Bu uşaqlar travma ilə üzləşə bilər XƏBƏRDARLIQ
Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.
Son 6 ildə həbsxanalarda 21 uşaq dünyaya gəlib.
Bu göstərici digər illərlə müqayisədə azdır. Son 5 ildə ən yüksək göstərici isə 2024-cü ildə qeydə alınıb. Buna rəğmən həbsxanalarda dünyaya gələn uşaqların aqibəti, onların cəmiyyə inteqrasiyası insanları düşündürür. Bu uşaqların aqibəti necə olur? Onlar cəmiyyətə necə inteqrasiya edir və bu məqsədlə hansı addımlar atılır? Həbsxanada doğulmaq bu uşaqların psixologiyasında hansı izlər qoya bilər?
Mövzu ilə bağlı "AzPolitika"ya açıqlama verən psixoloq Gülnar Orucova bildirib ki, həbsxanada dünyaya gələn və ya həyatının ilk illərini dəmir barmaqlıqlar arasında keçirən uşaqların psixoloji və sosial inkişafında ciddi problemlər yarana bilər:
"Çünki uşağın normal inkişafı üçün ətraf mühiti tanıması, müxtəlif insanlarla ünsiyyət qurması, suallar verməsi və onlara cavab alması vacibdir. Uşaq bu yolla ətraf aləmi öyrənir, düşünmə və təhliletmə bacarıqlarını inkişaf etdirir. Normal şəraitdə uşaqlar parklara, əyləncə mərkəzlərinə, marketlərə və digər ictimai məkanlara aparılır, yaşıdları ilə ünsiyyət qururlar. Bu təcrübələr onların dünyagörüşünün formalaşmasına kömək edir. Həbsxanada böyüyən uşaqlar isə belə imkanlardan məhrum qala bilərlər. Buna görə də onların psixoloji travma yaşamaq riski daha yüksəkdir. Belə uşaqlar utancaq və çəkingən ola, özlərini cəmiyyətdə ifadə etməkdə çətinlik çəkə, özünəinam problemi yaşaya bilərlər. Uşaq böyüdükcə anasının qanunu pozduğuna görə həbs olunduğunu anlayır. Bu isə onda anasına qarşı aqressiya, inciklik və ya günahlandırma hissləri yarada bilər. Bəzi hallarda uşaq yaşadığı çətinliklərə görə anasını məsul tuta bilər. Digər tərəfdən, bu uşaqların təhsilə çıxışı da ciddi suallar doğurur. Həbsxanada böyüyən uşağın məktəbəqədər təhsil və məktəb imkanlarından necə yararlanacağı, sosial mühitə hansı üsulla uyğunlaşacağı aydın deyil. Onların digər uşaqlarla ünsiyyətdən məhrum qalması narahatlıq, gərginlik və müxtəlif davranış problemlərinə səbəb ola bilər".
Psixoloqun sözlərinə görə, həbsxanada dünyaya gələn və ya orada böyüyən uşaqların cəmiyyətə inteqrasiyası üçün xüsusi mexanizmlər yaradılmalıdır:
"Əlbəttə, ananın övladını sevdiyini və onun qayğısına qalmaq istədiyini başa düşürəm. Bir ana uşağı üçün əlindən gələni etməyə çalışa bilər. Ancaq bəzi hallarda o, bu məsuliyyətin öhdəsindən təkbaşına gələ bilmir. Həbsxana şəraitinin isə öz məhdudiyyətləri var. Belə vəziyyətlərdə uşaqların dövlətin nəzarətində olan müəssisələrə yerləşdirilməsi məsələsinə baxıla bilər. Ana uşağını müəyyən müddət yanında saxlayır, lakin uşaq böyüdükcə onun inkişafı və sosiallaşması üçün daha uyğun mühitə ehtiyacı yaranır. Xüsusilə erkən uşaqlıq dövrü inkişaf baxımından mühüm mərhələdir. Ana müəyyən bir səhv edə, qanunu poza və ya hansısa hadisəyə görə həbs oluna bilər. Ancaq onun törətdiyi əməlin nəticələrini uşaq çəkməməlidir. Ana olaraq hər bir valideyn övladına daha yaxşı həyat şəraiti yaratmağa çalışmalıdır. Düşünürəm ki, uşağını həbsxanadan dövlətin himayəsinə verən anaların övladlarının övladlığa götürülməsi məsələsində də müvafiq mexanizmlər nəzərdən keçirilməlidir. Təbii ki, ana uşağının həbsxanada böyüməsini istəmədiyi üçün onu dövlət müəssisəsinə təhvil verə bilər. Lakin belə hallarda uşağın gələcək taleyi dəqiq müəyyənləşdirilməlidir. Ananın uşağına sahib çıxıb-çıxmayacağı, onunla maraqlanıb-maraqlanmadığı, uşağı görmək və gələcəkdə yanına götürmək istəyib-istəmədiyi aydınlaşdırılmalıdır. Çünki bəzi hallarda analar uşaqlarını həbsxanadan uşaq müəssisələrinə yerləşdirirlər, lakin sonradan onların taleyi ilə maraqlanmırlar. Belə uşaqların bir qismi illər sonra da həmin müəssisələrdə qalır".
Günəş Fərəh
Azpolitika.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:46
Bu xəbər 29 Oktyabr 2026 20:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















