Yaxşı hazırlaşmışıq Andrade
Unikal.az saytına istinadən Icma.az xəbər verir.
Sabah bizi ciddi oyun gözləyir. Matça yaxşı hazırlaşmışıq. Bu gözəl arenada azarkeşlərimizi sevindirməyə çalışacağıq.
"Unikal" xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Leandro Andrade UEFA Çempionlar Liqasının əsas mərhələsində Bakıda Danimarkanın "Kopenhagen" komandasına qarşı keçirəcəkləri II tur oyunundan öncə mətbuat konfransında deyib.
Kabo-verdeli yarımmüdafiəçi "Kopenhagen"in əla komanda olduğunu bildirib: "Çempionlar Liqasında iştirak edən bütün komandalar güclüdür. Yaxşı nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik".
L.Andrade sabahkı matçda qol vurub-vurmayacağı ilə bağlı sualı isə belə cavablandırıb: "Əsas olan komandanın meydanda sonadək mübarizə aparmasıdır. Düşünürəm ki, çox maraqlı oyun olacaq".
Qeyd edək ki, oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Kopenhagen" oyunu saat 20:45-də başlayacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 30 Sentyabr 2025 15:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















