Ançelotti Braziliyadan ayrılıb yenə Real Madrid ə qayıdacaq Razılaşma
Fanat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Cari mövsümün sonunda "Real"in baş məşqçi postunu tərk edəcək Karlo Ançelotti Madrid klubunu həmişəlik tərk etməyə bilər.
Fanat.Az xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb.
Mənbənin məlumatına görə, 65 yaşlı italyan "Real"ın prezidenti Florentino Peres və klubun digər rəhbər şəxsləri ilə yaxşı münasibət saxlamağı bacarıb. Artıq tərəflər Ançelottinin DÇ-2026-dan sonra kluba mümkün qayıdışını müzakirə ediblər. Söhbət məşqçilikdən yox, klub rəhbərliyindəki vəzifədən gedir. İtalyan mütəxəssisin hansı vəzifəni tuta biləcəyi hələlik məlum deyil.
Ançelotti 2026-cı il dünya çempionatına hazırlaşan Braziliya millisini iyun ayından etibarən çalışdıracaq.
Mirağa

“Real Madrid”dən qovulsam...” Ançelotti
09 Noyabr 2024 03:52
Ançelotti Real Madrid dən ayrılmağı düşünür
31 Mart 2025 22:14
“Real Madrid” rəhbərliyi Ançelotti ilə görüşdü
13 Aprel 2025 17:16
Ançelotti Braziliyadan imtina etdi 50 milyonluq təklif var
30 Aprel 2025 18:49
Karlo Ançelotti “Real Madrid”dən ayrılacaq KİV
20 Yanvar 2025 18:53

