Icma.az
close
up
RU
Menu

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

AYNA 5 min sürücü hazırlayacaq FOTO

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

Səudiyyə Ərəbistanı Somali və Misirlə hərbi ittifaq yaradacaq...

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

“Subway Surfers” 14 il sonra qayıdır

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

Anar Bayramovun üzr istədiyi qazidən Vilayət Eyvazova MÜRACİƏT

Anar Bayramovun üzr istədiyi qazidən Vilayət Eyvazova MÜRACİƏT

Hurriyyet saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ağdam rayonu, Baş Qərvənd kənd sakini, hazırda Quzanlıda yerləşən qaçqın qəsəbəsində məskunlaşan 2-ci qrup müharibə əlili Fərzalıyev Calal Qənəhət oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Dələduzluqla üzləşən qazi qəzetimiz vasitəsilə Daxili İşlər naziri Vilayət Eyvazova müraciət ünvanlayıb. Onun məktubunu olduğu kimi dərc edirik:

Cənab Nazir!

İlk öncə bildirim ki, Silahlı Qüvvələrin tərkibində qanuni həqiqi hərbi xidmətdə olduğum zaman müxtəlif döyüş əməliyyatlarında iştirak etdiyimə və aldığım xəsarətlərə görə 2006-cı il may ayının 12-dən 2022-ci il dekabrın 9-na qədər pensiya və Prezident təqaüdü alırdım. Yuxarıda qeyd etdiyim tarixdə pensiyam və təqaüdüm Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən qeyri-qanuni olaraq dayandırıldı.

Mən ötən 27 ay ərzində dəfələrlə nazirlikdə “Ağbaş” deyilən Valeh Kərimovun, TSEK-də isə Şahin həkimin və Dilarə həkimin   qəbulunda oldum. Onlardan pensiyamın niyə və hansı səbəbdən kəsildiyini soruşdum. Hər dəfə də eyni sözləri  eşitdim: “Balam, buna niyə imtina verilib? Sən get evinə, narahat olma, 6 ay keçsin, bərpa ediləcək. Burda bir anlaşılmazlıq olub, sənə səhvən imtina verilib, bərpa edəcəyik”.

Məni hər dəfə aldadıb, yenə də pensiyamı bərpa etmədilər. 2024-ci il yanvarın 17-də Ağdam rayonu Heydər Əliyev Mərkəzində, şəxsən TSEK-in baş direktoru Anar Bayramovun   qəbulunda oldum. Bütün sənədlərimi Anar məllimə təqdim etdim və eyni sualı ona da verdim. İnanın, Allaha and olsun, adıçəkilən həkimlərin dediyi sözləri Anar Bayramov da təkrar etdi. Hətta üzrxahlıq belə etdi ki, “bağışlayın, burda böyük  anlaşılmazlıq olub. Araşdırım, sizə kömək edib, pensiyanızı  bərpa edəcəm”.

Lakin ötən 12 ay ərzində Anar Bayramov mənə kömək etmədi və pensiyam da bərpa olunmadı. Əksinə, mənə məktub göndərdi ki, bəs, “videoizləmə zamanı sizdə əlillik aşkar olunmadığı üçün pensiyanızı bərpa edə bilmərik”. Fikir verin, özüm canlı olaraq bu adamın qarşısında dayanmışam, məni danışdırıb, hətta üzrxahlıq edib, daha sonra gedib Bakıdan məktub göndərir ki, videoizləmədə əlil deyilmişəm. O hansı videoizləmədir axı?!

Mən 2024-cü il, oktyabr ayının 1-dən vəkil Telman Məlikin  köməkliyi ilə sənədlərimi hazırlayıb, Gəncə İnzibati Məhkəməsinə göndərdim. Hazırda işim Gəncə İnzibati Məhkəməsində, hakim Emin Axundovun icraatındadır. 27.01.2025-ci il və 26.02.2025-ci il tarixlərində məhkəmə proseslərində olmuşam. Hakim məni danışdırıb, dinləyib, rəsmən yaxından tanış olub. Hətta dediklərini yaxşı eşidə bilmədiyimi nəzərə alıb, məni düz yanına qədər çağırıb ki, “gəl yanıma, görürəm dediklərimi eşidə bilmirsən”...

Qeyd edim ki, hazırda da eşitmə cihazlarından istifadə edirəm. Lakin müasir tələblərə cavab vermədiyindən, yavaş danışığı yaxşı ötürə bilmir. Həm də tez-tez xarab olur, çünki istifadə müddəti bitmiş cihazlardır. Həmin qulaq aparatını da mənə 2009-cu ildə Ağdam Rayon Mərkəzi Xəstəxanasında o vaxt baş həkim işləyən Gülnar Abbasova şəxsən vermişdi.

08.10.2025-ci il tarixində qəsəbəmizdə tanıdığım bir nəfər mənə  dedi ki, gözlərin aydın, xalanın əri Dadaşov Raqufu qonşu kəndin sakiniAllahverdiyev Azər Boran oğlu komissiyadan   keçirib, ona 1 illik  3-cü qrup əlillik təyin etdirib. Düzü,  inanmadım. Raqufun evinə getdim, bu hadisəni ona danışdım. Gördüm ki, Raqufun rəngi biraz  qaçdı. Mənə, “sənə onu deyən qələt edir, mən öz yatışlarımla komissiyadan keçmişəm”, - dedi. Dedim, ay Raquf, el-oba danışır ki, Azər Allahverdiyev 1300 manata sənə 1 illik 3-cü qrup əlillik alıb...

Bu hadisədən 10 gün sonra Azər Allahverdiyev məni gəlib tapdı. Dedi ki, eşitmişəm, sənə imtina verilib. Dedib, hə. Soruşdu ki, sənədlərin üstündədir? Bütün sənədlərimin surəti telefonumda  olduğundan, hamısını ona göstərdim. Dedi ki, bu sənədlərlə əlillik ala bilərsən, qoy Elşad həkimə deyim, baxsın görək... Sonra kiməsə zəng vurdu. Beləcə, 30 qəqiqəlik söhbət getdi və danışdığı adam 1500 manata bu məsələni həll edə biləcəyini dedi. Əlavə etdi ki, kartına öncədən 10 aylıq da pul vurulacaq. Mən əvvəl razı olmadım, dedim ki, pulum yoxdur, sənədimi düzəltdir, kartıma pul köçürüləndə verərəm...

Onu da deyim ki, 2022-ci ildə pensiyam kəsiləndə 700 manat pensiya və təqaüd alırdım. Ona görə, dedim ki, sənə işi həll elə, Elşad həkimin pulunu 1-ci ay verə biləcəm. Razılaşdıq. Sonra mənə zəng vurdu ku, Elşad həkim mənə zəng vurub, deyir, pulu bəri başdan çatdırsın, 1 aya onun işin həll edəcəyik. Dedim ki, axı, indi bu pulu hardan tapım?! Cavab verdi ki, həyat yoldaşın işləyir də, get kredit götür, verək onlara. Onu da bildirdi ki, 200  manat da mənə verəcəksən, mənim pulum ayrıdır.

Bərdə rayonuna, “ABB Bank”a gedib kredit götürdük. Qəsəbəyə qayıtdıqda Azər Allahverdiyevi evimə çağırdım. Həyat yoldaşımın və qayınanamın yanında 1700 manatı aldı. Qayınanama da dedi ki, “xala, narahat olma, sənin yeznənin pensiyası hazır olacaq”.

Cənab Nazir!

Beləcə, Azər Allahverdiyev başımıza oyun açdı. Çox dillər danışdı, çox hoqqalardan çıxdı, nəhayət, mən bunun fırıldaqlarını başa düşüb, dərhal pulumu geri tələb etdim. Dedim ki, bizi 3000 manat “kreditə oturtmusan”, ver pulumu. Cavab verdi ki, mən pulu həkimlərə vermişəm. Dedim ki, onda zəng elə, məni Elşad həkimlə danışdır. Bununla razılaşmadı...

10.02.2025-ci il tarixində DİN-in 102 xidmətinə məlumat verdim. Bundan sonra məni Ağdam Rayon Polis Şöbəsinə çağırdılar. Bütün sübutları polisə verdim. Onu da dindiriblər,  izahatında göstərib ki, guya məndən borc alıb. Dedim ki, yalan danışır, ortada bu qədər sübut var.

Sonra öyrənmişəm ki, Azər Allahverdiyevin xalası oğlu Ağdam Polis Şöbəsində rəis müavini işləyir. Əmisi qızı isə “Səni axtarıram”ın aparıcısı Xoşqədəm Baxşalıyevadır. Əmisi oğlu Ədliyyə Nazirliyində yüksək vəzifədə çalışır, səhv etmirəmsə, adı Samirdir. Görünür, bu səbəbdən də mənim şikayətimə baxılmır.

Sizdən xahiş edirəm ki, mənə köməklik edin, bu məsələ aidiyyəti üzrə dövlət orqanlarında nəzarətə götürülsün. Azərin mənə və ailəmə vurmuş olduğu 1700 manat nəğd və 800 manat faiz borcu olmaqla, toplam 2500 manat alınaraq geri, yəni mənə qaytarılsın.

Sizdən onu da xahiş edirəm ki, mənim haqsız yerə kəsilmiş  pensiyamın bərpasında da köməklik edəsiniz”.

Hazırladı: Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:214
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 04 İyun 2025 11:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see255

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see235

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see161

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see134

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see133

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see133

Səudiyyə Ərəbistanı Somali və Misirlə hərbi ittifaq yaradacaq...

16 Yanvar 2026 20:52see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see132

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see128

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see127

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri