Icma.az
close
up
RU
Ançelottidən Arda Gülər ilə bağlı yeni açıqlama: Zamana ehtiyacı var

Ançelottidən Arda Gülər ilə bağlı yeni açıqlama: Zamana ehtiyacı var

Footbal-plus saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İspaniya kubokunda yarımfinalın ilk oyununda ''Real'' fevralın 26-da ''Real Sosyedad''ın qonağı olacaq.

Oyunöncəsi mətbuat konfransında baş məşqçi Karlo Ançelottiyə Arda Gülər ilə bağlı da sual ünvanlanıb. Fevralın 25-də 20 yaşı tamam olan Arda son 5 rəsmi oyunun hamısını ehtiyatda keçirib!
O, sonuncu dəfə fevralın 5-də ''Leqanes''lə qarşılaşmada ikinci hissədə meydana çıxaraq oynamaq şansı qazanıb. İspaniya mətbuatında Arda Gülər və Endrik kimi gənclərin Ançelottidən narazı olduqları, gələn mövsüm icarə əsasında başqa kluba yollanmaq istədikləri barədə iddialar dolaşır. Ünlü mütəxəssis bu mövzu haqda suala belə cavab verib:

''Hər hansı bir durumla bağlı şübhəsi olan istənilən futbolçu söhbət üçün mənim otağıma gələ bilər. Mən hər kəslə danışıram. Bura Arda ilə Endrik də daxildi. Mətbuatda yazılanlar haqda mən də eşitmişəm. Amma bu olay konkret mənim özümə qədər gəlib çıxmayıb. Unutmayaq ki, ''Real'' dünyanın ən güclü klubudu və burda rəqabət ən üst səviyyədədi. Arda da hər kəs kimi çalışır, oynamaq istəyir. Ancaq bu dönəmdən bütün gənc futbolçular keçib. Rodriqo da, Vinisius da, Valverde də... Ardanın dünyanın ən güclü klubunda start heyətinə düşməsi üçün zamana ehtiyacı var. Dediyim kimi rəqabət çox güclüdü və bunu hər kəs anlamalıdı. Hətta anlamayan da gec-tez anlamalıdı. Hər futbolçu oynamaq istəyir. Oynamaq istəyənlər durmadan çalışmalı və öyrənməlidi. Arda ilə lap da çox zaman keçirə bilmirəm. Digərləri ilə daha uzun müddət birlikdə oluram. Bəzi futbolçuların mənimlə eyni fikirdə olub-olmadıqlarını bilmirəm''.


Türkiyəli yarımmüdafiəçi bu mövsüm La Liqada 25 qarşılaşmanın 16-da oynayıb. O, bunlardan yalnız 6-da start heyətində meydana çıxıb və 604 dəqiqə oynamaq şansı qazanıb.
Ümumilikdə Arda cari ''futbol ili''ndə bütün turnirləri nəzərə almaqla ''Real''da ən çox oynayan futbolçuların siyahısında yalnız 18-ci pillədədi.
ƏLİ
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 25 Fevral 2025 23:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see276

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see259

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see246

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see229

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see225

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see217

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see210

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see207

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see201

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see201

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see201

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see193

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see185

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see182

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see182

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see177

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see173

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see169

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri