Icma.az
close
up
RU
ANAMA dan yenilik: Çin təcrübəsi və süni intellekt

ANAMA dan yenilik: Çin təcrübəsi və süni intellekt

Icma.az bildirir, Xalqcebhesi portalına istinadən.

İşğaldan azad olunmuş ərazilərin minalardan və partlamamış döyüş sursatlarından təmizlənməsi Azərbaycan üçün uzunmüddətli və həyati əhəmiyyət kəsb edən prioritet məsələlərdən biridir. Geniş ərazilərin təmizlənməsi böyük vaxt və resurs tələb etdiyindən, ölkəmiz bu çətin prosesi sürətləndirmək üçün süni intellekt (Sİ) və innovativ texnologiyaların tətbiqinə xüsusi önəm verir.
Ekspertlər hesab edirlər ki, ANAMA-nın xarici tərəfdaşlarla — xüsusilə də Çin və Balkan ölkələri ilə kurasiyalı əməkdaşlığı, eləcə də Sİ alqoritmləri ilə çalışan dronların istifadəsi minaqaydırma və təhlil mərhələsini təxminən 5 dəfə sürətləndirir. Ekspertlərin fikrincə, minaların bilavasitə zərərsizləşdirilməsində insan amili və klassik üsullar hələ də əsas rol oynasa da, müasir rentgen cihazları, aerial analitika və süni intellekt həlləri yaxın illərdə Azərbaycanın bu sahədə qlobal miqyasda aparıcı dövlətlərdən birinə çevrilməsinə zəmin yaradır.

Süni intellekt minalara qarşı

Mövzu ilə bağlı “Xalq Cəbhəsi”nə açıqlama verən hərbi ekspert Üzeyir Cəfərov nəzərə çatdırıb ki, süni intellekt və innovativ texnologiyaların minatəmizləmə prosesində tətbiqi Azərbaycanın bu sahədə imkanlarını daha da genişləndirəcək.
O bildirib ki, ANAMA-nın süni intellekt və innovativ texnologiyalarla bağlı apardığı araşdırmalar Azərbaycanın minatəmizləmə potensialının gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır: “Bu ilin mart ayında ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanovun rəhbərlik etdiyi nümayəndə heyəti Çində səfərdə olub. Səfər çərçivəsində təhlükəsizlik və yoxlama texnologiyaları sahəsində fəaliyyət göstərən aparıcı şirkətlərlə görüşlər keçirilib. Həmin görüşlərdə partlayıcı sursatların aşkarlanmasında istifadə olunan rentgen cihazlarının sınaqdan keçirilməsi, onların texniki xüsusiyyətlərinin təkmilləşdirilməsi, eləcə də minatəmizləmə prosesində tətbiq olunan innovativ texnologiyalar barədə Çin mütəxəssisləri ilə geniş fikir mübadiləsi aparılıb. Çində istehsal olunan müasir avadanlıqların Azərbaycanın şəraitində tətbiqi imkanları da müzakirə olunub. Bu texniki vasitələrin işğaldan azad edilmiş və hələ tam yoxlanılmamış ərazilərdə istifadəyə uyğunluğu qiymətləndirilib. Hazırda həmin ərazilərdə partlayıcı sursatların aşkarlanması və zərərsizləşdirilməsi prosesi davam edir. Uzun illər minalar və partlamamış döyüş sursatları ilə çirklənmiş ərazilərin tam təmizlənməsi kifayət qədər vaxt tələb edir”.
Üzeyir Cəfərov vurğulayıb ki, Azərbaycan və Çin arasında minatəmizləmə sahəsində əməkdaşlıq strateji əhəmiyyət daşıyır: “İki ölkə arasında bu istiqamətdə əməkdaşlıq mövcuddur və müvafiq anlaşma memorandumu imzalanıb. Bununla yanaşı, Azərbaycan Balkan ölkələri ilə də minatəmizləmə sahəsində əməkdaşlıq edir. Xarici tərəfdaşlar həm əməliyyatlarda iştirak edir, həm də öz təcrübə və biliklərini Azərbaycan mütəxəssisləri ilə bölüşürlər. Süni intellekt artıq dünyanın bir çox sahələrində olduğu kimi, minatəmizləmə işlərində də mühüm rol oynayır. Çinin təhlükəsizlik və yoxlama texnologiyaları sahəsində böyük təcrübəsi var. ANAMA mütəxəssisləri həmin metodologiyalarla tanış olur, xüsusi hazırlıq keçirlər. Bu əməkdaşlıq həm Agentliyin fəaliyyətinə, həm də ümumilikdə Azərbaycanın minatəmizləmə imkanlarının genişlənməsinə mühüm töhfə verir. İşğaldan azad edilmiş ərazilərin tam minalardan təmizlənməsi uzunmüddətli prosesdir. Bu işin sürətləndirilməsi üçün həm süni intellekt, həm də ən müasir texnologiyalar tətbiq edilir. Əlbəttə, relyef və digər texniki amillər prosesi çətinləşdirə bilər. Bununla belə, hesab edirəm ki, müasir texnologiyaların və süni intellekt həllərinin tətbiqi yaxın illərdə Azərbaycanın minatəmizləmə sahəsində daha böyük nəticələr əldə etməsinə imkan verəcək”.

"Minalarla mübarizədə süni intellekt gücü”

Hərbi ekspert Səxavət Məmmədov qeyd edib ki, süni intellektin minatəmizləmə prosesində tətbiqi işlərin daha sürətli və dəqiq aparılmasına imkan yaradır: “ANAMA-nın minatəmizləmə sahəsində süni intellekt və innovativ texnologiyaların tətbiqi istiqamətində addımlar atması mühüm əhəmiyyət daşıyır. Hazırda dünyanın heç bir ölkəsində minatəmizləmə prosesi tam şəkildə süni intellekt vasitəsilə həyata keçirilmir. Minaların aşkarlanması və zərərsizləşdirilməsi əsasən klassik üsullarla, yəni insanların və xüsusi texnikaların iştirakı ilə aparılır. Bununla belə, süni intellekt bu prosesin planlaşdırılması və idarə olunmasında böyük üstünlüklər yaradır. Süni intellektlə işləyən dronlar geniş ərazilərin qısa müddətdə analiz edilməsinə imkan verir. Dronlar havadan minlərlə görüntü toplayır və süni intellekt alqoritmləri həmin görüntülər əsasında torpaq qatındakı dəyişiklikləri, köhnə səngərləri, partlayış izlərini və mina təhlükəsinin yüksək olduğu əraziləri müəyyən edə bilir. Bəzi müasir sistemlər isə yer səthinə yaxın dərinlikdə yerləşən plastik minaların aşkarlanmasına da kömək edir. Bu texnologiyalar minatəmizləmə prosesini bir neçə dəfə sürətləndirə bilər.Bütün hesablamalar göstərir ki, süni intellektdən istifadə planlaşdırma və ərazilərin qiymətləndirilməsi mərhələsini təxminən beş dəfə sürətləndirir. Əvvəllər müəyyən bir əraziyə daxil olmaq üçün həftələrlə, bəzən isə aylarla planlaşdırma aparılırdısa, indi bu işləri daha qısa müddətdə həyata keçirmək mümkündür. Bu da həm xəritələrin hazırlanmasını, həm də əməliyyatların təşkilini xeyli asanlaşdırır”.
Hərbi ekspert vurğulayıb ki, bütün bunlara baxmayaraq, minaların zərərsizləşdirilməsi hələ də klassik üsullarla həyata keçiriləcək: “Texnologiyalar prosesi sürətləndirir, lakin minaların çıxarılması və zərərsizləşdirilməsi hələ də insanların və xüsusi texnikaların iştirakı ilə aparılır. Bu sahədə insan amili hələ də əsas rol oynayır. Azərbaycanın minatəmizləmə sahəsində topladığı təcrübə gələcəkdə ölkəni bu istiqamətdə qabaqcıl dövlətlərdən birinə çevirə bilər. Azərbaycan Birinci Qarabağ müharibəsindən sonra da mina təmizləmə sahəsində təcrübə qazanıb. İşğaldan azad olunmuş ərazilərdə mina təhlükəsinin miqyası bu təcrübənin daha da inkişaf etməsinə şərait yaradır. Hesab edirəm ki, bu istiqamətdə işlər davamlı şəkildə gücləndirilsə, Azərbaycan minatəmizləmə sahəsində dünyanın aparıcı ölkələri sırasında yer ala bilər”.

Günel Elxan

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:155
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 22 İyul 2026 21:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see405

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see323

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see243

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see235

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see225

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see216

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see216

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see214

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see210

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see204

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see201

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see198

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see196

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see193

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see192

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see183

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see183

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see178

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see178

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri