14 il anasının sağ olduğunu deyib pensiyasını aldı Braziliyada qəribə hadisə
Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Braziliyanın São Paulo şəhərində Federal Hərbi Məhkəmə yerli sakini pensiya dələduzluğuna görə məhkum edib.
“Qafqazinfo” “Qazeta.ru”ya istinadən xəbər verir ki, həmin şəxs 13 ildən çox müddət ərzində ölmüş anasını sağ kimi göstərərək 1,6 milyon realdan (təxminən 530 min manata yaxın) artıq vəsait əldə edib.
Məlumata görə, o, 2005-ci ilin sentyabrından 2019-cu ilin oktyabrına qədər anasının ölümünü gizlədib, bank kartı və şifrəsindən istifadə edərək pulları mənimsəyib, saxta sənədlər təqdim edib və üçüncü şəxsləri prosesə cəlb edib.
Bildirilib ki, dələduzluq 2019-cu ildə vergi orqanlarının yoxlaması zamanı üzə çıxıb. Təqsirləndirilən şəxs pulları nağdlaşdırıb və müxtəlif üsullarla leqallaşdırıb.
Qeyd edək ki, məhkəmə onu 5 il həbs və cərimə cəzasına məhkum edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:194
Bu xəbər 03 Aprel 2026 21:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















