Anasının meyitini 3 il dondurucuda saxlayıb pensiyasını aldı
Lent az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Böyük Britaniya sakini Kristofer Fillips anasının meyitini üç il gizlədib.
Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, o, anası Silviya Fillips ilə eyni evdə yaşayıb.
Qadının həkimi uzun müddətdir onu görmədiyini və vəziyyətindən narahat olduğunu bildirərək polisə xəbər verib. Evdə aparılan baxış zamanı polis dondurucuda insan qalıqları aşkar edib. Ekspertiza nəticəsində onların Silviyaya aid olduğu müəyyənləşib. Qadının ölüm səbəbi hələ məlum deyil.
İstintaq zamanı məlum olub ki, Kristofer 89 yaşlı anasının qalıqlarını üç il dondurucuda saxlayıb və bu müddət ərzində onun pensiyasını almağa davam edib.
Hələ ki, kişiyə hökm oxunmayıb. Onun vəkili Rut Smit psixiatrik ekspertiza aparılana qədər yekun məhkəmə iclasının təxirə salınmasını xahiş edir. Smit müştərisinin psixi cəhətdən sağlam olmadığını sübut etmək istəyir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 21 Aprel 2026 14:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















