Icma.az
close
up
RU
“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.

“Bütün günü evdə oluram, heç yerə getmirəm. Heç nəyə həvəsim yoxdur”.
Bizim.Media xəbər verir ki, bunu musavat.com-a açıqlamasında Azərbaycanın ilk qadın telerejissorlarından biri olan Solmaz Həmzəyeva deyib.
94 yaşlı rejissor bildirib ki, ev şəraitində özü-özünə qulluq edir:
“Hər işimi özüm görürəm. Heç qızıma da icazə vermirəm ki, gəlib mənə kömək etsin. İşimi başqası görsə, özüm öz gözümdən düşərəm. Arada televiziyaları izləyirəm. Bəzən Azərbaycan, bəzən isə rus kanallarına baxıram. Doğrusunu desəm, maraqlı heç nə yoxdur. Sadəcə olaraq, qulaq yoldaşım olsun deyə televizoru yandırıram. Səviyyəli veriliş yoxdu. Sırtıq adamlar efirə çıxır. İndi həyat da belə olub. Heç nəyin mənası yoxdur. Amma mənim gənclik dövrümdə hər şey başqa cür idi. Son 30 ildə tanınmış müğənni, bəstəkar yaranmadı. Varsa da mən bəyənmirəm. Nə bilim, bu dünyanın işindən daha başım çıxmır”.
S. Həmzeyeva cavanlıq illəri üçün darıxdığını deyib:
“Həmin dövrlər üçün kim darıxmaz ki. Amma nə etmək olar, həyatdı da, yaşlandığımı qəbul edirəm. Mən yaşda olan insanı hər kəs başa düşməz. O vaxtı anam mən yaşda olanda mən də onu anlamırdım. Amma indi özüm o yaşdayam. Şükür edirəm ki, bu yaşa çatmışam və qızıma lazımam. Ona maddi və mənəvi dəstək oluram. Qızımın 73 yaşı olacaq, Milli Konservatoriyada dərs deyir.
 

Məni yaşımı təbii qəbul edirəm, harada qırılcaqsa, qırılacaq... Əsas odur ki, heş kimə yük olmayım. Ən çox xəstələnib yorğan-döşəyə düşməkdən, kiməsə yük olmaqdan qorxuram. Allah məni heç kimə möhtac etməsin. Mən yenidən cavan olmaq, həmin illərə geri qayıtmaq istəmirəm. Bəsimdir”.


Rejissor anasından da söz açıb:
“İnsanı bircə itkilər incidir. Xatirələr onunla bağlıdır. Anamı tez-tez xatırlayıram. Anamla yaşayıram, hər saniyə onunla danışıram. Mən indi anamı başa düşürəm, cavanlığımda analamırdım. Bu hiss yaşlandıqca gəlir.
Qeyd edək ki, Solmaz Həmzəyeva Azərbaycanın tanınmış aktrisası Barat Şəkinskayanın və teatr rejissoru Mir İbrahim Həmzəyevin qızıdır. 
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:281
embedMənbə:https://bizim.media
archiveBu xəbər 01 Fevral 2026 17:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri