Andrea Boçelliyə məxsus villadan 500 min avroluq oğurluq edildi
Icma.az, Moderator.az saytına istinadən bildirir.
İtaliyanın Toskana vilayətində yerləşən tanınmış Forte-dei-Marmi kurort qəsəbəsində italiyalı tenor Andrea Boçellinin ailəsinə məxsus villa qarət olunub.
Moderator.az"Il Tirreno" nəşrinə istinadən xəbər verir ki, cinayətkarların ələ keçirdiyi əmlakın dəyəri 500 min avro məbləğində qiymətləndirilir.
Qeyd olunub ki, oğurluq zamanı evdə heç kim olmayıb. Villa həmin vaxt amerikalı turist ailəsinə müvəqqəti olaraq kirayəyə verilib.
Cinayətkarlar zinət əşyalarını, bahalı saatları, brend çantaları və nağd pulu aparıblar. Araşdırmaya başlayan polis müəyyən edib ki, ev mühafizəyə verilməyib və siqnalizasiya söndürülüb.
Bildirilir ki, görmə qabiliyyəti olmayan tenorun ailəsinə həmin ərazidə bir neçə daşınmaz əmlak məxsusdur. Evlərin bir hissəsi yay mövsümündə varlı turistlərə kirayəyə verilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:156
Bu xəbər 28 İyun 2026 20:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















