Icma.az
close
up
RU
Anama niyə elçi göndərmisən? Yasamalda xlor satan bıçaqlandı

Anama niyə elçi göndərmisən? Yasamalda xlor satan bıçaqlandı

Demokrat.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakının Yasamal rayonunda 2006-cı il təvəllüdlü Səxavət anası haqqında xoşagəlməz ifadələr işlədən qonşusu Əkbərə (adlar şərtidir – red.) xəsarət yetirib. 
Demokrat.az-ın əldə etdiyi məlumata görə, o, tanışı Əkbərin anası Südabə barəsində xoşagəlməz sözlər danışmasını öyrənib. Bundan sonra Səxavət qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı əvvəlcədən üzərində olan bıçaqla Əkbərə bir neçə zərbə yetirib. 
Hadisəni törədən Səxavətin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
İş üzrə ifadə verən Səxavət ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, Əkbərin onun və anasının haqqında nalayiq ifadələr işlətdiyini eşidib, onunla söhbət etməyə gedib: “Söhbət zamanı aramızda mübahisə yarandı. Mən Əkbərin çiynindən bıçaq vurmaq istəsəm də, bıçaq zərbəsi onun boyun nahiyəsinə dəydi. Anam haqqında pis sözlər işlətdiyi üçün onu bıçaqla vurmuşam”.
Təqsirləndirilən şəxs bildirib ki, hadisə metronun “Nizami” stansiyasının yaxınlığında baş verib: “Təsadüfən qarşılaşdıq və həmin vaxt bıçaq üzərimdə olub. Həmin vaxt bıçağı itilətməyə getmişdim. Məhəllədə olan şəxslər Əkbərin anamın ünvanına nalayiq ifadələr işlətdiyini söylədi. Çiyninə bıçaqla vurmaq istəmişəm, lakin boynuna dəyib. İkinci dəfə yenə boynuna bıçaqla vurmuşam. Əkbər birinci zərbədən sonra yerə yıxıldı. Psixoloji problemlərim olduğu üçün hərbi xidmətə getməmişəm”.
Zərərçəkmiş Əkbərin sözlərinə görə, o, xlor satandır, həmçinin təqsirləndirilən şəxsin anasının müraciəti əsasında onların evində iş görüb: “Təqsirləndirilən şəxsdən şikayətim yoxdur. Amma qanunvericiliklə nəzərdə tutulmuş qaydada cəza təyin edilməsini istəyirəm. Onun məni nəyə görə bıçaqla vurmasının səbəbini bilmirəm. Mənim təqsirləndirilən şəxslə və onun ailəsi ilə heç bir düşmənçiliyim, ədavətim yoxdur. Gördüyüm işin pulunu vermədiyinə görə təqsirləndirilən şəxsin anası ilə aramızda mübahisə olub. O, da mənə ədəbsiz söz deyib. Mən də həmin sözləri eynilə ona cavab qaytarmışam. Səxavəti hadisədən öncə tanımışam. Aramızda heç bir problem olmayıb. Onun anasına evlənmək üçün elçi göndərməmişəm. Müalicəmin pulunu heç kim ödəməyib. 5000 manat mənə pul verilib. Müalicəmə kömək edəcəklərini söyləyiblər. Müalicəmə nə qədər pul xərclədiyimi xatırlamıram. Amma 5000 manat  müalicə xərclərimi qarşılamayıb”.
Təqsirləndirilən şəxsin anası Südabə bildirib ki, Əkbər həyat yoldaşı vəfat etdikdən sonra bacısının evinə onunla evlənmək üçün onun xəbəri olmadan elçi göndərib: “Əkbər pəncərələrimizi və qapılarımızı döyərək bizi narahat edib. Oğlumun dostlarına məni və oğlumu saxladığını deyib. Oğlum bunu eşitdikdən sonra hadisə baş verib. Oğlumun əqli geriliyi var. Əkbər bütün qonşulara mənimlə evli olduğunu deyib”. 
Südabə qeyd edib ki, Əkbər məhəllədə həm xlor satıb, həm də bəzi xırda işlər olduqda pul qarşılığında həmin işləri də görüb: “Əkbəri 5-6 ildir ki, tanıyıram. Evimizdə hər hansı bir əşya xarab olanda Əkbər düzəltmək üçün bizə gəlib. Qonşular və Əkbər arasında üzləşdirmə aparsam da, Əkbər mənim haqqımda belə bir sözlər dediyini qəbul etmədi. Oğlum saçını kəsdirməyə getmişdi. Oradan geri dönəndə Əkbəri bıçaqla vurduğunu bildirdi. Oğlum saçını kəsdirmək üçün evdən çıxanda üzərində bıçaq olduğunu görməmişəm”.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Səxavət 2 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri ləğv edilib və həbs qətimkan tədbiri seçilib. Səxavət məhkəmə iclas zalından həbs edilib. Onun cəzasının əvvəlini 2025-ci ilin oktyabrın 22-dən, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. Hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayəti verib. Müdafiəçi müvəkkilinin barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməklə cəzasının şərti olaraq tətbiq edilməsini xahiş edib. 
Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə şikayət təmin olunmayıb.
Fariz Məlikli
Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 05 Fevral 2026 11:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see319

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see305

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see280

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see277

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see274

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see261

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see252

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see240

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see234

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see233

Azərbaycan fındığı Çin bazarına çıxarılır

23 Noyabr 2026 12:00see233

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see230

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see229

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see227

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see212

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see212

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see209

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see209

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see203

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri