Icma.az
close
up
RU
Anar Bayramovdan şirkətlərə XƏBƏRDARLIQ “Bu sənədi rəsmiləşdirməsələr, ciddi zərərlə ÜZLƏŞƏ BİLƏRLƏR

Anar Bayramovdan şirkətlərə XƏBƏRDARLIQ “Bu sənədi rəsmiləşdirməsələr, ciddi zərərlə ÜZLƏŞƏ BİLƏRLƏR

Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Şirkətlərin gördüyü hər bir iş və ya göstərdiyi xidmət rəsmi sənədlərlə təsdiqlənməlidir. Təəssüf ki, bir çox sahibkar yalnız müqavilə və elektron qaimə ilə kifayətlənir.. Onlar düşünür ki, bu iki sənədin olması yetərlidir.
Amma fors-major hallarda vəziyyət dəyişir.
Məsələn, məhkəmə çəkişmələri zamanı vəziyyət tamam başqa olur. Hakim yalnız müqavilə və qaiməni kifayət hesab etmir, işin başa çatdığını təsdiqləyən təhvil-təslim aktı tələb edir. Əgər bu sənəd yoxdursa, şirkət haqlı olsa belə, pulunu ala bilmə riski ilə üz-üzə qalır.
Nəticədə şirkət ciddi problemlərlə üzləşə bilər.
Mövzu ilə bağlı Bizim.Media-ya danışan iqtisadiyyat üzrə fəlsəfə doktoru, Azərbaycanın fəxri auditoru Anar Bayramov bildirdi ki, ilkin müqavilə tərəflərin niyyətini, qaimə isə maliyyə əməliyyatını göstərir:
Amma Qanunvericiliyin təbəblərinə görə, öhdəliklərin yerinə yetirilməsi təhvil-təslim sənədi ilə təsdiqlənməlidir. Əgər bu sənəd yoxdursa, sübut etmək çətinləşir və nəticədə şirkət haqlı olsa belə, ödənişini itirə bilər.
Vergi orqanlarının yoxlamaları zamanı da eyni problem yaşanır. Vergi Məcəlləsinə əsasən, malların alınması və təqdim olunması yalnız qaimə ilə yox, həm də faktiki təhvil verilməni təsdiqləyən sənədlərlə rəsmiləşdirilməlidir. Əks halda, əməliyyat şübhəli sayılır, əlavə öhdəliklər və maliyyə sanksiyaları tətbiq oluna bilər.
Lakin bir çox sahibkar və mühasib bu nüansı nəzərə almır. Düşünürlər ki, müqavilə və qaimə kifayətdir. Amma əslində, işin qəbulunu təsdiqləyən sənəd  “təhvil təslim aktı” olmadan həm pul itkisi, həm də məhkəmə çəkişməsində uduzmaq riski çox böyükdür”.
Müsahibimiz bununla bağlı sahibkarlara müvafiq tövsiyələr verib:
“Hər bir mal və xidmətin göstərilməsindən sonra təhvil-təslim sənədi (akt) imzalanmalıdır. Sənəddə işin həcmi, işə verilən qiymət müvafiq tarixlə qeyd edilməli və bu sənəd hər iki tərəfin imzaları ilə təsdiqlənməlidir. İlkin müqavilə və qaimə ilə yanaşı təhvil-təslim aktı da arxivləşdirilməlidir.
Qanunvericilikdə açıq şəkildə göstərilir ki, yalnız müqavilə və qaimə ilə kifayətlənmək düzgün deyil. İşin qəbulunu təsdiq edən sənəd əsas və yekun sənəddir. Məhz bu sənəd işgörəni xoşagəlməz hallardan və məhkəmə çəkişməsindən sığortalayır”.
Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://bizim.media
archiveBu xəbər 30 Sentyabr 2025 13:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see392

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see235

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see221

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see213

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see211

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see204

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see184

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see177

Afrika Millətlər Kuboku: Mərakeş və Kamerun 1/4 finalda

05 Yanvar 2026 01:04see177

Gəncədə baş verən yanğın nəticəsində bir nəfərin meyiti aşkarlanıb

04 Yanvar 2026 23:37see172

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see168

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see166

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see166

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see152

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see148

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see141

Aydın Sezer: ABŞ Latın Amerikasını hələ də arxa bağçası kimi görür

04 Yanvar 2026 18:38see140

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see132

“Prob qoyublar da, tutsa, seksiyaları artıracaqlar” Foto

04 Yanvar 2026 11:57see130

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri