Icma.az
close
up
RU
Ançelottidən gələcək taleyi və Arda Gülər haqda yeni açıqlama

Ançelottidən gələcək taleyi və Arda Gülər haqda yeni açıqlama

Icma.az, Footbal-plus saytına istinadən bildirir.

Karlo Ançelottinin gələcəyi hazırda dünya futbolunda ən çox müzakirə olunan mövzulardan biridi.

Uğursuz mövsüm keçirən və La Liqa istisna olmaqla bütün turnirlərdən əlini üzən ''Real''ın yayda məşqçi dəyişikliyinə gedəcəyi gözlənilir. Ançelottini əvəzləməyə əsas namizəd Xabi Alonsodu.
Bu arada italiyalı çalışdırıcı ''Selta'' ilə oyunöncəsi mətbuat konfransında sual ''bombardıman''ına tutulub. Ona gələcəyi ilə bağlı çoxsaylı suallar verilib. Ançelottiyə həm də Arda Gülər ilə bağlı sual ünvanlanıb. Təcrübəli məşqçi bunları deyib:

''Bir şey deyə bilərəm ki, bu kluba, oyunçulara və fanatlara çox bağlıyam. Gələcəyim haqda bütün suallara mayın 25-də cavab verəcəm. İndi bizi yalnız bu günkü durumumuz və qarşıdakı oyun maraqlandırır. Sona qədər savaşmalıyıq. Çempionatı hələ qazana bilərik. Heyətdə ciddi problemlərimiz olsa da, qalib gələcəyimizə inanırıq. Mən belə görürəm ki, siz qarşıdakı oyun haqda yox, yalnız mənim gələcəyim haqda danışmaq istəyirsiz. Amma sizi məyus etməli olacam. İndi gələcəyim haqda danışmaq fikrim yoxdu. Nə etməli olduğumu, nə edəcəyimi və nə etdiyimi gözəl bilirəm. ''Real'' ilə vidamı necə təsəvvür edirəm? Bilirəm ki, vida mərasimi çox gözəl keçəcək. Çünki burda mükəmməl 6 il keçirmişəm. Bu müddətdə heç kimlə mübahisəm olmayıb. Son günə qədər də belə davam edəcək. Ayrılmağım mayın 25-nə də təsadüf edə bilər, 2026-cı ilə də. Yeni məşqçi axtarışları ilə bağlı yazılanlar məni maraqlandırmır. Bu xəbərlərin arxasında klub dayanmır. Bu xəbərlərin çoxu doğru deyil. Arda Gülər gəldiyi gündən bu yana çox inkişaf edib və inkişaf etməkdə də davam edir. Gələcəkdə bu klub üçün çox önəmli futbolçu olacaq. Səviyyəsini göstərməyi və sabit oynamağı bacarır. Mükəmməl bir mərkəz yarımmüdafiəçisinə çevriləcək. Çünki hazırda dünya futbolunda Arda səviyyəsində mərkəz yarımmüdafiəçilərin sayı çox deyil. Bu, karyeramın ən qarışıq mövsümüdü? Fərdi baxımdan xeyir. Amma peşəkar baxımdan bəli, heç vaxt bu cür qarışıq mövsüm yaşamamışdım. Həm də nəzərə alaq ki, ötən mövsümü çox əla keçirmişdik. Ancaq bu mövsüm çətinliklərimiz çox oldu. Bununla belə hələ də bir titul qazana bilərik. Çempion olsaq bu mövsümlə bağlı təsəvvürləri dəyişə bilərik''.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 03 May 2025 18:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see367

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see308

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see290

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see264

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see254

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see248

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see237

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see231

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see223

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see222

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see214

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see203

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see191

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see187

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see186

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see182

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see179

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see178

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see165

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri