Icma.az
close
up
RU
Anar Quliyev COP30 da şəhərsalma sahəsində çoxsəviyyəli əməkdaşlığa çağırış edib

Anar Quliyev COP30 da şəhərsalma sahəsində çoxsəviyyəli əməkdaşlığa çağırış edib

Icma.az, Apa.az portalına istinadən məlumat verir.

Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 30-cu sessiyası (COP30) çərçivəsində Braziliyanın Belem şəhərinə səfər edib.

Bu barədə APA-ya Komitədən məlumat verilib.

Komitə sədri Şəhərsalma və İqlim Dəyişikliyi üzrə Nazirlər İclasında və “Qeyri-rəsmi məskunlaşma, ərazilərin transformasiyası və mənzil təminatı” mövzusunda keçirilən dəyirmi masada çıxış edərək mənzil və iqlim çağırışlarının həllində çoxsəviyyəli əməkdaşlığın vacibliyini vurğulayıb.

Anar Quliyev həmçinin Azərbaycanın “Böyük Qayıdış” proqramı çərçivəsində azad edilən ərazilərdə “ağıllı” və “yaşıl” şəhərsalma prinsiplərinə əsaslanan bərpa işlərini beynəlxalq auditoriyaya təqdim edib. O, eyni zamanda Bakı Davamlılıq Koalisiyasının və BMT-nin “Hər Kəs üçün Münasib Mənzil” üzrə Hökumətlərarası İşçi Qrupunda Azərbaycanın həmsədrlik rolunun şəhərsalma və iqlim gündəliklərinin inteqrasiyasına mühüm töhfə verdiyini qeyd edib.

COP30 çərçivəsində keçirilən Şəhərsalma Günü münasibətilə təşkil olunan Nazirlər İclasında çıxış edən Komitə sədri Azərbaycanın COP29-a ev sahibliyinin çoxsəviyyəli iqlim əməkdaşlığına yeni impuls verdiyini diqqətə çatdırıb və Çoxsəviyyəli Fəaliyyət Yolları (MAP) təşəbbüsü ilə Bakı Davamlılıq Koalisiyasının bu istiqamətdə əhəmiyyətini vurğulayıb.
Səfər zamanı, həmçinin Braziliyanın şəhərlər naziri Jader Filho ilə görüşən Anar Quliyev dayanıqlı və inklüziv şəhər inkişafı sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib və Bakıda keçiriləcək 13-cü Ümumdünya Şəhərsalma Forumu (WUF13) üzrə hazırlıqlar barədə məlumat verib.

Eyni zamanda WUF13 üzrə milli koordinator olan Anar Quliyev COP30 çərçivəsindəki çıxış və görüşlər zamanı iştirakçıları Azərbaycanın COP29 təcrübəsinin və çoxsəviyyəli əməkdaşlıq gündəliyinin davamı olaraq Bakıda keçiriləcək 13-cü Ümumdünya Şəhərsalma Forumunda iştirak etməyə dəvət edib. O, bu qlobal platformanın şəhərlərin gələcəyi, iqlim davamlılığı və innovativ şəhərsalma sahələrində müzakirələr üçün nadir fürsət yaradacağını vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://apa.az
archiveBu xəbər 13 Noyabr 2025 13:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see376

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see345

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see337

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see308

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see304

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see283

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see253

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see248

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see234

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see225

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see213

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see206

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see205

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see203

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see197

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see195

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see195

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see193

Evdə stress yaradan 5 şey

10 Noyabr 2026 01:03see181

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri