Özündən çıxan sürücü qayda pozmayan maşına yaxınlaşıb görün nələr dedi VİDEO
Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Paytaxtın Badamdar şosesində sürücülər arasında baş vermiş mübahisə anbaan kameraya düşüb.
Bu barədə izləyicilərdən biri Avtosfer.az-ın “İnstagram” ünvanına videomaterial göndərib. Videodan da göründüyü kimi, görüntünü qeydə alan sürücü hərəkətdə olduğu zolaqdan sağa manevr edib. Bir müddət sonra 10-VZ-026 dövlət nömrə nişanlı “Ford Fusion” markalı avtomobilin sürücüsü ona dəfələrlə siqnal verib. Ardınca o, maşına yaxınlaşaraq sürücüylə mübahisə etməyə başlayıb. Belə ki, o, görüntünü qeydə alan sürücüyə “Nə olub? Üstümə niyə sürürsən?” deyib. Digər sürücü isə “Mən zolağımla gedirəm” - deyə, ona cavab verib.
Qeyd edək ki, “Ford”un sürücüsünün sağ zolaqla hərəkət etməsi videoda aydın şəkildə əks olunub. Digər tərəfdən sözügedən ərazidə yol getdikcə daraldığı üçün sürücülər arasında belə anlaşılmazlıq yarana bilər.
Nərmin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 14 May 2025 18:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















