Icma.az
close
up
RU
Menu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Ən çox qazanan televiziya aktyorları...

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Bu ilin büdcəsində niyə profisit yaranıb?

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

“Andlı iclasçıların da rəyinə mənfi təsir göstərilib” Seyfəddin Hüseynli

“Andlı iclasçıların da rəyinə mənfi təsir göstərilib” Seyfəddin Hüseynli

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Rusiyanın Yekaterinburq şəhərində yerli məhkəmənin barələrində hökm çıxardığı azərbaycanlıların, o cümlədən Səfərovların vəkilləri apellyasiya şikayəti verəcəklər.

Bu barədə Musavat.com-a açıqlamasında məhkəmənin 10 il azadlıqdan məhrum etdiyi Bakir Səfərovun qardaşı - “Mədəni və Etnik Müxtəliflik Mərkəzi” ictimai birliyinin sədri, tanınmış ədəbiyyatşünas və redaktor Seyfəddin Hüseynli məlumat verib.

Qeyd edək ki, martın 5-də Yekaterinburqda rayon məhkəməsinin qərarı ilə Uraldakı Azərbaycan diasporunun keçmiş lideri Şahin Şıxlinski 22 il, Akif Səfərov 21, Ayaz Səfərov 20, Kamal Səfərov 14, Məzahir Səfərov 13, Şücayəddin Rəcəbov 14, Bakir Səfərov 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qərara əsasən, Ş.Şıxlinski cəzasının ilk dörd ilini həbsxanada keçirəcək, daha sonra isə ciddi rejimli cəza koloniyasına köçürüləcək. Bundan əlavə, zərərçəkənlərə ümumilikdə 600 min rubl ödəməsi, həmçinin Şıxlinskinin əmlakının – dörd avtomobil, iki yaşayış sahəsi və külli miqdarda nağd pulun müsadirə olunması qərara alınıb.

S.Hüseynlinin sözlərinə görə, həm qardaşı Bakir Səfərov, həm də digər həbs olunanlarla vəkillər vasitəsilə əlaqə saxlamaq mümkün olsa da, bu proses heç də asan deyil: “Vəkillər vasitəsilə müəyyən qədər əlaqə imkanı var. Lakin müxtəlif səbəblərdən məlumat almaq, telefon əlaqəsi saxlamaq çox çətinləşdirilib və yalnız məhdud informasiya əldə edə bilirik. Saxlanma şəraiti nisbətən qənaətbəxşdir. Çıxarılan hökmün ədalətsiz olduğunu düşünürük. Həm hüquqi, həm də insani baxımdan bütün normalar pozulub”.

S.Hüseynli bildirib ki, artıq vəkillər tərəfindən müvafiq hüquqi addımlar atılır və apellyasiya instansiyasına müraciət edilməsi üçün sənədlər hazırlanır. Onun bildirdiyinə görə, cinayət işi üzrə nə istintaq mərhələsində, nə məhkəmə prosesində, nə də ittiham tərəfinin çıxışlarında konkret olaraq 62 yaşlı ziyalı və pedaqoq Bakir Səfərov barəsində heç bir dəlil-sübut ortaya qoyulmayıb: “Əslində belə dəlilin olması da mümkün deyil, biz buna tam əminik. Çünki olmayan və baş verməsi mümkünsüz əməlin dəlil-sübutu da ola bilməz. İş üzrə zərərçəkmiş qismində tanınan şəxslərin ifadələri də ittihamları inkar edir. Əksinə, onların çıxışlarında da, yazılı ifadələrində də onun təqsirsizliyi barədə qətiyyətli ifadələr var: “Lakin məhkəmə qərəzli, tam ədalətsiz mövqe göstərərək bunları nəzərə almayıb. Hətta andlı iclasçıların da rəyinə mənfi təsir göstərilib. Bu və digər məqamlar açıq-aydın göstərir ki, istintaq əsassız materiallar təqdim edib və məhkəmə ədaləsiz, qanunlara zidd hökm çıxarıb. Yəni həbs olunmuş soydaşlarımıza qarşı yerli məhkəmənin ədalətsiz və qərəzli münasibəti aşkardır”.

Onun sözlərinə görə, hətta zərərçəkmiş şəxslər belə günahsız bir insanın ağır cəzalandırılmasını qəbul etmir və bundan narahatlıq ifadə edirlər: “Bu məsələ artıq təkcə ayrı-ayrı şəxslərlə bağlı deyil. Başqa bir millətə mənsubluğa görə, başqa ölkəylə vətəndaşlıq, soydaşlıq bağı olması səbəbindən insanlara qarşı belə münasibət qəbuledilməzdir ”.

S.Hüseynli əlavə edib ki, hazırda hüquqi proseduralar davam etsə də, bu, təxminən formal xarakter daşıyır. Həbsdə olan həmin soydaşlarımız da, onların doğmaları da uca Allaha və Azərbaycan dövlətinə, Azərbaycan-Rusiya münasibətlərindəki son günlər müşahidə olunan yaxınlaşmanın müsbət nəticə verəcəyinə daha çox ümid bağlayırlar: “Dövlətimizin gücünə, Azərbaycan rəhbərliyinin öz vətəndaşlarına və soydaşlarımıza daim göstərdiyi diqqət və qayğıya ürəkdən ümidvarıq”.

Onun sözlərinə görə, həbsdəki soydaşlarımızla əlaqədar apellyasiya şikayətlərinə nə vaxt baxılacağı və nə ilə nəticələnəcəyi barədə dəqiq fikir söyləmək mümkün deyil: “Bu, Rusiyanın müvafiq orqanlarının sözügedən məsələyə münasibətdə necə davranacağından asılıdır”.

Xatırladaq ki, S.Hüseynlinin iki qardaşı – Hüseyn və Ziyəddin Səfərovlar ötən il iyunun 27-dəki “Yekaterinburq hadisələri” zamanı Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən qətlə yetirilib.

Məlumata görə, təhlükəsizlik qüvvələri 2025-ci ilin yayında azərbaycanlıları saxlayıb. Səfərov qardaşları (Ayaz, Bəkir, Məzahir, Kamal və Akif), eləcə də Şücayəddin Rəcəbov və Şahin Şıxlinski məhkəməyəqədər həbs qətimkan tədbiri ilə saxlanılıb və iki epizod üzrə ittiham olunublar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://525.az
archiveBu xəbər 17 Mart 2026 16:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see301

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see295

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see289

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see280

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see270

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see264

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see255

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see254

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see248

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see247

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see244

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see235

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see231

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see228

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see228

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see225

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

16 Noyabr 2026 18:22see215

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see209

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see206

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

16 Noyabr 2026 23:35see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri