Icma.az
close
up
RU
Ata anasını döydüyünə görə qardaşını öldürdü, oğlu şikayətçi olmadı

Ata anasını döydüyünə görə qardaşını öldürdü, oğlu şikayətçi olmadı

Lent az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə qardaşını qətlə yetirməkdə təqsirləndirilən Qismət Teymurovun cinayət işi üzrə məhkəmə  prosesi keçirilib. 

Lent.az xəbər verir ki, dövlət ittihamçısı ittiham aktını elan edib.

Təqsirləndirilən Q.Teymurov özünü qismən təqsirli bildiyini bildirib. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsi ilə davam edib. 

Təqsirləndirilən Qismət Teymurov qardaşı ilə o qədər də yaxşı münasibətinin olmadığını deyib:

"Buna səbəb Qamətin dözülməz hərəkətləri, ailə üzvləri ilə son dərəcə pis rəftarı idi. Ailədə hamımız onun ərköyünlüyünə göz yumurduq. Qamət tez-tez içirdi, bundan sonra idarəolunmaz bir hala düşüb ağzına gələn söyüşləri valideynlərimizə deyirdi. İçmək istəyəndə, içkisini almayanda lap əsəbiləşirdi. Hamımız onu sakitləşdirməyə çalışırdıq. Danmıram, Qaməti sakitləşdirmək üçün qardaş ərki ilə hətta onu yüngülcə vurmuşam da. Hadisə günü evdə münaqişəmiz oldu. Axşam idi, evə təzəcə gəlmişdim. Evdəkilərin üz-gözündən nə isə qanqaraçılıq olduğunu hiss elədim. Məlum oldu ki, Qamət o ki var içib, bundan sonra atamıza əl qaldıraraq onu vəhşicəsinə döyüb. Anam da istəyib ki, onları aralasın, Qamət onu da şil-küt edib. Bunları bilmək mənə çox ağır gəldi. Qamətin üstünə gedib ona zərbə vurdum. Sakitləşim deyə otağıma keçdim. Heç o qədər də keçməmişdi ki, hay-küy, qışqırıq eşidib tez otağımdan çıxdım. Gördüm ki, Qamət dayanıb həyətdə, söyüş söyür, atamın üstünə cummağa çalışır. Birdən yaşlı nənəmin "Ay allah, öldüm" deyən iniltisini eşitdim. Qardaşım dedi ki, onu da mən vurmuşam, əcəb eləmişəm. Qamət nənəmi onun öz əl ağacı ilə vurmuşdu. Nənəmin başı çapılmışdı, üzündən qan axırdı. Bunları görüb dözə bilmədim. Atamın evdə olan ov tüfəngini götürüb Qaməti qorxutmaq üçün başının üstündən bir güllə atdım, sonra tüfəngi qırağa tulladım. Tüfəngi qırağa qoyan kimi Qamət üstümə cumdu, yerə yıxıldıq. Əlim tüfəngin qundaq tərəfində idi. O məni dartıb itələyəndə barmağım sürüşüb tətiyə dəydi. Bir də gördüm ki, Qamətin boğazından qan axır, canını tapşırır. Qardaşım əvvəl ölüm işinə görə məhkum olub, 9 il həbsdə yatıb. Spirtli içkiyə həbsdən çıxandan sonra qurşanmışdı. Mənim onu öldürmək niyyətim yox idi, sadəcə onu qorxutmaq istəyirdim".

Zərərçəkənin hüquqi varisi T.V təqsirləndirilən şəxsin əmisi olduğunu və hadisəni görmədiyini bildirib:

"Həmin gün evimdə idim, qardaşım zəng elədi ki, belə bədbəxtlik olub. Bunu eşidəndə, heç cür inana bilmədim. Qismət mələk kimi kimi bir insandır, belə hərəkət edibsə, görün onu necə bir həddə çatdırıblar. Ondan heç bir şikayətim yoxdur, olmayacaq da".

Növbəti proses sentyabrın 17-nə təyin olunub.

Baş Prokurorluğun məlumatına görə, hadisə 2026-cı ilin 30 mart mart tarixində Bakının Xəzər rayonu, Şağan qəsəbəsi ərazisində baş verib. Belə ki, 1990-cı il təvəllüdlü Qismət Teymurov qardaşı Qamət Teymurovun ata-anasına qarşı nalayiq ifadələr işlətməsinə görə onu qorxutmaq məqsədi olsa da, ov tüfəngi ilə qardaşı 1985-ci il təvəllüdlü Qamət Teymurovun ölümünə səbəb olub.

Faktla bağlı Xəzər rayon prokurorluğunda cinayət işi başlanılıb, Qismət Teymurov təqsirləndirilən şəxs qismində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə məsuliyyətə cəlb olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:129
embedMənbə:https://lent.az
archiveBu xəbər 23 İyul 2026 18:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see493

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see446

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see346

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see294

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see285

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see281

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see269

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see252

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see243

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see237

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see228

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see225

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see220

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see215

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see213

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see211

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see201

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see200

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see195

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri