Icma.az
close
up
RU
Sabirin qızı: Anamı atamdan boşatmaq istəyirdilər İlk dəfə

Sabirin qızı: Anamı atamdan boşatmaq istəyirdilər İlk dəfə

Icma.az, Kulis.az saytına istinadən bildirir.


Kulis.az Mirzə Ələkbər Sabirin qızı Səriyyə Tahirzadənin atası haqqında xatirələrini təqdim edir.
Qeyd edək ki, bu material internet resursunda ilk dəfə yayımlanır.

Məşhur Şamaxı zəlzələsində 10-11 yaşlarında idim. O gün beş bacı “harada qalacağıq, nə olacaq?” - deyə anamızı narahat edirdik. Atamın səbrli, işsevən, qıvraq və bacarıqlı olduğunu o gün gördüm. Təkbaşına uçmuş evin taxtalarından, palaz və həsirlərdən istifadə edib, qonşu həyətində axşamlamaq üçün daxma tikdi, bizi və kişisi şəhərdə olmayan qonşu qadınları çocuqları ilə birlikdə bu daxmada yerləşdirib daldalandırdı.

Söyləndiyinə görə, uşaqlar içərisində dilli və hafizəli olduğum üçün atam məni çox sevərmiş. Kiçik bacısı Nazlı bibimdən sonra məni özünə ikinci sirdaş etmişdi. Atam mənə “anaşım” deyə xitab edərək yazdığı şeirləri ilk əvvəl mənim üçün oxuyardı. Bu səbəbdəndir ki, mən onun şeirlərinin çoxunu əzbər bilərdim.

Əlidadaş (o zaman atama belə xitab edərdik) işinin çoxluğuna baxmayaraq anama və mənə savadlanmağı təklif etdi. Anam isə “qocalıqda iməkləmək” deyibən bu təklifi qəbul etmədi. O zamankı vəziyyətimizdə anam bir növ buna haqlı idi. Bir tərəfdən ağır maddi vəziyyət üzündən uşaqlarının ölməsi, digər tərəfdən sabun bişirməkdə atama yardım etməsi onu üzür və bütün vaxtını alırdı. Odur ki, Əlidadaş mənimlə təkcə məşğul oldu.

Lakin məşğələmiz çox davam etmədi. Atam üçün Şamaxıda dolanmaq çətinləşdi. Hər tərəfədən ona qarşı yapılan hücum və təqibləri get-gedə artırdı. Odur ki, Bakıya gəlməyə məcbur oldu.

Bu zaman on bir uşaqdan ancaq üçümüz (bu günə kimi sağ qalmış böyük bacım, mən və qardaşım) qalmışdıq. Bu arada Əlidadaş Bakıda ikən hər kəsin hücumundan ziyadə bizi incidən əqrəbamızın təzyiqi idi.
Bir gün nənəm (atamın doğma anası) anamın yanına gəlib: “niyə oturmuşsan, sən şərən azadsan, o babıdır, get boşan, mən də südümü ona halal etməyəcəyəm”, - dedi.
Bu sözlərə anam öyrəşmiş olduğu üçün əhəmiyyət verməsə də, mən əhvalatı atama yazdım, cavabında isə atam belə şeylərdən narahat olmamağımızı məsləhət etdi.

Həyatının olduqca ağır keçməsinə, yoxsulluğuna görə sıxıntılı olmasına baxmayaraq, bütün ömrü uzunu bizi xoş üzlə, zarafat və şuxluqla qarşılardı.

Onun birinci oğlu onun həyatına daha da ruh vermişdi. Bu münasibətlə uşağın qırxından sonra seyrə çıxarkən özünün “Cütçü” şeirini faytonda yazmışdı. Evdə çox zaman dalğın görünər, özünü söhbətimizi dinləyirmiş kimi göstərirdisə də, söhbətdən çox sonra nə barədə danışıldığını sual edərdi. Onun hər dalğınlığı bir şeir ilə bitirdi.

Xəstəliyini, əsasən, ayaq üstə keçirmişdi, fəqət Tiflisdən müalicədən qayıtdıqdan sonra son üç gününü yatmağa məcbur qalmışdı. Bu zaman yataqda çevrikməyə ancaq mən yardım edirdim, çünki ancaq mənimlə rahat olurdu. Bu zamanlar həyatından artıq təngə gəldiyi üçün öz-özünə söylənirdi. Son gecə – ölüm gecəsi saat üçdə, dörddə qalxaraq söylədiyi sözlər anlaşılmaz qaldı.

Onun vəfatı günü əsərlərindən müəyyən hissə evimizdən yox oldu. Qalan hissələrindən axundlar, mollalar əqrəbamızın vasitəsilə “molla və dinə toxunan parçaların” çıxarılmasını tələb etmişlərdisə də, Mirzə Abbasqulunun (Abbas Səhhətin) göstərişi ilə biz (mən və yoldaşım) buna razılıq verməyib kitabı gizlətdik.
Sonradan yenə Mirzə Abbasqulunun vasitəçiliyi ilə qalan hissə anamız Büllurnisanın adından nəşr edildi…

“Şərq qadını”, dekabr 1936, №23-24

Həsənağa Turabovun həyat yoldaşı vəfat etdi Mən burdayam, İlahi! - Vaqif Səmədoğlunun ən gözəl şeirləri Həyat yoldaşının əleyhinə ifadə vermədiyinə görə sürgün olunan qadın - O, Sarı Şəmistanın nəyi idi?
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:230
embedMənbə:https://kulis.az
archiveBu xəbər 07 Fevral 2025 12:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see347

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see331

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see273

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see265

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see243

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see234

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see222

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see214

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see213

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see210

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see206

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see206

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see202

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see188

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see188

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see182

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see177

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see176

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see168

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri