ANAMA iki xarici şirkətlə yarım milyonluq müqavilələr bağladı
Qaynarinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) iki xarici şirkətlə yeni satınalma müqavilələri bağlayıb.
Trend-in məlumatına görə, müqavilələr minatəmizləmə fəaliyyəti üçün nəzərdə tutulan qoruyucu xüsusi geyim dəstlərinin alınmasını əhatə edir.
Belə ki, ANAMA İsrail Respublikasının "Cortex Engineering Ltd.” şirkəti ilə tam bədən qoruyucu zirehli geyim dəstlərinin satın alınması üzrə 150 min manat dəyərində müqavilə imzalayıb.
Eyni zamanda, Norveç Krallığının "Rofi a.s.” şirkəti ilə fərdi zirehli qoruyucu geyim dəstlərinin təhvil verilməsi üçün 265 min 306 manat məbləğində müqavilə bağlanıb.
Nəticə etibarilə, sözügedən xüsusi qoruyucu geyim dəstlərinin satın alınmasına ümumilikdə 415 min 306 manat vəsait sərf olunacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 13 Dekabr 2025 20:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















