Icma.az
close
up
RU
Feldşer Müdafiə Nazirliyini məhkəməyə verdi Əvvəl uddu, sonra uduzdu

Feldşer Müdafiə Nazirliyini məhkəməyə verdi Əvvəl uddu, sonra uduzdu

Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

Müharibə vaxtı işğaldan azad olunmuş ərazilərdə könüllü olaraq səyyar tibb məntəqəsi yaradan feldşer gizir Anar Talıbov Müdafiə Nazirliyini məhkəməyə verib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, A.Talıbov ona müharibə veteranı və vəsiqəsi verilməsi üçün iddia qaldırıb.

Talıbov sözügedən məntəqəni döyüş meydanından birbaşa gələn yaralılara ilkin tibbi xidmət göstərmək üçün yaradıb. Tibb qardaşı iddia ərizəsində yazır ki, 2020-ci il Füzuli Müalicə Diqanostika Mərkəzinə könüllü müraciət edib və həmin xəstəxananın tabeliyində işğaldan azad olunmuş ərazilərdə könüllü olaraq səyyar tibb məntəqəsi yaradıb. O, müharibə vaxtı nümunəvi fəaliyyətini əsas gətirərək iddiasının təmin edilməsini xahiş edib.

Bakı İnzibati Məhkəməsi iddiaçının döyüş əməliyyatlarında şəxsən iştirak etməsindən əlavə, əməliyyatlarda iştirak edən hərbi hissələrə tibbi yardım üzrə tapşırıqları yerinə yetirməsini də öz əhəmiyyətinə görə döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi kimi qiymətləndirib.

Qərara əsasən iddia təmin edilib.

Lakin Bakı Apellyasiya Məhkəməsi sözügedən qərarla razılaşmayıb. Məhkəmə kollegiyası belə qənaətə gəlib ki, iddiaçının Müdafiə Nazirliyi ilə rəsmi xidməti münasibəti olmayıb, ezam sənədləri təqdim etməyib, yalnız könüllü kimi fəaliyyət göstərib. Hətta məhkəmə araşdırması zamanı iddiaçı özü də ezam sənədlərinə malik olmadığını etiraf edib.

Xüsusilə müharibə veteranı adı və vəsiqəsi verilməsi tələbi ilə bağlı Müdafiə Nazirliyi cavabdehlik daşıyan orqan olmadığına görə həmin orqana münasibətdə iddia tələbi mümkün sayılmayıb.

Nəticədə Müdafiə Nazirliyinin şikayəti qismən təmin edilib, Anar Talıbova müharibə veteranı adı verilməsinin mümkün hesab edilməsi ilə bağlı əvvəlki qərar ləğv edilib. 

İddiaçı tərəf bu qərardan kassasiya şikayəti hazırlayıb. Son sözü Ali Məhkəmə deyəcək.

Sail Ağasəlim

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:90
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 16 Sentyabr 2025 09:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Xox”dan “həqiqi hücuma”: Trampın ultimatum oyunu və Venesuela riski KONKRET

02 Noyabr 2025 16:03see216

Batumidə mənzil alanların 77 faizini əcnəbilər təşkil edir

02 Noyabr 2025 15:17see197

​Televiziya aparıcısı anasını bıçaqlayaraq öldürdü

03 Noyabr 2025 23:31see174

Düşmənin bir top atəşi ilə viran qalan postundan GÖRÜNTÜLƏR

02 Noyabr 2025 17:12see169

Müəllimlər cəmiyyətin yükünü daşıyan müdriklərdir

03 Noyabr 2025 16:38see158

Qiyamət gününün bunkeri nədir: içində nə var və nə üçün lazımdır?

02 Noyabr 2025 21:01see146

Həbs edilən icra başçısını o əvəz edirmiş FOTO

02 Noyabr 2025 15:20see145

Arda Güler zədələnib

02 Noyabr 2025 16:57see139

Məğlubiyyət bizim səhvlərimizdən sonra baş verdi Elmar Baxşıyev

02 Noyabr 2025 20:50see137

İran Gülüstan vilayətində yeni atom elektrik stansiyasının tikintisinə başlayıb

02 Noyabr 2025 17:53see135

Yüksək şəkər və infarkt arasında əlaqə

03 Noyabr 2025 06:06see134

Bütün nadir xəstəliklər üçün təsir göstərə biləcək vahid dərman hazırlanıb

03 Noyabr 2025 02:03see130

Qaradağın deputatı həbslər haqda danışdı KONKRET

02 Noyabr 2025 20:48see130

Fələstin fraksiyaları Qəzzada müvəqqəti administrasiyanın strukturunun razılaşdırılmasını müzakirə edir

02 Noyabr 2025 19:52see129

Turan Tovuz da oynamış futbolçu bu ölkədə klubunu dəyişdi FOTO

03 Noyabr 2025 12:35see126

The Economist: Tayvanın B planı ...

02 Noyabr 2025 20:46see125

Avropa bütün sursatımızı alıb, aparsın Vuçiç

03 Noyabr 2025 01:44see124

İstanbulda Qəzza üzrə zirvə görüşü başlayıb

03 Noyabr 2025 16:39see123

Araz Naxçıvan kimyaçılar ın qonağıdır Heyətlər

02 Noyabr 2025 17:35see123

Sumqayıt sakinlərinin yol dərdi: Vətəndaşların problemi nə vaxt həll ediləcək?

03 Noyabr 2025 02:00see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri