam etdirilməsi, neytral məkanın seçilməsi və tərəflərin kompromisə hazır olmaları əsas şərtlərdir. Bu görüş yalnız müharibənin gedişatını dəyişmək deyil, həm də beynəlxalq münasibətlərdə sülhə yönəlik mesajların çatdırılması baxımından kritik əhəmiyyətə malikdir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://sherg.az
archiveBu xəbər 28 Avqust 2025 12:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see415

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see278

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see277

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see275

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see261

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see257

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see243

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see237

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see234

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see212

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see202

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see197

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see196

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see192

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see191

Hər şeyi qazanmaq və ən yaxşı olmaq istəyirəm Barselona nın futbolçusu

02 Noyabr 2026 23:34see191

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see183

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see168

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see168

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri