Icma.az
close
up
RU
ANCAQ GÜCLÜ DÖVLƏTLƏRDƏ GÜCLÜ İDMAN VAR ŞƏRH

ANCAQ GÜCLÜ DÖVLƏTLƏRDƏ GÜCLÜ İDMAN VAR ŞƏRH

Ses qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Albaniyanın paytaxtı Tiranada 2026-cı il aprelin 20-26-da keçirilən Avropa Güləş Çempionatında Azərbaycanın əvvəlcə yunan-Roma güləşi üzrə milli komandası 2 qızıl, 3 gümüş medal, ardınca isə sərbəst güləş üzrə milli komandası 3 qızıl, 2 gümüş, 1 bürünc medal qazanmaqla komanda hesabında birinci yeri tutaraq Avropa çempionu adını qazanıblar. Sərbəst güləş üzrə Azərbaycan millisi ardıcıl 2-ci dəfə, bütövlükdə isə 6-cı dəfə Avropa çempionu olub. 1993-cü ildən idmanın bu növləri üzrə Avropa çempionatlarında müstəqil dövlət kimi iştirak etməyə başlayan Azərbaycan Tirana-2026 turnirində sərbəst güləş üzrə Avropa üzrə liderliyini bir daha təsdiqləyib, yunan-Roma güləşi üzrə isə həm medalların sayına, həm də xal hesabına görə Avropanın ən güclü üç komandasından biri olduğunu yenidən sübut edib.

Aprelin 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özünün dövlətimizə rəhbrəliyi dövründə yaratdığı ənənəyə sadiq qalaraq qalib idmançıları – son Avropa çempionatında komanda hesabında Avropa çempionu olan yunan-Roma güləşi və sərbəst güləş, həmçinin qadın güləşi üzrə medal qazanmış idmançıları və onların məşqçilərini qəbul edib. Qəbul zamanı Azərbaycan Prezidentinin güləşçilər qarşısındakı lakonik çıxışı dövlət idman siyasətinin konseptual əsaslarını, gələcək hədəflərini və əldə olunmuş uğurların fəlsəfəsini özündə birləşdirən proqram xarakterli bir nitq oldu. Dövlətimizin bədən tərbiyəsi və diman siyasəti əslində elə onun özünün adı ilə bağlı olub, praktiki əsasları 1997-ci ilin iyulunda cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin (MOK) prezidenti seçilməsi ilə, nəzəri-hüquqi fundamenti həmin ilin dekabrında “Bədən tərbiyəsi haqqında” Azərbaycan Respublikasının Qanunu (2009-cu ilin iyununda yeni Qanunla əvəz olunmuşdur) ilə yaradılmışdır.

Dövlət başçısının çıxışında onun simasında dövlətimizin idmana və idmancılara münasibətinin bir neçə konseptual cəhəti xüsusilə vurğulandı. Çıxışda diqqətçəkən ilk məqam – “Nəsillər dəyişir, amma bir şey dəyişmir, o da Azərbaycan idmanının uğurları”, – fikri ilə Azərbaycanda güləş ənənələrinin mövcudluğunun və yaşadılmasının məmnunluqla vurğulanması idi. Əvvəlki illərdə Olimpiya çempionları olmuş güləşçilərimizin idmanın bu növü üzrə milli federasiyanın rəhbərliyində və məşqçi korpusunda təmsil olunması bu sahədə daxili varisliyin qorunması kimi qiymətləndirildi və bu, Prezidentin “nəsillər dəyişdikcə güləş və bütövlükdə idman Azərbaycanda nəinki yaşayır, hətta inkişaf edir və yeni zirvələrə çatır”, - sözlərində böyük razılıqla ifadə olundu. Məşhur güləşçilərlə yanaşı, gənc idmançıların da yüksək nəticələr qazanması federasiyada seleksiya və məşq prosesinin düzgün qurulduğunun göstəricisi kimi qiymətləndirildi.

Həmişə olduğu kimi, dövlət başçımız öz nitqində idmanı sadəcə fiziki aktivlik deyil, cəmiyyətin mənəvi mühitinin əsas sütunlarından biri kimi təqdim etdi. Beynəlxalq arenalarda Dövlət Bayrağının qaldırılması gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi üçün əsas amil kimi qeyd olundu. Çıxışda Azərbaycanın 2020-ci ildə böyük zəfərlə nəticələnmiş Vətən müharibəsindən sonra “qalib dövlət və qalib xalq” statusu ilə idmandakı qələbələri arasında birbaşa uğurlu paralel də aparıldı: “Bu gün qalib dövlət və qalib xalq kimi yaşayan dövlətimiz, xalqımız, o cümlədən idman uğurları ilə fəxr edir”. Azərbaycan Prezidentinin bu sözləri hələ 2016-cı il iyulun 18-də XXXI Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyətinin yolasalma mərasimində səsləndirdiyi fikirlərin məntiqi davamı kimi səsləndi: “Biz öz yolumuzla gedirik. İdman uğurları ölkəmizin uğurlarının tərkib hissəsidir. Ancaq güclü dövlətlərdə güclü idman var”.

Qeyd edək ki, idmanın kütləviliyinin təmin olunması üçün maddi-texniki bazanın rolu həlledicidir. Bu baxımdan ölkəmizin hər bir bölgəsində inşa edilmiş olimpiya idman kompleksləri və güləş zalları gənclərin idmana cəlb edilməsi yolu ilə sağlam həyat tərzinə yönəldən, idmanda seleksiya işinin səmərəliliyini artıran, ənənələri yaşatmaq və yeni uğurlara imza atmaq üçün əsas bazadır. Hazırda Azərbaycanda bütövlükdə 50-dən çox olimpiya-idman kompleksi və kütləvi idman qurğuları var ki, onlardan da 46-sı bölgələrdə yerləşir və bu olimpiya idman komplekslərinin hamısı son 26 ildə tikilib. Azərbaycan liderinin öz çıxışında 30 ilə yaxın müddətdə Milli Olimpiya Komitəsinə rəhbərlik etməsinə istinad etməsi idman siyasətinin keçici deyil, strateji və uzunmüddətli xarakter daşıdığını göstərir, idmançılara qayğının dövlət siyasətinin prioritet istiqaməti olduğuna və bu prosesin daim nəzarətdə saxlandığına dəlalət edir.

Paytaxt Bakıda 2015-ci ildə I Avropa Olimpiya Oyunlarının, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarının, 2025-ci ildə Gəncədə və ölkəmizin digər 6 şəhərində keçirilən III MDB Oyunlarının, 2017-ci ildən paytaxtda Formula 1 Azərbaycan Qran-prisinin təşkili Azərbaycanın böyük beynəlxalq idman yarışlarının keçirilməsində çox müsbət və yüksək təşkilatçılıq səviyyəsinin formalaşdığından xəbər verir ki, nəticədə, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “ölkəmizdə keçirilən idman yarışları idman növlərini populyarlaşdırır”. Bu baxımdan xüsusilə keçən il MDB Oyunlarının paytaxtda deyil, regionlarda keçirilməsi idman potensialının bütün ölkə üzrə paylandığını sübut edir.

Prezident güləşçilərlə görüşündə idmançılarımızın peşəkarlıq göstərərək rəqiblərini ədalətli mübarizədə məğlub etməsini xüsusi qeyd etdi ki, bu da beynəlxalq arenada ölkənin nüfuzuna müsbət təsir edən amildir: “…İdmançılarımızın həm mübarizə meydanında, həm də ondan kənarda özlərini necə ləyaqətli apardıqlarını xüsusi vurğulamaq istərdim. Hakim səhvləri və ya ədalətsizliklər baş verdikdə belə, ləyaqətli davranışı qorumaq həmişə vacibdir. Çünki bəzən qərəzlilik olur – biz bunu Azərbaycan idmançılarına qarşı təkcə güləşdə deyil, xüsusən də Avropa yarışlarında dəfələrlə görmüşük... Məhz bu səbəbdən bir daha məmnunluqla qeyd etmək və arzulamaq istərdim ki, harada olmağınızdan asılı olmayaraq, – xalça üzərində və xalçadan kənarda, – layiqli davranış prinsiplərinə daim sadiq qalmağa davam edəcəksiniz. Bu, ölkəmizi təmsil edən bütün idmançılara aiddir”.

Dövlət başçımızın bu sözləri düz 4 il əvvəl, 2022-ci il aprelin 8-də Macarıstanda keçirilmiş güləş üzrə Avropa çempionatında iştirak edən Azərbaycan millisinin üzvlərini qəbul edərkən “Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanov haqqında dediyi sözləri xatırladırdı: “Bizim məşhur məşqçimiz Qurban Qurbanov çox ləyaqətli hərəkət etmişdi və qol sayıla biləcək vəziyyətdə demişdi ki, yox, bu, bizə lazım deyil, bizə saxta nailiyyət lazım deyil, qazanılmamış uğur lazım deyil. Nəyi qazanmışıqsa, öz əməyimizlə qazanmışıq. O cümlədən Qarabağ məsələsini də öz əməyimizlə, gücümüzlə, zəkamızla həll etmişik. İdman yarışlarında, yəni, feyr-pley anlayışı unudulmamalıdı və Azərbaycan idmançıları bu prinsiplərə həmişə əməl etməlidilər. Çünki bu, qələbədən də vacibdi. Çünki bilirsiniz, qələbə, əlbəttə, hər bir idmançı üçün çox önəmlidi, onun həyatında, necə deyərlər, böyük iz buraxır. Ancaq qələbədən daha vacib ləyaqətdi və biz müharibəni ləyaqətlə aparmışıq. Bu gün bütün dünya bir daha xalqımızın böyüklüyünü görür, hər şey göz qabağındadır”.

Azərbaycan Prezidenti İlham Əliyevin güləşçilərlə görüşdəki nitqi göstərdi ki, Tiranadakı qələbə təsadüfi deyil, onilliklər ərzində qurulmuş sistemli fəaliyyətin, düzgün kadr siyasətinin və dövlətin idmana sarsılmaz dəstəyinin məntiqi nəticəsidir. Çıxış həm idmançılar üçün motivasiyaedici, həm də idman rəhbərliyi üçün gələcək fəaliyyət planı (xüsusilə idmançılar arasında seleksiya işinin daha da təkmilləşdirilməsi üzrə) mahiyyəti daşıması, gələcək uğurlara böyük ümidlərin ifadə edilməsi ilə yaddaqalan oldu.

Bu uğurlara yola saldığımız 2025-ci ilin idman nəticələri də ciddi zəmin yaradır. Ötən il dekabrın 26-da ilin idman yekunlarına həsr olunan mərasimdəki nitqində Azərbaycan Prezidenti idmancılarımızın müxtəlif yarışlarda 600-dən çoxu qızıl olmaqla, bütövlükdə 2000-dən çox medal qazandıqlarını və bunun indiyə qədərki nəticələr arasında rekord olduğunu vurğulamışdı. 2025-ci ildə Bakı şəhərinin “Dünyanın İdman Paytaxtı” seçilməsi də çox böyük idman hadisəsi kimi, Azərbaycanda idmanla bağlı görülən işlərə verilən beynəlxalq qiymət kimi dəyərləndirilmişdi.

Əlbəttə, şübhəsizdir ki, bütün bu nəticələrə idmanın inkişafına yüksək səviyyədə göstərilən diqqət, aparılan uğurlu dövlət siyasəti nəticəsində nail olunmuşdur. İşğaldan azad olunmuş ərazilərimizdə idman, sağlamlıq və mədəni-məişət xidməti infrastrukturunun qurulması ilə bağlı aparılan işlər qarşıdakı dövrdə idman sahəsində daha yüksək nəticələr qazanmaq üçün əsaslı zəmin yaradır. Belə ki, 2022-ci il noyabrın 26-da imzalanan Prezident Sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın Tədbirlər Planına əsasən olimpiya idman komplekslərinin tikintisi, gənclər evlərinin tikintisi, universal idman zallarının (üzgüçülük hovuzları, gimnastika, güləş, əl oyunları, açıq tipli idman meydançaları və digər idman təsisatları ilə birgə) tikintisi, “İmarət” stadionunun (futbol məktəbi, “Qarabağ” futbol klubu üçün köməkçi idman təsisatları ilə birgə) tikintisinin 2026-cı ildə başa çatdırılması nəzərdə tutulur. Bu, dövlətimizin idmana həm də strateji sahə kimi baxdığının əyani sübutu olub, bir tərəfdən ölkədə idman sahəsində maddi-texniki bazanın daha da möhkəmləndirilməsi, idman potensialının artırılmsı və bu sahədə əldə edilən zəfərlərə yenilərinin əlavə edilməsi üçün mühüm amillərdən birinə çevriləcək, digər tərəfdən Qarabağ iqtisadi rayonunun böyük idman tədbirlərinin keçiriləcəyi bölgələrimizdən birinə çevrilməsinə şərait yaradacaq.

Elman Cəfərli

YAP Naxçıvan şəhər təşkilatının sədri, tarix üzrə fəlsəfə doktoru, dosent

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:128
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 01 May 2026 18:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see245

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see165

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see163

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see162

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see161

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see160

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see159

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see159

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see157

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see157

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see157

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see156

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see155

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see155

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see154

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see154

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see152

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see151

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see150

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri