Icma.az
close
up
RU
“Analizə 600 manat ödədim, qəbz istəyəndə mənə güldülər...”

“Analizə 600 manat ödədim, qəbz istəyəndə mənə güldülər...”

Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Naxçıvanda quduzluğu təyin etmək üçün aparılan analizin qiyməti on dəfə artıraraq 600 manata çatdırılıb. Naxçıvan Qida Təhlükəsizliyi İnstitutunun (NQTİ) Mərkəzi Baytarlıq Laboratoriyası bu analizi etsə də, vətəndaşa heç bir qəbz təqdim olunmur”. 

“Qafqazinfo” xəbər verir ki, bu iddia ilə “Gündəlik Azərbaycan” səhifəsinə muxtar respublikada yaşayan vətəndaşlar müraciət ediblər.  

Onların sözlərinə görə, ev heyvanlarını Naxçıvandan çıxarmaq istəyənlərdən hava limanı ərazisində sözügedən analizin nəticələri ilə bağlı arayış tələb olunur. Yerli sakin Şirvan Qurbanov itini Bakıya apararkən eyni problemlə üzləşdiyini deyib: “İtimi apardım quduzluğa görə qan analizi götürsünlər. 600 manat pul istədilər. Məcbur qalıb 600 manatı verdim. Ödədiyim pula görə qəbz istədim, güldülər mənə. Bir itin qan analizi üçün bu həqiqətən də uyğun rüşvət deyil”.

Digər sakin Sahib Xudiyev isə Türkiyəyə it aparmaq istəyərkən eyni problemlə qarşılaşıb: “Əvvəllər də Bakıya, Türkiyəyə it göndərmişəm, 50-60 manat verib baytarlıqda qan analizini verə bilirdik. İndi göndərirlər Qida Təhlükəsizliyi İnstitutuna. Orada da deyirlər iti gətir, 600 manat ver qanını analizə verək. Mütəxəsislərdən öyrəndim ki, ötən il bu cür testlər üçün qiymət təxminə 60 manat civarında olub. 3 ayı tamam olmuş bir itin qanını analizə vermək üçün 600 manat alınması insafsızlıqdır. Etiraz etsəm də, xeyri olmadı. Alternativ olmadığı üçün ödəməyə məcbur oldum. Ödədiyim pula görə, qəbz də verilmədi, yalnız analizin nəticəsini verib yola saldılar.”

Şikayətçilər əvvəllər bu analizin Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti tərəfindən həyata keçirildiyini, analiz üçün 50-60 manat tələb olunduğunu bildiriblər. 

Problemlə bağlı Naxçıvan Qida Təhlükəsizliyi İnstitutuna sorğu ünvanladıq. Məlum oldu ki, sözügedən qurumda hazırda həmin analizlərin aparılması üçün imkanlar yoxdur: “Azərbaycan Respublikasında baytarlıq sahəsi üzrə göstərilən xidmətlərin tarifləri Nazirlər Kabinetinin 2021-ci il 22 iyun tarixli 178 nömrəli Qərarı ilə təsdiq olunmuş “Baytarlıq xidməti və nəzarəti tədbirlərinə görə alınan xidmət haqları” ilə müəyyən edilir. Naxçıvan Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasında aparılan analizlərə görə xidmət haqları qeyd edilən normativ sənədə əsasən tənzimlənir.

Qeyd etmək istəyirik ki, 2024-cü ilin ortalarından fəaliyyətə başladıqdan hazırkı dövrədək Laboratoriyada quduzluq xəstəliyinə qarşı müayinənin aparılması üçün zəruri olan maddi texniki baza mövcud olmadığından bu istiqamətdə heç bir analiz aparılmayıb”.

Belə olan halda vətəndaşlardan alınan 600 manatlıq ödənişin hansı xidmət qarşılığında tələb edilməsi isə məlum deyil. 

Məlumat üçün bildirək ki, baytarlıq xidməti və nəzarəti tədbirlərinə görə alınan xidmət haqqının məbləği Baş nazir Əli Əsədovun əmri ilə 2021-ci ildə təsdiq edilib. 

Gülnar Əliyeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:129
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 01 Oktyabr 2025 15:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see667

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see329

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see318

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see310

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see307

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see305

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see288

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see278

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see273

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see264

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see253

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see240

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see239

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see239

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see236

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see235

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see231

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see221

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see208

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri