Icma.az
close
up
RU
Menu

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

Xarici ticarət: ixrac və idxal azalır

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

İlhamə Quliyeva müsahibə verdi və ağladı

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

Britaniyada süni intellekt ekosistemində azərbaycanlı təcrübəsi MÜSAHİBƏ

Britaniyada süni intellekt ekosistemində azərbaycanlı təcrübəsi MÜSAHİBƏ

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

London, 26 dekabr, AZƏRTAC

Məkan məlumatları və süni intellekt texnologiyalarının enerji və mühəndislik sahələrində rolu getdikcə artır. Bu sahədə beynəlxalq təcrübəyə malik azərbaycanlı mütəxəssislər qlobal şirkətlərdə uğurla fəaliyyət göstərirlər. Hazırda İngiltərədə “Halliburton” şirkətində coğrafi məlumatlar üzrə süni intellekt mühəndisi kimi çalışan Yusif İsrafilbəyov bu sahədə ixtisaslaşmış gənc azərbaycanlı mütəxəssislərdən biridir. O, daha əvvəl “Fugro” şirkətində geotexniki proqram təminatı üzrə dəstək mühəndisi kimi çalışıb, ali təhsilini isə Azərbaycanda və Avropada alıb.

AZƏRTAC-a müsahibəsində Yusif İsrafilbəyov təhsil yolu, peşəkar fəaliyyəti və bu sahəsinin perspektivləri barədə fikirlərini bölüşüb.

-Hazırkı vəzifəniz klassik məkan məlumatları analizindən nə ilə fərqlənir? Süni intellekt bu sahəyə nə qazandırır?

-Ənənəvi məkan məlumatları analizində məlumatların işlənməsi və nümunələrin aşkarlanması zaman aparan prosesdir. Süni intellekt bu prosesi xeyli sürətləndirir, böyük həcmli məlumatları tez bir zamanda analiz etməyə imkan verir və daha dəqiq proqnozlar yarada bilir. Bundan əlavə, süni intellekt məlumatlarda gizli nümunələri və əlaqələri aşkar edə bilir, insan gözü və ənənəvi alətlər tərəfindən görünməyən tendensiyaları müəyyənləşdirir. Süni intellekt, həmçinin avtomatlaşdırılmış qərar qəbuletməni dəstəkləyir və layihələrin optimallaşdırılmasına kömək edir.

Mühəndislik baxımından isə bu yanaşma dizayn və layihələndirmə proseslərini sürətləndirir, riskləri əvvəlcədən müəyyənləşdirir və resursların daha effektiv istifadəsinə imkan yaradır. Beləliklə, həm vaxt, həm resurs baxımından qənaət olunur, həm də nəticələrin keyfiyyəti artır.

– Böyük verilənlər (big data) və süni intellektin tətbiqi enerji sənayesində qərar qəbuletmə və əməliyyat proseslərini necə dəyişir?

-Böyük verilənlər və süni intellektin enerji sənayesində tətbiqi çox mühüm dəyişikliklərə səbəb olur. Bu sahədə məlumatlar qərar qəbuletmənin əsasını təşkil edir və süni intellekt həmin məlumatlardan maksimum dəyər əldə etməyə imkan yaradır. Süni intellekt böyük həcmli və mürəkkəb məlumatlarda gizli qanunauyğunluqları və nümunələri üzə çıxarır, analiz proseslərini xeyli sürətləndirir və daha dəqiq nəticələr əldə etməyə kömək edir. Bu da risklərin daha erkən mərhələdə müəyyənləşdirilməsinə və daha əsaslandırılmış qərarların verilməsinə şərait yaradır.

Enerji sənayesində bu yanaşma kəşfiyyat və planlaşdırma proseslərinin optimallaşdırılmasına, əməliyyat xərclərinin azaldılmasına və resursların daha səmərəli istifadəsinə imkan verir. Eyni zamanda, real vaxt rejimində analiz və proqnozlaşdırma imkanları artdığı üçün əməliyyatların təhlükəsizliyi və etibarlılığı da yüksəlir. Nəticədə böyük verilənlər və süni intellekt enerji sektorunda daha sürətli, dəqiq və strateji qərarların qəbulunu mümkün edir.

-Azərbaycan üçün məkan məlumatları üzrə süni intellekt texnologiyalarının tətbiq perspektivlərini necə qiymətləndirirsiniz? Bu sahədə hansı konkret imkanlar mövcuddur?

-Bu, Azərbaycan üçün bir sıra vacib sahələrdə geniş imkanlar yaradır. Bu texnologiyalar su, torpaq, meşə və enerji resurslarının daha səmərəli idarə olunmasına, kənd təsərrüfatında əkin sahələrinin monitorinqinə, məhsuldarlığın proqnozlaşdırılmasına və risklərin erkən aşkarlanmasına şərait yaradır. Eyni zamanda, yol şəbəkəsinin inkişafı, şəhər planlaşdırılması və tikinti layihələri üçün daha dəqiq xəritələmə və analitik yanaşmaların tətbiqinə imkan verir. Məkan əsaslı süni intellekt həlləri zəlzələ, daşqın və yanğın kimi fövqəladə halların proqnozlaşdırılması və idarə olunmasında real vaxt məlumatlarından istifadəni asanlaşdırır. Bundan əlavə, enerji sektorunda, xüsusilə neft-qaz və bərpa olunan enerji sahələrində obyektlərin yerləşmə seçimi və əməliyyatların optimallaşdırılması baxımından mühüm rol oynayır.

– Azərbaycanlı mütəxəssis kimi beynəlxalq enerji şirkətində çalışmaq sizin üçün nə deməkdir? Bu, şəxsi və peşəkar inkişafınıza necə təsir edib?

-Azərbaycanlı mütəxəssis kimi beynəlxalq enerji şirkətində çalışmaq mənim üçün böyük məsuliyyət və eyni zamanda, dəyərli təcrübə deməkdir. Bu, azərbaycanlı mütəxəssislərin qlobal səviyyədə rəqabət apara bildiyini göstərir. Şəxsi baxımdan bu təcrübə mənə fərqli mədəniyyətlərdə işləməyi, qlobal düşünməyi və çevik olmağı öyrədib. Peşəkar baxımdan isə beynəlxalq standartlarla işləmək, qabaqcıl texnologiyalar və müasir yanaşmalarla tanış olmaq imkanları yaradıb. Bu da bilik və bacarıqlarımın sürətlə inkişaf etməsinə, daha məsuliyyətli və kompleks layihələrdə iştirak etməyimə şərait yaradıb.

– Böyük Britaniyada bu sahədə karyera qurmaq istəyən azərbaycanlı gənclərə hansı tövsiyələri verərdiniz? Hansı texniki və analitik bacarıqlar xüsusilə vacibdir?

-İlk növbədə, güclü texniki baza və praktiki təcrübə toplamağı tövsiyə edərdim. Xüsusilə məkan məlumatları, böyük verilənlər və süni intellekt sahələrində biliklər bu gün çox tələb olunur. Texniki bacarıqlar baxımından Python proqramlaşdırması, GIS alətləri (QGIS, ArcGIS), SQL, məlumatların emalı, süni intellekt və maşın öyrənməsi alqoritmlərinin tətbiqi, eləcə də böyük verilənlərlə işləmək xüsusi əhəmiyyət daşıyır. Bulud texnologiyaları (AWS, Azure) və Git kimi alətlər isə ciddi üstünlük yaradır. Analitik bacarıqlar arasında kritik düşüncə, problemi düzgün formalaşdırmaq, məlumatları şərh etmək və texniki nəticələri biznes və mühəndislik kontekstində izah edə bilmək çox vacibdir. Bundan əlavə, ingilis dili və effektiv ünsiyyət bacarıqları Böyük Britaniyada peşəkar mühitə uğurla inteqrasiya üçün əsas amillərdəndir.

- Gələcək 5-10 il üçün məkan məlumatları və süni intellekt sahəsində əsas trendlər nələr olacaq?

– Bu sahədə əsas inkişaf real vaxtlı analiz və avtomatlaşdırılmış məlumat emalı istiqamətində olacaq. Sensorlar və peyklərdən toplanan məlumatların operativ işlənməsi qərar qəbuletməni sürətləndirəcək.

Eyni zamanda, 3D və yüksək dəqiqlikli xəritələmə texnologiyaları şəhər planlaşdırılması, infrastruktur və enerji layihələrində daha geniş tətbiq olunacaq. Süni intellekt risklərin, resursların və tələbatın proqnozlaşdırılması və optimallaşdırılmasında mühüm rol oynayacaq. Bununla yanaşı, kiber-məkan təhlükəsizliyi, bulud əsaslı məkan AI platformalarının inkişafı və enerji, kənd təsərrüfatı, logistika və şəhər idarəçiliyində sənaye inteqrasiyası əsas trendlərdən olacaq.

- Sonda AZƏRTAC oxucularına va texnologiya sahəsinə maraq göstərən gənclərə mesajinız nə olardı?

- Demək istərdim ki, texnologiya sürətlə dəyişir və bu dəyişikliklər böyük imkanlar yaradır. Ən vacibi davamlı öyrənmək, yeni bacarıqlara açıq olmaq və öz üzərinizdə sistemli şəkildə işləməkdir. Qorxmadan böyük hədəflər qoyun, praktiki təcrübə toplayın və beynəlxalq səviyyədə düşünməyi öyrənin. Azərbaycanlı gənclərin potensialı çox yüksəkdir və düzgün istiqamət, zəhmət və səbir ilə qlobal texnologiya ekosistemində uğur qazanmaq tam mümkündür.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 Dekabr 2025 17:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

25 Dekabr 2025 16:01see223

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see206

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see195

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see195

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see186

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

25 Dekabr 2025 17:55see185

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see180

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see164

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see163

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see157

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see155

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

25 Dekabr 2025 13:26see154

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see153

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see151

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see149

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

25 Dekabr 2025 01:01see148

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

25 Dekabr 2025 07:09see147

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

25 Dekabr 2025 09:35see147

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

25 Dekabr 2025 01:15see143

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri