Icma.az
close
up
RU
Anar Quliyev: Şəhərsalma qlobal hədəflərin yerli fəaliyyətə çevrilməsində əsas rola malikdir

Anar Quliyev: Şəhərsalma qlobal hədəflərin yerli fəaliyyətə çevrilməsində əsas rola malikdir

Icma.az, Apa.az portalına istinadən məlumat verir.

Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev BMT-nin Məskunlaşma Proqramı və İtaliya Respublikasının Nyu-York şəhərindəki Daimi Nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilən “Dayanıqlı İnkişaf Məqsədlərinin Lokallaşdırılması üzrə Tərəfdaşlıq Platforması”na həsr olunmuş Yüksək Səviyyəli Tədbirdə iştirak edərək çıxış edib.

APA xəbər verir ki, tədbir zamanı Komitə sədri Azərbaycan ilə İtaliya arasında enerji, ticarət, təhsil və mədəniyyət sahələrini əhatə edən ikitərəfli münasibətlərin yüksək səviyyəsini vurğulayıb, bu əməkdaşlığın şəhərsalma, yaşıl infrastruktur və DİM-lərin həyata keçirilməsi sahələrində də genişləndirilə biləcəyini qeyd edib.

Anar Quliyev bildirib ki, Azərbaycan “Azərbaycan 2030: Milli Prioritetlər” çərçivəsində Dayanıqlı İnkişaf Məqsədlərini sosial rifah, iqtisadi artım, ətraf mühitin qorunması və səmərəli idarəçilik prinsipləri ilə tam şəkildə inteqrasiya edib. O qeyd edib ki, ölkəmizdə DİM-lərin uğurlu icrası şəhər mühitinin necə planlaşdırılması və idarə olunmasından birbaşa asılıdır və bu baxımdan şəhərsalma qlobal hədəflərin yerli fəaliyyətə çevrilməsində əsas rola malikdir.

Komitə sədri Azərbaycanda şəhərsalmanın milli inkişaf strategiyasının aparıcı elementi kimi qəbul edildiyini vurğulayıb və hazırda ölkə üzrə şəhərlərin 86 faizinin 20 illik yenilənmiş Baş planlarla layihələndirildiyini bildirib.

Çıxış zamanı işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma proseslərinə də toxunulub. “Daha yaxşı bərpa” prinsipinə əsaslanan yanaşmanın yalnız məcburi köçkünlərin qayıdışını deyil, həm də regionun gələcək şəhər inkişafına nümunə olacaq dayanıqlı və inklüziv məkanların formalaşdırılmasını nəzərdə tutduğu qeyd edilib. Bu prosesin səmərəli koordinasiyası məqsədilə yaradılmış Prezidentin Xüsusi Nümayəndəlikləri institutunun müxtəlif idarəetmə səviyyələri arasında praktiki əməkdaşlıq və DİM-lərin lokallaşdırılması üçün funksional çərçivə rolunu oynadığı bildirilib.

Komitə sədri həmçinin 2026-cı ilin may ayında Bakıda keçiriləcək 13-cü Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində DİM-lərin əsas müzakirə mövzularından biri olacağını diqqətə çatdırıb. Bununla yanaşı, bu ilin oktyabr ayında Azərbaycanda keçiriləcək 3-cü Milli Şəhərsalma Forumu barədə məlumat verərək, tədbir çərçivəsində DİM-lərin lokallaşdırılmasına həsr olunmuş ayrıca sessiyanın təşkil olunacağını, yerli hökumətlərin, vətəndaş cəmiyyəti institutlarının və digər tərəfdaşların bir araya gələcəyini bildirilib, UN-Habitat və İtaliyanın Ekologiya və Enerji Təhlükəsizliyi Nazirliyi də daxil olmaqla tərəfdaş qurumlar Milli Foruma dəvət olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://apa.az
archiveBu xəbər 25 İyul 2025 15:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri