Icma.az
close
up
RU
Anasını döydüyünə görə atalığını öldürdü: yeniyetmə MƏHKƏMƏDƏ nə DANIŞDI?

Anasını döydüyünə görə atalığını öldürdü: yeniyetmə MƏHKƏMƏDƏ nə DANIŞDI?

Lent az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə Bakıda anasının qeyri-rəsmi nigahda yaşadığı şəxsi qətlə yetirməkdə təqsirləndirilən 16 yaşlı Y.Q.ın cinayət işi üzrə məhləmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

Təqsirləndirilən Y.Q. özünü təqsirli bilib. Məhkəmə təqsirləndirilən şəxsə ifadə verməyi təklif edib.

Təqsirləndirilən Y.Q. hadisəni qəsdən və ya istəyərəkdən törətmədiyini deyib:

"Anam işdən gəlib  yemək bişirirdi. Emil də oturub içki içirdi, arada da anama pis söyüşlər söyməyə başladı. Hədələyirdi ki, onu polisə versək, başımıza oyun açacaq. Sonra ayağa durub dedi ki,  atasıgilə getmək istəyir. Anam qoymadı ki, içkilisən, bu halda çölə çıxma. Emil başladı anama əl- qol atıb söyməyə. Mən qorxub özümü itirdim. İçəri otağa keçib xalama zəng etdim dedim ki, “bunlar yenə dava edir, mən neyləyim?". Xalam dedi ki, qarışmayım. Qayıdıb gördüm ki, Emil qışqıra-qışqıra anamı vurmağa, söyməyə davam edir. Qorxudan özümü itirmişdim, mətbəxə keçib bıçağı götürdüm ki, bununla Emili qorxudum, anamı döyməkdən əl çəksin. 

Onun anamı buraxmaq fikri yox idi, anamı necə gəldi vururdu. Bıçağı nə zaman, necə Emilə vurduğumu xatırlamıram, sonradan bildim ki, ona 4 dəfə bıçaq  zərbəsi vurmuşam. Emil səndələyə-səndələyə qapı tərəfə qaçdı. Xalama zəng edib atalığımı vurduğumu dedim. Xalam  telefonda anama qışqırdı ki, uşağı niyə işə saldın. Anama dedim ki, tez "təcili yardım"a, polisə zəng eləsin. Özüm çıxıb polisləri qarşılayıb evə gətirdim, sonra onlar məni apardılar.  

Əvvəllər də anamı döyəndə polisə şikayət etmişdik, amma Emil  hər dəfə anamı hədələyib şikayətdən çəkindirirdi. Anamı döyməsinə dözə bilmədim, mən sadəcə onu qorxutmaq istəyirdim ki, anamı vurmasın".

Zərərçəkənin hüququ varisi  Ə. Sş  qardaşının ölümünü ona telefonla xəbər verdiklərini bildirib:

"Əgər bunları incidirdisə, polisə şikayət etməkdənsə, qovardılar da evdən. 40 gündən sonra mənə zəng etdilər ki, gəl qardaşının meyitini apar. Meyit bu müddətə kimi “morq”da qalmışdı".

Növbəti proses fevralın 17-nə təyin olunub.

Xatırladaq ki, hadisə 2025-ci ilin sentyabründa Bakının Ramana qəsəbəsində baş verib.Qəsəbə sakini Emil Əliyevin qətlə yetirilməsi ilə bağlı hüquq-mühavizə orqanlarına məlumat daxil olub.

Araşdırmalara görə məlum olub ki, Emil Əliyev qeyri-rəsmi nigahda yaşadığı qadının 16 yaşlı oğlu yərəfindən bıçaqlanaraq qətlə yetirilib. Azyaşlı Y.Q. barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılaraq ittiham irəli sürülüb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://lent.az
archiveBu xəbər 03 Fevral 2026 19:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri