Yasamalda kafedə yanğın
Icma.az bildirir, Axar.az portalına istinadən.
Yasamal rayonu, Ş.Mehtiyev küçəsində yerləşən kafedə yanğın baş verib.
Axar.az xəbər verir ki, dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Məlumata görə, yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində baş vermiş yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində kafenin dam örtüyü 100 kv.m. və yanar konstruksiyaları 80 kv.m. sahədə yanıb.
Kafenin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Xəsarət alan yoxdur.

Yasamalda kafedə yanğın...
17 Noyabr 2024 00:39
Yasamalda kafedə yanğın baş verib
17 Noyabr 2024 00:20
Yasamalda evdə yanğın oldu
25 Dekabr 2024 17:38
Yasamalda çoxmərtəbəli binada yanğın başlayıb
25 Dekabr 2024 17:25
Yasamalda güclü yanğın: hadisə yerindən GÖRÜNTÜLƏR
25 Dekabr 2024 17:38

