Icma.az
close
up
RU
Analizə gedənlər bunu mütləq bilməlidir, yoxsa cavablar səhv çıxa bilər

Analizə gedənlər bunu mütləq bilməlidir, yoxsa cavablar səhv çıxa bilər

Milli.az saytına istinadən Icma.az xəbər verir.

Vitamin və bioloji aktiv qida əlavələri xəstəliklərin düzgün diaqnozuna və müalicəyə mane olur.

Milli.Az xəbər verir ki, bunu rusiyalı terapevt Olqa Çistik bildirib.

"Ən çox dəmir, D vitamini və biotin qəbul edən insanlarda analizlərdə yanlış nəticələr müşahidə olunur. Əgər analizdən bir gün əvvəl dəmir tableti qəbul etsəniz, qanda dəmirin səviyyəsi süni şəkildə yüksələcək, halbuki orqanizmdə ehtiyat az qala bilər. Biotin isə qalxanabənzər vəz hormonları ilə bağlı analizlərə mane olur və nəticədə həkimlər səhv diaqnoz qoya bilərlər", - deyə Çistik bildirib.

Həkim əlavə edib ki, omeqa-3, kurkumin və C vitamini orqanizmdə iltihabı göstərən C-reaktiv zülalın səviyyəsini müvəqqəti azaldır. Bu zaman xəstəlik qalır, amma analizlər "sağlam" nəticə göstərir.

Bəzi bitki tərkibli əlavələr, məsələn, yaşıl çay ekstraktı qaraciyər fermentlərini artıraraq orada problem varmış kimi görüntü yaradır.

Çistik vurğulayıb ki, vitaminlərin həddindən artıq qəbulu zərərlidir. D vitamini normadan çox olduqda böyrəklərdə daş əmələ gətirə bilər. A vitamini artıq qəbul edildikdə dərinin qurumasına, saçın tökülməsinə və sümük ağrılarına səbəb olur. Yodun çoxluğu qalxanabənzər vəzinin fəaliyyətini pozur.

Xüsusilə böyrək, qalxanabənzər vəz, həzm orqanları və safra yolları xəstəlikləri olanlar, eləcə də hamilələr və yaşlılar bu əlavələri ehtiyatla qəbul etməlidirlər.

Dəqiq nəticə üçün həkim məsləhət görür:

Dəmir tabletlərini analizdən 1 gün əvvəl qəbul etməyin. Biotin qəbulunu 8-72 saat əvvəl dayandırın. Kalsium və maqneziumu analiz günü səhər içməyin. Bitki mənşəli əlavələri 1-2 həftə öncə dayandırın. Bundan əlavə, bəzi maddələr bir-birinin təsirini azaldır: Kalsium dəmirin mənimsənilməsini azaldır. Sink misin mənimsənilməsinə mane olur. Kalsium, dəmir və maqnezium qalxanabənzər vəz dərmanlarının təsirini zəiflədir.

Həkim məsləhət görür ki, bütün qəbul edilən vitamin və əlavələr barədə mütləq həkimə məlumat verilməlidir, əks halda analizlər yanıltıcı ola bilər.

İsmayıl
Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:57
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 29 Oktyabr 2025 08:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fransada etirazçılara qarşı gözyaşardıcı qaz və səs qumbarasından istifadə edilib

12 Dekabr 2025 16:22see210

Məşhur futbolçu karyerasını sonlandıracaq SƏHHƏTİNƏ GÖRƏ

13 Dekabr 2025 00:58see205

Xırdalanda ŞOK: qadın cinsi əlaqə istəyən ərinin başını yardı

11 Dekabr 2025 19:40see169

Kartof qızardarkən duz nə vaxt əlavə olunmalıdır?

13 Dekabr 2025 00:26see163

Özcan Dənizin inanılmaz sərvəti ÜZƏ ÇIXDI FOTO

11 Dekabr 2025 23:53see150

Zelenski yeni sülh planı vəd edir: Müharibə bu həftə dayanacaq? ŞƏRH

11 Dekabr 2025 17:36see150

Vikinq kimi yaşayır Video

12 Dekabr 2025 08:55see149

Dursun Özbek: Artıq susmaq mümkün deyil

12 Dekabr 2025 17:13see148

Bakıda bu yolda işıqforun hər üç işığı eyni anda yanır

12 Dekabr 2025 08:55see145

Arteta “Vulverhempton”la oyundan əvvəl: “Sabah üç xal qazanmalıyıq”

12 Dekabr 2025 21:09see139

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see139

İsrailin işğal siyasəti İranı nüvə silahına itələyir ŞƏRH

12 Dekabr 2025 04:26see137

“Daxilmdə nəsə mənə kifayət qədər yaxşı olmadığımı deyirdi” Norris

12 Dekabr 2025 02:00see133

500 manat pensiyalar bu qədər artacaq Açıqlama

12 Dekabr 2025 22:34see131

Ukrayna millisi DÇ 2026 nın seçmə mərhələsinin pley offunda ev oyunlarını keçirəcəyi yeri müəyyən edib

12 Dekabr 2025 01:05see131

ABŞ bizi AB dən ayıra bilməz Avstriya

12 Dekabr 2025 01:32see131

Audi TT əfsanəsi 2027 ci ildə geri dönəcək FOTO

13 Dekabr 2025 06:22see130

Azərbaycan Ərdəbil ilə investisiya üzrə birgə fəaliyyətini gücləndirə bilər FOTO

12 Dekabr 2025 04:52see129

Ukrayna və ABŞ nümayəndə heyətləri görüşdü

11 Dekabr 2025 23:50see126

Ukrayna müharibəsinin bitməsi üçün... Ərdoğan

12 Dekabr 2025 18:26see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri