Icma.az
close
up
RU
Menu

Sahibkar ABB dən şikayət etdi

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

ML: 3 cü tur başlayır

Ronaldo dönəmi başa çatır

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

Gənclər “TikTok”da “oturur”

Gənclər “TikTok”da “oturur”

Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Distant təhsil qadağası Azərbaycan universitetlərinin rəqabət qabiliyyətinə zərbədir


“Hər il tələbə qəbulu mövsümü yaxınlaşanda hamı hökumətin verəcəyi plan yerlərini gözləyir. Ali məktəblərə qəbul üzrə Nazirlər Kabinetinin müəyyən etdiyi plan yerləri, əslində, ölkənin gələcək əmək bazarının "çertyoj"u sayılır. Əmək bazarının formalaşmasına təsir edən ən ciddi qərarlardan biri məhz budur. Amma bu "çertyoj"da ciddi uyğunsuzluqlar mövcuddur”. 


Bu fikirləri  Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz sosial media hesabında paylaşaraq bildirib. 


Onun sözlərinə görə, tələbə qəbulu planlarının əmək bazarının real ehtiyacları ilə tam uyğunlaşdırılmaması uzunmüddətli perspektivdə ciddi problemlərə yol aça bilər: “Hökumət təkcə dövlət hesabına oxuyacaq tələbələrin sayını deyil, hətta öz pulu ilə oxuyacaq tələbələrin sayını da müəyyən edir. Hər universitet üçün bəlli bir kvota müəyyən olunur. Universitetlər ETN-ə tələbatla bağlı təklif verir, ETN bu təklifləri araşdırıb özü qərar verir və NK-ya göndərir, NK bunu bazarın perspektiv tələbləri baxımından araşdırıb qərar verir və DİM-ə göndərir. DİM isə plan yerlərini elan edir və ona uyğun müsabiqə əsasında qəbul aparır.

Yəni imkanı olan, təhsilə investisiya yatıran, akademik vəziyyəti normal olan, əlavə kampuslar tikən universitet özəl formada, müxtəlif təhsil formaları ilə təhsil almaq istəyənləri özü universitetə qəbul edə bilməz.

Digər ziddiyyət isə təhsilin forması ilə bağlıdır. Bunu da hökumət müəyyən edir. Yəni hökumət verdiyi plan yerlərində hələlik ali təhsil üçün əyani və qiyabi təhsil formasını məqbul hesab edib. Qanunvericilikdə nəzərdə tutulsa da, imkanı olanlar distant təhsil forması üzrə təhsil xidməti verə bilməz, bunu hökumət qadağan edib.

Bizim hökumət ölkədə və xaricdə distant formada oxuyanların diplomunu tanımır.

Burada hansı akademik müstəqillikdən, hansı muxtariyyatlıqdan söhbət gedə bilər. Universitetlər var ki, distant infrastruktur formalaşdırmaq üçün, irəli getmək üçün milyonlarla investisiya qoyublar. Bildiyim qədər UNEC, BDU, AzTU, ADA günü sabahdan distant formada təhsilə hazırdırlar. Distant üçün, hətta lazım olandan artığını edən universitet var. Amma bu universitetlərə distanta qadağa var. Onlar bu xidməti verib kadr hazırlaya, maliyyə resursları formalaşdıra bilməzlər. Absurd vəziyyət həm də onunla bağlıdır ki, hökumət son 3-4 ildə regionlarda keyfiyyətli internet üçün milyonlarla investisiya yatırıb, indi ən ucqarda olanların da, baha olsa da keyfiyyətli və dayanıqlı internetə çıxışı var. Amma bu keyfiyyətli internet üzərindən təhsil xidməti, faydalı xidmətlər almaq əvəzinə məcburdur ki, “TikTok” üzərində “otursun”” . 

O. Gündüz qeyd edib ki, regionlarımızda, Rusiyada və qonşu ölkələrdə xeyli sayda gənclər, azərbaycanlı ailələrin övladları var ki, onlar ödəniş etməyə hazırdırlar və bizim universitetlərdə distant formada təhsil almağı arzulayırlar: “Amma bunu hökumət universitetlərə qadağan edib.  Düşünürəm ki, əgər bu il də universitetlərə distant üçün plan yerləri ayrılmayacaqsa, onda universitetlərin özlərinin pilot qaydada xarici tələbələrin distant forma üzrə qəbulunu aparması faydalı və doğru olardı. Bəlkə də, belə bir təcrübə və münasibətlər formalaşandan sonra hökumətimiz distantla bağlı mühiti qaydaya salar,  universitetləri arxadan zorla tutub saxlamaqdan əl çəkər. Əgər biz doğrudan da, bilikli və rəqabətədavamlı cəmiyyət qurmaq istəyiriksə, ali təhsil sistemində daha çevik, daha şəffaf və bazar yönümlü qərarlar verilməlidir. O cümlədən distant təhsil üçün pilot layihələrə icazə verilməlidir. Əks halda, biz universitetlərimizin rəqabətə davamlılığını təmin edə bilməyəcəyik”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:134
embedMənbə:https://sherg.az
archiveBu xəbər 28 May 2025 18:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see463

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see290

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see276

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see212

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see211

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see210

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see208

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see203

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see198

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see198

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see198

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see197

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see195

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see194

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see194

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see191

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see191

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see190

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see190

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri