A Seriyası: 19 illik rekord təkrarlandı
futbolpress-az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İtaliya A Seriyasında IX turun növbəti qarşılaşmaları keçirilib.
Futbolpress.az xəbər verir ki, turun ən diqqətçəkən nəticəsi Frozinonedə qeydə alınıb. Meydan sahibləri öz azarkeşləri önündə “Leççe”ni 5:1 hesabı ilə darmadağın ediblər. Qaliblərin heyətində Daniel Birligeya dubl edib, Matteo Çikella, Cokomo Kalo və Antonio Raymondo fərqləniblər. Qonaqların yeganə qolunu isə Joel Monteyro vurub.
Bu qələbə sayəsində “Frozinone” turnir cədvəlində 6-cı pilləyə yüksəlib və 5-ci yerdəki “Milan”dan cəmi bir xal geri qalır. B Seriyasından yüksələn komanda yüksək liqada mövsümə ən yaxşı start verən yeni iştirakçı rekordunu təkrarlayıb. Belə nəticə sonuncu dəfə 2007-ci ildə aşağı liqadan qayıdan “Yuventus” tərəfindən qeydə alınmışdı.
Günün digər qarşılaşmasında isə “Fiorentina” öz meydanında “Atalanta” ilə 2:2 hesablı bərabərliyə razılaşıb. Meydan sahiblərindən Alieu Njiye və Joao Mario, qonaqlardan isə Şarl de Ketelare və Nikola Zalevski fərqləniblər.
Qeydə alınan nəticələr:
İtaliya A Seriyası
IX tur
Frozinone – Leççe 5:1
Qollar: Matteo Çikella, 25, Cokomo Kalo, 45+1 (pen.), Antonio Raymondo, 59, Daniel Birligeya, 72, 90+4 – Joel Monteyro, 82
Fiorentina – Atalanta 2:2
Qollar: Alieu Nyiye, 53, Joao Mario, 61 – Şarl de Ketelare, 41, Nikola Zalevski, 74
Baxış sayı:138
Bu xəbər 30 Oktyabr 2026 01:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















