Icma.az
close
up
RU
Menu

Bakıda yolun hərəkət hissəsi parkinqə çevrilib Nişanları heçə sayıb yolu bağlayırlar VİDEO

Azərbaycan və Türkmənistan qarşılıqlı əməkdaşlığı Avrasiya logistik sisteminin dayanıqlı inkişafı üçün mühüm amilə çevrilə bilər EKSPERT

Kiyevdə məşhur amerikalının başına balkon düşdü Foto

Sertifikasiyada müəllimə əlavə vaxt verilir Bu hallarda...

Ən sağlam səhər içkisinin adı açıqlandı Çay və qəhvə deyil

Rusiya Serbiyanı Ukraynaya gizli sursat verməkdə ittiham edir...

Ruslar bu yay uğursuz olsa, üsyan başlayacaq Xarebin

Çin Kiyevə Mavic dronlarının satışını dayandırır

Xaricdə Azərbaycan əleyhinə çıxışlar edən mühacirlərin ölkəyə ekstradisiyası yalnız bu yolla mümkündür VACİB AÇIQLAMA KONKRET

Super Liqa klubunun yeni baş məşqçisi müəyyənləşib

Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının təşviqi” adlı layihə çərçivəsində ekspert görüşü FOTOLAR

İspaniya təmsilçisi Fernando Torreslə müqavilə müddətini uzadıb

Dostu 6 bıçaq zərbəsi vurdu

Paşinyan kilsələri tikinti tullantıları ilə dolu anbarla müqayisə edir

Çelsi Joao Feliksdən qurtulmağın yollarını axtarır

İsrail və HƏMAS arasında tarixi razılaşma...

Sosioloq: Getdikcə sırf əyləncə üçün yaşayan insanların sayı artır

Tramp Harvarda 30 gün vaxt verdi

Serj Sarqsyan və kürəkəni 3 milyon dollar rüşvət almaqda ittiham olunur

Fidan: Rusiya və Ukraynanın atəşkəslə bağlı tələbləri fərqlidir

Anar: “Bircə ondan qorxuram ki, əcəl qəfil gələr”

Anar: “Bircə ondan qorxuram ki, əcəl qəfil gələr”

Ayna portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Özümü “Ötən ilin son gecəsi”ndəki "Həmidə" kimi hiss edirəm”

Hər il dekabrın 31-i televiziya kanallarında yayımlanan “Ötən ilin son gecəsi” filminin mətn müəllifi ilə bayram ərəfəsində söhbətləşmək elə filmin çəkildiyi illərə səyahət etmək deməkdir. Ötən əsrin ab-havasını hiss etmək üçün “90lar cafe”də dediyimiz vaxtda vədələşdik və bir neçə saatlıq zamanın fövqündə olmağı bacardıq...

AYNA Xalq yazıçısı Anarın APA-ya “Ötən ilin son gecəsi” müsahibəsini istinadla təqdim edir:

– Anar müəllim, siz yaşda adamların növbəti ildən umacağı olur?

– Umacağı təkcə həmin ilə çıxmaq olur, yəni bir il də yaşamaq istəyir.

– 2025-dən başqa nələr gözləyirsiniz?

– Vaxt umuram. Həmişə deyirəm ki, ölümdən qorxmuram. Hamı gec-tez öləcək. Allah lütf edib ki, bu yaşa çatmışam. Yəqin, Allah belə lazım bilib. Təəssüf ki, dostlarımın çoxu vaxtsız getdi həyatdan. Bircə ondan qorxuram ki, əcəl qəfil gələr, natamam qalan bəzi işlərimi tamamlaya bilmərəm.

- Hansı işlərdi o?

– Beynimdə, ürəyimdə beş-altı kitab var ki, onları yazıb bitirmək istəyirəm.

– Məsələn?

– Müxtəlifdi... Aralarında bioqrafik kitablar da var. Bəziləri demək olar, hazırdı... Gülməli də olsa, deyəcəm. “Keçən keçdi, olan oldu” adlı ailəmizin bioqrafiyasını əhatə edən kitab yazıram, bu kitabın anonsunu isə, XX əsrdə vermişdim... Bir ay lazımdı ki, tamamlayım. Çox güman, 25-ci ildə hazır olacaq.

– Digər kitablar nə barədədir?

– Dediyim kimi beş kitab hazırlayıram, hərəsi bir janrdadır. Biri povestdir, biri memuardır, biri esselərdi. Bir kitab da artıq nəşriyyatdadır. İki ailədə dörd Xalq şairi, üç Xalq yazıçısı. Səməd Vurğunla Rəsul Rzanın ailəsində dörd Xalq şairi var: Rəsul Rza, Nigar Rəfibəyli, Səməd Vurğun, Vaqif Səmədoğlu. Üç Xalq yazıçısı var: Ənvər Məmmədxanlı, Yusif Səmədoğlu və mən. Kitab bu barədədir.

– Ən yaddaqalan Yeni il axşamınız nə vaxt olub? Həmin Yeni ili yaddaqalan edən hadisələri xatırlayırsızmı?

– Hadisələr çox olub. Atam-anam sağ olanda Yeni il gecələrini onlarla birgə qeyd edirdim. Sonra ayrı yaşayası oldum, həmişə bayramı onlarla qeyd edə bilmədim. Buna görə təəssüflənirəm. Yeni ilə bir gün qalmış ailəmizin həyatında kədərli hadisə baş verdi, dekabrın 31-də qayınatam rəhmətə getdi. Anam deyirdi ki, bundan sonra siz Yeni ili kədərqarışıq hisslərlə qarşılayacaqsınız. O gündən çox illər keçməsinə baxmayaraq, hər il dekabrın 31-i onun məzarını ziyarət edirik.

– Atalı-analı bayramaxşamılarından yadınızda nə qalıb?

– Atamın bir sözünü xatırlayıram. Yeni ilin gəlişindən beş dəqiqə keçəndən sonra deyirdi: “Ay aman, artıq yeni ildən də beş dəqiqə keçdi”. Bir arzusu da var idi; deyirdi, bir gün də olsa, XXI əsrdə yaşayım. Qismət olmadı...

– Siz iki əsr gördünüz...

– Bəli.

– XXII əsri görməyi arzulamırsınız?

– Yox, daha ona qalmaram...

– Yeni ili xaricdə qarşılamısınız?

– Bəli, Moskvada.

– Necə xatırlayırsınız?

– Vaqif Səmədoğlu, Maqsud İbrahimbəyov, bir neçə moskvalı dostumla birgə qarşılamışdıq Yeni ili. Elə adi, sadə masa arxasında...

– Həyat yoldaşınız Zemfira xanımın səhhətində yaranan problemlərə çox həssas yanaşırsınız. Hətta xaricdə olanda apteklərdən şəxsən özünüz dərman axtarırsınız...

– Bu, xüsusi həssaslıq deyil, məncə, çox normal haldı. Elə belə də olmalıdır... Məsələn, Türkiyədən apteklərdən hansısa dərmanı axtarmağım çox adi haldır. Birinci dəfə bu söhbət Nəbi Xəzri ilə Türkiyədə səfərdəykən olub. Aptekdən Zemfira xanım üçün bir dərman axtarırdım. Nəbi müəllim buna çox təəccüblənmişdi. Niyə təəccüblənmişdi? İndi də bilmirəm. Ötən il sizinlə səfərdə olanda da eyni hal baş verdi, hətta Ulucay Akif bunu yazmışdı... Ailəmdi, ömür-gün yoldaşımdı, həyatımı onunla keçirmişəm. Yeddi yaşından tanıyıram onu...

– Yazıçılar məişət qayğılarından uzaqda dayanmağa çalışırlar. Amma elə hal yaşanır, istəsən də, istəməsən də, məişət gəlib yaxandan ikiəlli yapışır. Maraqlıdır, yazı-pozu əhlinin də övladları yerbəyer etmək kimi nigaranlığı var, ya onlar bu məsələyə bir az soyuq yanaşır?

– Valideynlik hissi peşəyə baxmır. Yazıçı da eynilə övladlarından ötrü nigaran olur. Özü də qəribədir, sən hamının qeydinə qala bilərsən, amma öz balanın qeydinə qalanda deyirlər ki, niyə sən ona xüsusi yanaşırsan? Bilirsən ki, oğlum da, qızım da yazır. Hər cür çalışıram ki, Yazıçılar Birliyi vasitəsilə onlar heç bir imtiyazdan yararlanmasın. Nə təqaüd, nə hansısa təltif, nə çap olunmaq, heç nə... Nə edirlərsə, öz güclərinə edirlər. Bu halda belə söz qoşurlar ki, Anar öz balalarına təqaüd verir. Görün, nəsə etsəydim, nələr danışardılar?! Onda da deyəcəkdilər ki, Anar Yazıçılar Birliyinin binasını balalarına bağışlayıb.

– Təsadüfən, bu gün Yusif Səmədoğlunun doğulduğu gündür...

– Həyatda rast gəldiyim ən işıqlı, təmiz adamlardan biri Yusif idi. Çox istedadlı yazıçı, incə qəlbli, zövqlü insan idi. Daim onun yeri görünür. Həm də çox həssas idi. Hansısa səbəblərdən ovqatım olmayanda Yusifin xüsusi qayğısını hiss edirdim... 93-cü ildə yeddi ay Türkiyədə dərs dedim. Getməmişdən əvvəl Yazıçılar Birliyində plenum çağırıldı və Yusif birliyin birinci katibi seçildi. O vaxtlar Yusifin ölkə rəhbərliyi ilə münasibətləri yaxşı idi və ona çox hörmət edirdilər. Başqası olsaydı, mənim Azərbaycanda olmamağımdan istifadə edib plenum çağırardı və Yazıçılar Birliyinin sədri olardı. Buna nə hökumət, nə də yazıçılar etiraz edərdi. Sözün açığı, mən də razı olardım. Amma Yusif bunu etmədi. Çünki dostluq, etibar onun üçün vəzifədən üstün idi. Qəzetlər mənim ölkədən birdəfəlik getməyim barədə yazanda Yusif təkzib yazırdı ki, Anar müvəqqəti gedib. Bunu çox az adam edə bilərdi. Həmin az adamlardan biri də Yusif idi.

– Altmışıncılar nəsrindən üçünüz qalmısınız: Əkrəm Əylisli, Elçin Əfəndiyev və siz. Hərdən elə bilirəm, gizlin hardasa görüşürsünüz. Bu, həqiqət olmasa belə, maraqlı yalandı...

– Elçinlə ayda bir dəfə, iki dəfə gizlin yox, aşkar görüşürük. Ya mən zəng edirəm, ya o zəng edir. Əkrəmlə görüşmürük.

– Əkrəm Əylislini görmək istəyirsiniz?

– Açığı, yox. Çünki mən ondan çox incimişəm. Atam haqqında, mənim haqqımda bütün yazdıqlarına baxmayaraq, vaxtilə “Komsomolski pravda” qəzetində onun haqqında məqalə yazdım. Moskvada Əkrəm barədə çıxan ilk yazı idi. Əkrəm deyir, Anar bu yazını da sifarişlə yazıb. Halbuki öz təşəbbüsümlə yazmışam. “Daş yuxular” haqq-hesabından sonra o təklənməsin deyə, həmin məqaləni Azərbaycan dilinə çevirib “Azərbaycan” jurnalında çap etdirdim. “Daş yuxular”dan sonra Azərbaycan mətbuatında ilk dəfə idi ki, Əkrəm haqqında müsbət yazı gedirdi. Dedim, Əkrəm nəcabət göstərər, zəng edib deyər ki, sağ ol, hamı məni pisikdirdiyi vaxtda sən belə addım atmısan. Olmadı, gördüm düzələn deyil...

– Bu yaxınlarda Əkrəm müəllim “Tənha çinarın nağılı” adlı yazı yazdı...

– Mənə göstərdilər, yarısı yalan idi. Dedilər, cavab yaz, dedim, lazım deyil.

– Yazır ki, 87-ci ildə “Karvansara” restoranında görüşmüsünüz, Yazıçılar İttifaqının katibi vəzifəsini təklif etmisiniz. Əvvəl razı olmayıb, siz kövrəlmisiniz, sonra razılaşıb...

– Əşi, nə kövrəlmək?! Boş sözdü. Görüşdük, əvvəlcə, qəbul etmədi təklifimi, sonra razılaşdı. Bilirsən, niyə ondan inciyirəm? Çox şeyi uydurur. O Yazıçılar İttifaqının üzvlüyündən istefa ərizəsində yazıb ki, xahiş edirəm, məni üzvlükdən azad edəsiniz. İndi deyir, guya, o vaxt ərizədə yazıb ki, getdikcə daha çox iylənməkdə olan və iyləndikcə daha çox üfunət saçan bir təşkilatın üzvü olmağın... nə bilim nə... O ərizə məndə qalır və belə sözlər orda yoxdu. Bax bunu niyə yalan deyirsən, ay Əkrəm?

– Sadiqlik məsələsini əsas tutursunuz...

– Bəli.

– Həmin sadiq adamlardan biri sürücünüz Seyran kişi idi. Bir neçə həftə əvvəl vəfat etdi...

– O bizim ailə üzvümüz kimi idi. Sonuncu gün hansısa tədbirdən gəldik. Həmişə məni liftə qədər ötürürdü. Bu dəfə də liftin önünə qədər gəldi. Dedim, Seyran, daha get, birinci gün gələrsən. Dedi, yox, gözləyəcəm, lift qalxsın, sonra gedəcəm. Sonuncu qayğısı bu oldu. Getdi, bazar ertəsi gəlməli idi. İki gün sonra zəng gəldi ki, Seyran dünyadan köçüb. Elə bildim, göy guruldadı. Heç gözləməzdim... Bəziləri deyirdi ki, gözləri zəifdir, qəza törədə bilər. Deyirdim, yox, nə qədər işləyə biləcək, mən hər yerə onunla gedəcəm... Yeri çox görünür...

– “Ötən ilin son gecəsi” pyesinizdə Yeni il axşamı tənha qalan Həmidə obrazı var. Övladları hərəsi bir yerdə təzə ili qarşılayır, ana isə tənha qalır, mərhum həyat yoldaşının səs yazısını dinləyir. Günü-gündən seyrələn ətrafınızın fonunda nə vaxtsa özünüzü Həmidənin situasiyasında hiss etmisiniz?

– Daim özümü Həmidənin situasiyasında hiss edirəm. Bəzən həmsöhbət tapmıram. Elə söhbətlər var ki, onları ancaq öz yaşıdlarımla, həyat yolumuz bir olan, eyni problemlərlə üzləşdiyim adamlarla edə bilərdim. Onların çoxu qalmayıb, bir-iki nəfər var.

– “Ötən ilin son gecəsi” pyesiniz yeni il ab-havası kontekstində yazılıb deyə bir neçə dəfə rejissorların müraciət etdiyi əsər olub...

– Moskva televiziyası iki dəfə “Ötən ilin son gecəsi”ni səhnələşdirmişdi. Birincini televiziyadan izləmişdim, bəyənməmişdim. Çünki Həmidə xanım obrazını canlandıran aktrisa yüngülvari oynayırdı rolu. Təxminən, üç-dörd ay sonra ikinci teletamaşanı çəkdilər. O isə çox ürəyimcə oldu. Tamaşa nümayiş ediləndən sonra Ləmbəranski mənə teleqram vurdu, məmnuniyyətini bildirdi. Sonra “Ötən ilin son gecəsi” radio tamaşasını hazırladılar. Həmidə xanım obrazını Ramiz Həsənoğlunun anası Ətayə Əliyeva ifa edirdi. Sonra əsər Gənc Tamaşaçılar Teatrında səhnələşdirildi, baş rolu Firəngiz Şərifova oynayırdı. Ondan bir neçə il sonra Azərpaşa Nemətovun quruluşunda pyesin rus dilində olan variantı səhnəyə qoyuldu, elə həmin tamaşada da Firəngiz Şərifova Həmidə xanım obrazını canlandırırdı. Bir müddət sonra – 1978-ci ildə Ramiz Həsənoğlu “Ötən ilin son gecəsi” teletamaşasını çəkdi, Zərnigar Ağakişiyeva baş rolda idi. Nəhayət, 1983-cü ildə Gülbəniz Əzimzadənin rejissorluğu ilə eyniadlı film çəkildi. Həmin filmdə də Həmidə xanım obrazını Elmira Şabanova canlandırırdı.

– Hansı versiyanı daha çox bəyənmisiniz?

– Moskvada çəkilmiş ilk versiyadan başqa, hamısını bəyənmişəm. Hərəsinin öz məziyyəti var... SSRİ xarici işlər naziri Qromıko 83-də çəkilən filmi izləyəndə televiziyanın sədrinə zəng edib ki, uşaqlar evə qayıdacaqlar, ya yox? Sədr deyib, qayıdacaqlar... Əslində, istəmirdim film o cür bitsin. Məcbur olub dəyişdik.

– Finalı hansı səbəblə dəyişdilər?

– Hər şeyə müdaxilə edirdilər. İndi Rusiyanın filmlərinə baxıram, gülmək tutur məni. Filmlərində hamı içir. O vaxt filmdə stolun üzərində bir rumka belə ola bilməzdi. Qəribə şeylər var idi... Tələbləri belə idi ki, gərək, hər şey nikbin sonluqla bitsin. Dedilər, ya çəkiləcək, ya da çəkilməyəcək. Məcbur qaldım... Sənətə də çox xəyanət etməməyə çalışdıq, nisbətən, bədii final tapdıq.

– Anar müəllim, vəsiyyət eləmisiniz?

– “Yaşamaq haqqı” kitabım mənim vəsiyyətimdir. Onun əvvəlində yazmışam ki, ölməyə tələsmirəm, amma vəsiyyət adama yüngüllük gətirir. Bu kitab xalqıma vəsiyyətimdir.

– Onu iki-üç kəlməyə sığışdıra bilərik?

– Mümkün deyil... İstərəm, o kitabı bütün azərbaycanlılar oxusun. İstərəm, cavan yazıçılar o kitabı oxusun. “Anar nə yazıb ki?” deyənlər də “Yaşamaq haqqı”nı oxusun. Eybi yox, oxusun, ondan sonra desin, Anar nə yazıb ki?.. Bilirəm, elə adamlar var ki, mən nə yazsam, deyəcəklər pisdi...

– Bu müsahibə dekabrın 31-i axşam yayımlanacaq. 2025-ci ilin ilk günü söhbətimizi oxuyanlar bu müsahibəni ötən ilin son gecəsinin söhbəti, yaxud ötən ilin son söhbəti kimi səciyyələndirəcəklər. Elə hesab edək ki, ekran qarşısındasınız, bu bayramaxşamı ürək sözlərinizi xalqımızla bölüşün...

– Bütün insanlara xoşbəxtlik, rifah arzulayıram. Nə edim, necə edim deməsinlər. Ailə başçıları ailələrini dolandıra bilsinlər, balalarını böyüdə bilsinlər. Müharibə olmasın, ölüm-itim olmasın. İnsanların fərəhli günləri daha çox olsun. Rusiya-Ukrayna müharibəsi də bitsin...

Söhbəti yekunlaşdıran kimi saatına baxdı. Harasa tələsib-tələsmədiyini xəbər aldım. Dedi, Vaqif Səmədoğlu haqqında sənədli film çəkiblər, onun premyerasına getməliyəm. 86 yaşlı Xalq yazıçısının tələsik hazırlaşıb qapıdan çıxdığını, əli ilə dümağ saçlarını səliqəyə salıb zil qara maşına əyləşdiyini, maşının dar küçələrdən keçib gözdən itdiyini seyr edəndə bu prosesi lentə almadığıma görə təəssüfləndim...

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://ayna.az
archiveBu xəbər 01 Yanvar 2025 00:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda yolun hərəkət hissəsi parkinqə çevrilib Nişanları heçə sayıb yolu bağlayırlar VİDEO

29 May 2025 16:23see157

Azərbaycan və Türkmənistan qarşılıqlı əməkdaşlığı Avrasiya logistik sisteminin dayanıqlı inkişafı üçün mühüm amilə çevrilə bilər EKSPERT

29 May 2025 21:48see129

Kiyevdə məşhur amerikalının başına balkon düşdü Foto

29 May 2025 19:52see124

Sertifikasiyada müəllimə əlavə vaxt verilir Bu hallarda...

29 May 2025 17:36see124

Ən sağlam səhər içkisinin adı açıqlandı Çay və qəhvə deyil

29 May 2025 16:23see121

Rusiya Serbiyanı Ukraynaya gizli sursat verməkdə ittiham edir...

29 May 2025 19:16see120

Ruslar bu yay uğursuz olsa, üsyan başlayacaq Xarebin

30 May 2025 09:01see119

Çin Kiyevə Mavic dronlarının satışını dayandırır

29 May 2025 21:16see118

Xaricdə Azərbaycan əleyhinə çıxışlar edən mühacirlərin ölkəyə ekstradisiyası yalnız bu yolla mümkündür VACİB AÇIQLAMA KONKRET

30 May 2025 18:04see116

Super Liqa klubunun yeni baş məşqçisi müəyyənləşib

29 May 2025 21:23see115

Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının təşviqi” adlı layihə çərçivəsində ekspert görüşü FOTOLAR

29 May 2025 21:55see115

İspaniya təmsilçisi Fernando Torreslə müqavilə müddətini uzadıb

31 May 2025 02:02see115

Dostu 6 bıçaq zərbəsi vurdu

29 May 2025 16:45see114

Paşinyan kilsələri tikinti tullantıları ilə dolu anbarla müqayisə edir

29 May 2025 15:10see114

Çelsi Joao Feliksdən qurtulmağın yollarını axtarır

31 May 2025 01:21see114

İsrail və HƏMAS arasında tarixi razılaşma...

29 May 2025 21:28see113

Sosioloq: Getdikcə sırf əyləncə üçün yaşayan insanların sayı artır

29 May 2025 15:22see113

Tramp Harvarda 30 gün vaxt verdi

29 May 2025 21:59see112

Serj Sarqsyan və kürəkəni 3 milyon dollar rüşvət almaqda ittiham olunur

29 May 2025 21:11see112

Fidan: Rusiya və Ukraynanın atəşkəslə bağlı tələbləri fərqlidir

29 May 2025 21:45see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri