Icma.az
close
up
RU
Anar Talıbov Müdafiə Nazirliyini məhkəməyə verdi SƏBƏB

Anar Talıbov Müdafiə Nazirliyini məhkəməyə verdi SƏBƏB

Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Müharibə vaxtı işğaldan azad olunmuş ərazilərdə könüllü olaraq səyyar tibb məntəqəsi yaradan feldşer gizir Anar Talıbov Müdafiə Nazirliyini məhkəməyə verib.
Bizim.Media xəbər verir ki, A.Talıbov ona müharibə veteranı və vəsiqəsi verilməsi üçün iddia qaldırıb.
Talıbov sözügedən məntəqəni döyüş meydanından birbaşa gələn yaralılara ilkin tibbi xidmət göstərmək üçün yaradıb. Tibb qardaşı iddia ərizəsində yazır ki, 2020-ci il Füzuli Müalicə Diqanostika Mərkəzinə könüllü müraciət edib və həmin xəstəxananın tabeliyində işğaldan azad olunmuş ərazilərdə könüllü olaraq səyyar tibb məntəqəsi yaradıb. O, müharibə vaxtı nümunəvi fəaliyyətini əsas gətirərək iddiasının təmin edilməsini xahiş edib.
Bakı İnzibati Məhkəməsi iddiaçının döyüş əməliyyatlarında şəxsən iştirak etməsindən əlavə, əməliyyatlarda iştirak edən hərbi hissələrə tibbi yardım üzrə tapşırıqları yerinə yetirməsini də öz əhəmiyyətinə görə döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi kimi qiymətləndirib.
Qərara əsasən iddia təmin edilib.
Lakin Bakı Apellyasiya Məhkəməsi sözügedən qərarla razılaşmayıb. Məhkəmə kollegiyası belə qənaətə gəlib ki, iddiaçının Müdafiə Nazirliyi ilə rəsmi xidməti münasibəti olmayıb, ezam sənədləri təqdim etməyib, yalnız könüllü kimi fəaliyyət göstərib. Hətta məhkəmə araşdırması zamanı iddiaçı özü də ezam sənədlərinə malik olmadığını etiraf edib.
Xüsusilə müharibə veteranı adı və vəsiqəsi verilməsi tələbi ilə bağlı Müdafiə Nazirliyi cavabdehlik daşıyan orqan olmadığına görə həmin orqana münasibətdə iddia tələbi mümkün sayılmayıb.
Nəticədə Müdafiə Nazirliyinin şikayəti qismən təmin edilib, Anar Talıbova müharibə veteranı adı verilməsinin mümkün hesab edilməsi ilə bağlı əvvəlki qərar ləğv edilib.
İddiaçı tərəf bu qərardan kassasiya şikayəti hazırlayıb. Son sözü Ali Məhkəmə deyəcək. (Qafqazinfo.az)
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://bizim.media
archiveBu xəbər 16 Sentyabr 2025 09:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri