Icma.az
close
up
RU
Andrade: “Verilən qərarlar rəqiblər tərəfdən narazılıqla qarşılanır”

Andrade: “Verilən qərarlar rəqiblər tərəfdən narazılıqla qarşılanır”

Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Qarabağ” Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyununda “Araz-Naxçıvan”ı 3:0 məğlub etdi.

İlk oyunda 0:1 hesabıyla uduzan “atlılar” iki oyunun nəticəsinə görə ölkə kubokunun finalına yüksəldi.

“Qarabağ”ın yarımmüdafiəçisi Patrik Andrade oyundan sonra fikirlərini “Futbolpress.az”a açıqladı:

– Çox çətin oyun alındı. Xüsusən, ilk hissədə nə şans yarada, nə də qol vura bildik. İkinci yarıda isə şanslar yaradıb, qollarımızı vurduq və finala çıxdıq.

– Yassin Benzianın Karlos Jatobaya etdiyi kobudluğu baş hakim sarı vərəqəylə qiymətləndirdi. Lakin rəqib orada “qırmızı” verilmədiyinə görə etiraz etdi. Həmin epizod barədə nə deyə bilərsən?
– Son vaxtlar bizə qarşı verilən qərarlar rəqiblər tərəfdən narazılıqla qarşılanır. Niyə görə belə olduğunu bilmirəm. Amma buna hazırıq. Bizim üçün problem yoxdur. Fikrimcə, qərar düzgün idi. “Sarı” kifayət edirdi.

– Fasilə zamanı nə danışdız ki, ikinci yarıda 3 qol vurub, mərhələ adlamağı bacardız?
– Futboldur, uda da, uduza da bilərsən. Şansımıza sona qədər inanmışıq. Baş məşqçimiz də göstəriş verdi ki, səbrli, təmkinli davranaq. Yekunda isə şanslarımızdan yaxşı istifadə etdik.

– Artıq uzun illərdir ki, həm çempionat, həm də kubokda dominantlıq edirsiz. Demək olar ki, qələbələr, kuboklar “Qarabağ” üçün adiləşib. Bəs, oyunlara necə motivasiya olursuz?
– Biz motivasiya olmaqda çətinlik çəkmirik. Çünki Qurban müəllim hər oyun bizdən bunu tələb edir. Ona görə də hər oyuna maksimum dərəcədə hazırlaşırıq. Demirəm ki, rəqiblərimiz hazırlaşmır. Onlar da hazırlaşırlar. Ancaq Qurban müəllim hər oyuna, məşqə ciddi yanaşmağımızı tələb edir. Ona görə bizim üçün çempionat, kubok və ya avrokubok matçı olmasının fərqi yoxdur. Əlimizdən gələni edirik. Hər oyuna 100 faiz motivasiya ilə çıxırıq.

– Klubla müqavilən cari mövsümün sonunda bitir. Danışıqlar aparılırmı?
– Bu barədə danışmaq istəmirəm.

– Bu mövsüm Avropada yeganə məğlub etdiyiniz komanda “Bodo-Qlimt” yarımfinala qədər yüksəldi. Rəqibinizin belə nəticəsi haqda nə deyə bilərsən?
– Əzmkarlıq olanda, sonda belə nəticələr əldə edilir. Çox güclü komandadır, onları çox sevirəm. Belə rəqiblərə qarşı oynamaq xoşdur. İndi də Avropa Liqasında onlara azarkeşlik edirəm.

Mirkamal Kazım

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:87
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 24 Aprel 2025 10:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see202

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see190

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see184

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see169

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see164

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see151

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see150

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see150

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see147

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see145

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see145

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see129

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri