Icma.az
close
up
RU
Çinlilər Azərbaycanda villadan 357 min manatlıq oğurluq edib

Çinlilər Azərbaycanda villadan 357 min manatlıq oğurluq edib

Qaynarinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Sumqayıtda "Villa Badam” yaşayış kompleksində yerləşən villadan külli miqdarda oğurluq edən Çin vətəndaşları 1981-ci il təvəllüdlü Wei Zhinjian və 34 yaşlı Wei Hongfunun məhkəmə prosesi başa çatıb.

Teleqraf-ın məlumatına görə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Wei Zhinjian 7 il 6 ay, onunla cinayət əlaqəsinə girən tanışı isə 2 il müddətinə azadlqıdan məhrum edilib.

Onlar sözügedən ünvandakı dəmir seyfdən 134500 ABŞ dolları, 10 min manat pul və qiymətli qızıl-zinət əşyaları aparmaqla zərərçəkənə ümumilikdə 357.194 manat dəyərində ziyan vurublar.

Məhkəmədə Wei Hongfu ifadəsində bildirib ki, Bakıya işləmək üçün gəliblər:

"Wei He bizi işləmək üçün Bakıya çağırmışdı. O, bizə iş tapmaq üçün ikimizin də pasportunu götürdü, lakin bizə iş tapa bilmədiyinə görə evdən oğurluq etməyimizi istədi. Wei He bizə evə girib axtarmağı, nəsə bir şey varsa götürməyi və əgər dediyini etməsək, pasportlarımızı geri qaytarmayacağını söylədi. Evə girdikdən sonra, seyf də daxil olmaqla tapdığımız hər şeyi götürdük. Daha sonra seyfi açdılar və seyfin içərisində də nə var idisə, hamısını götürdük. Wei He bizə təxminən 80000 ABŞ dolları pul verdi və Dubaya getməyimizi söylədi. Bundan sonra hava limanına getdik və bizi tutdular”.

Məhkəmədə zərərçəkən Tofiq Məmmədov (ad-soyad şərtidir) bildirib ki, oğurlanan pul vəsaitləri və qızıl-zinət əşyalarının məbləği əslində ittiham aktında qeyd olunan 357194 manatdan çoxdur:

"Elə zinət əşyaları var idi ki, onların qiyməti baha idi və onları "lom” qiyməti ilə hesablamaq olmazdı. Mənim evimi təqsirləndirilən şəxslərə kimin göstərdiyini bilmirəm. "Villa Badam” yaşayış kompleksində 170 villa var. Həmin vaxt mənim evim kimi işığı yanmayan onlarla villa var idi. Mən 45 il dövlət qulluğunda işləmişəm və mənim heç bir xarici ölkə ilə əlaqəm olmayıb.”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:165
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 27 Noyabr 2025 11:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1063

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see367

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see364

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see303

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see276

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see248

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see229

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see228

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see216

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see214

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see210

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see203

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see198

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see194

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see188

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see187

“O hələ sağdır... onun poetikasının dünya ədəbiyyatına çıxışına şərait yaratmaq hələ də gec deyil...”

10 Oktyabr 2026 20:32see181

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see174

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see170

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri