Anar: Bu zat atamın ruhunu incitmək şərəfsizliyinə əl atır!
Kulis.az saytına istinadən Icma.az xəbər verir.
Kulis.az Xalq yazıçısı Anarın "Yeni Müsavat" qəzeti haqqında yazdığı şikayət məktubunu təqdim edir.
Hörmətli redaktor!
Redaktə etdiyiniz qəzetin demək olar ki, hər sayında eyni zatın mənim haqqımda bir-birindən təhqiramiz, şit “məzələnmələr”i çıxır.
Mənə bəslədiyi səbəbsiz və izahsız nifrətinə görə atamın ruhunu incitmək kimi şərəfsizliyə də əl atır.
Haqqımda yazdığı və dabanbasma çap olunan yazıların sonuncusunda mənə ünvanlanmış növbəti təhqirlərdən sonra gileylənir ki, Elxan Elatlını Yazıçılar Birliyinə qəbul etmirik, ona ev və təqaüd vermirik.
Yalançılıq bu köşə yazarının üçüncü peşəsidir. İstedadlı yazıçı Elxan Elatlı 2007-ci ildən Yazıçılar Birliyinin üzvüdür və bir dəfə də olsun ev ya təqaüd üçün Birliyə müraciət etməyib.
Birinə yalmanmaq üçün başqasını alçaltmağa cəhd etmək kəmlik kompleksinin əlamətidir.
Bilirəm ki, qəzetinizdə bir məktubumu verməyəcəksiniz, köşə yazarının gələcək böhranlarının qarşısını da ala bilməyəcəksiniz.
Amma unutmayın ki, tarix var. Qəzetlər də kitabxanalarda durur. Elə davranmayın ki, gələcək nəsillər qarşısında xəcalət çəkəsiniz.
“Yeni Müsavat” qəzetinin namuslu əməkdaşlarına salamlarla
Bu qəzetin bir guşəsinin daimi hədəfi
Anar Rəsuloğlu
"Belə eləyirsiz ki, heç kim cəhənnəmə gəlmək istəmir də!" - Babək Məmmədli Həmin qadınlara “şeytan” demək... - Aysel Əlizadə Azərbaycanda fəxri ad alan ermənilər - Buna görə utanmalıyıqmı?
Baxış sayı:117
Bu xəbər 13 Fevral 2025 10:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















