ANAMA: Ötən həftə 183 mina və 673 partlamamış hərbi sursat zərərsizləşdirilib
Yeniazerbaycan saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən 4-10 avqust tarixlərində icra edilən minatəmizləmə əməliyyatlarına dair məlumat açıqlayıb.
ANAMA-dan AZƏRTAC-a bildirilib ki, ötən həftə Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılmış minatəmizləmə əməliyyatları zamanı piyadaəleyhinə 153, tankəleyhinə 30 mina və 673 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Ötən həftə ərzində 1362,7 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.

ANAMA: Ötən həftə 183 mina və 673 partlamamış hərbi sursat zərərsizləşdirilib
18 Avqust 2025 15:18
ANAMA: Ötən həftə 483 partlamamış hərbi sursat zərərsizləşdirilib
18 Noyabr 2024 12:22
ANAMA: Ötən həftə 7421 partlamamış hərbi sursat zərərsizləşdirilib
04 Noyabr 2024 19:20

