Anasının dəfninə getmədi, “TikTok”da gündəm oldu
Icma.az bildirir, Milli.az saytına əsaslanaraq.
Türkiyəli şoumen Mehmet Ali Erbil anası Yurdagül Ekenin dəfn mərasiminə sağlamlıq səbəbləri ilə qatılmayıb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, dəfn günü Erbilin "TikTok"da canlı yayım açması və bu yayım zamanı yüz minlərlə türk lirəsi dəyərində virtual hədiyyələr alması sosial mediada geniş müzakirələrə səbəb olub.
Məlumata görə, məşhur şoumen dəfndə iştirak etməməsinin səbəbini sağlamlıq problemləri və risk etməmək istəyi ilə izah edib. Canlı yayım zamanı istifadəçilər tərəfindən göndərilən virtual hədiyyələr qısa müddətdə diqqət çəkib.
Qeyd edək ki, Erbil əvvəllər qatıldığı proqramlardan birində uşaqlıq illəri ilə bağlı ağrılı xatirələrini bölüşərkən anasına qarşı kin bəslədiyini etiraf etmişdi.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:164
Bu xəbər 05 Aprel 2026 03:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















