Icma.az
close
up
RU
Anama sevgilimin adını açıqladım...

Anama sevgilimin adını açıqladım...

Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Mayın doqquzunda, iki gün əvvəl yaşadığım Şamaxının Çuxuryurd kəndində ailə məclisi qurmuşdum. Necə oldusa məclis gözlənildiyindən də istedadlı baş tutdu. Ortada ayağa durub iştirakçılardan hər kəsin öz yarını bir sözlə ifadə etməyi rica etdim.

Bu “priyom”u beş il əvvəl, 40 yaşım olanda tapmışam.

O zaman rejissor dostuma demişdim ki, sənə 40 nəfərin siyahısını verəcəm, onları çəkərsən, qoy hər kəs məni bir sözlə ifadə eləsin.

Siyahını tamamlayanda çəkilişdən imtina etdim. Səbəbi də bu idi ki, qeydlər arasında ailə üzvlərimdən heç kim yox idi. Yəni, mən avtomatik olaraq,  o adamların adını siyahıya salmışam ki, onların məni bir sözlə ifadə edə biləcəyindən əmin olmuşam. Ailə üzvlərinin isə o sırada olmamasının yumşaq ifadə eləsək, bir yaradıcı adam üçün nə boyda boşluq yaratdığını hərə öz çapında təsəvvür eləsin bir zəhmət…

Qayıdaq bizim bir sözlə ifadə olunan məclisə.

Cavabların az qala hamısı yerində olsa da, oxucu üçün təsirli olacaq bir neçəsini yazmağa çalışacam.

Bacım oğlundan anasını bir sözlə ifadə etməsini istəyirəm. 

Cavab: 

- Atam… (Bacım onu atasız böyüdüb...)

Yetmişə yaxınlaşan dayım arvadından da öz həyatını bir sözIə ifadə etməsini xahiş edirəm. 

Cavab: 

- 1976 ( Bu tarixdə ailə qurduğu dayım cəmi 6 ay sonra xərçəngdən 26 yaşında dünyasını dəyişib…)

“Ruletka” yoldaşımın üstünə fırladılır. Yerdən kimsə “qoy səni də öz xanımın ifadə eləsin” - deyir.

Cavab yaralayıcı və aydındır:

- 40 yaşında tutulan sıyahıda olmamışam deyə, məndən o ifadəni gözləməyin.

Cavab anamı qayğıdolu narahat edir...

Bunu hiss edən bacım “onda sən özün özünü bir kəlmə ilə ifadə elə görək” deyir.

Cavab: 

- Vətən…​

Cavab sövq-təbii olsa da, kəskin və qurtarıcıdır.

Bu cavabı tapıb verdiyimə görə Tanrıya təşəkkür edirəm. Qürurlanıram öz cavabımdan.

Burda pərdə bağlanır.

Məclisin səhəri Ağdam Muğam Mərkəzinin açılış konsertinə baxıram.

Prezidentin ayaqüstə kövrələrək alqışladığı konsertdə xanəndə elə beləcə də oxuyur:

Arif olanın sevgili-cananı vətəndir.
Həm namusu, həm qeyrəti, vicdanı vətəndir.

Göz yaşları içində düşünürəm.

Vətən azad olmasaydı, mən anamım qarşısında vəziyyətdən çıxıb o cavabı verə bilməyəcəkdim…

Bir kəlməlik ifadəni tapmaq üçün də, bir kəlmə ilə ifadə olunmaq üçün də vətən mütləq azad olmalıdır…

Elbrus Ərud

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:201
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 11 May 2025 13:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see419

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see374

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see333

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see294

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see285

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see249

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see234

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see228

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see215

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see211

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see206

Bəzi insanların riyyaziyyatı bilməmə səbəbi QAVRAMA FƏRQİ NƏDİR?

15 Oktyabr 2026 04:29see196

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see190

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see184

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see181

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see178

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see173

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see173

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see152

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri