Anar Əliyev Şuşada sakinləri qəbul edib
Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Şuşa şəhərində Şuşa və Xocavənd rayonlarının sakinlərini qəbul edib.
Bu barədə Bakıvaxtı.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Qəbul zamanı vətəndaşlar məşğulluq, əlillik, pensiya və s. məsələlərlə bağlı müraciət ediblər. Müraciət edənlər sırasında şəhid ailəsi üzvü və müharibə iştirakçıları da olub.
Hər bir müraciət fərdi qaydada araşdırılıb və nəticəsinə uyğun tədbirlər görülüb. Sorğu xarakterli müraciətlərlə bağlı qanunvericiliyə uyğun izahatlar verilib. Vətəndaşlar müraciətləri əsasında aktiv məşğulluq proqramlarına, habelə özünüməşğulluq proqramına cəlb edilmələri üçün qeydiyyata alınıblar.
Nazir Anar Əliyev özünüməşğulluq proqramı çərçivəsində Şuşa şəhər sakini Zeynalov Kamil Babək oğlu üçün qurulmuş kiçik təsərrüfat sahəsinə baxış keçirib.
Proqramın dəstəyi ilə Kamil Zeynalov üçün "Səyyar kofe evləri" istiqaməti üzrə zəruri aktivlər təqdim edilməklə kiçik biznes qurulub. O, işsiz və işaxtaran şəxslərin kiçik biznesə çıxışına imkan yaradılması, öz təsərrüfatlarını yaratmaları üçün göstərilən dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə edib.
Qeyd edək ki, ötən dövrdə özünüməşğulluq proqramı çərçivəsində Şuşada 27 şəxs üçün kiçik təsərrüfatlar qurulub.
Baxış sayı:132
Bu xəbər 30 Oktyabr 2026 15:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















