Anasını döydüyü üçün atasını bıçaqlayan 15 yaşlı qız Ev dustağı oldu
Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakıda atasını öldürməkdə təqsirləndirilən 15 yaşlı yeniyetmə qız barəsində 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilib.
“Qafqazinfo” Report-a istinadən xəbər verir ki, bu barədə Nizami rayon məhkəməsində qərar qəbul edilib.
Belə ki, Nizami Rayon Prokurorluğu tərəfindən yeniyetməyə Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkənin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham verilib.
Qeyd edək ki, fevralın 2-də 1977-ci il təvəllüdlü Rüfət Haşımova Nizami rayonu ərazisində yerləşən mənzillərdən birində yetkinlik yaşına çatmayan qızı tərəfindən xəsarət yetirilməsi nəticəsində növbəti gün müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Cinayəti törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Onu da qeyd edək ki, qızın atasını anasını döydüyü üçün bıçaqlandığı iddia olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 05 Fevral 2026 19:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















