Andrey Pyatnitski Ayaz barədə: O, özündən tez çıxan və küsəyəndir
Icma.az, sport24.az portalına istinadən məlumat yayır.
"Ayaz Quliyevin ulduz olacağını düşünürdüm, amma alınmadı". Sport24.az xəbər verir ki, bunu Rusiya millisinin sabiq futbolçusu Andrey Pyatnitski hazırda "Sabah"da çıxış edən Ayaz Quliyev haqqında danışarkən deyib.
"Spartak"ın gənclərdən ibarət komandasının sabiq məşqçisi "Çempionat"a müsahibəsində yetirməsinin öz potensialını tam aça bilmədiyini vurğulayıb. Jurnalistin "Bu onun çətin xarakteri ilə bağlıdır?" sualına Pyatnitski belə cavab verib:
"Bəli, elədir. O, özündən tez çıxan və küsəyəndir. Bu onun karyerasına təsir edib".
Qeyd edək ki, Ayaz Quliyev 2023-cü ildən "Sabah"da çıxış edir. Azərbaycan əsilli rusiyalı yarımmüdafiəçi bu mövsüm Premyer Liqada cəmi 4 oyun keçirib və qol vura bilməyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 27 Dekabr 2024 17:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















