Icma.az
close
up
RU
Androloqa müraciət etmək üçün 10 əsas səbəb KİŞİLƏR, MÜTLƏQ OXUYUN

Androloqa müraciət etmək üçün 10 əsas səbəb KİŞİLƏR, MÜTLƏQ OXUYUN

Icma.az bildirir, Saglamolun portalına istinadən.

Bir çox başqa kişilər kimi, siz də həyatın qarşınıza qoyduğu bütün suallara özbaşına cavablar tapmağa çalışırsız?

Və əlbəttə ki, bu işdə sizin ən etibarlı köməkçiniz internetdir. Sağlamlığınızla bağlı problemlər ortaya çıxanda istisna deyil ki, ilk növbədə noutbuku açırsız. Həqiqətən də çox asandır: özündə hər hansı bir əlamətləri aşkar edib, axtarışa “açar” sözləri daxil edən kimi istənilən həyat məsələləri ilə bağlı cavablar alırsan.

Elə dərman preparatlarının əksəriyyətini də ölkəmizdə reseptsiz almaq mümkündür - getdin, aldın və qəbul etdin. Tez, ucuz və rahat. Fikirləşirsiz ki, xəstəliyi aldada bildiniz və ya qismətdən qaçdınız? Çox təəssüf ki, belə özbaşına müalicə pis nəticələrə gətirib çıxara bilər. Nəticədə isə:

1. Xəstəlik xroniki formaya keçə bilər və artıq təxmin etdiyiniz kimi, o, sizi bütün həyatınız boyu tərk etməyəcək.

2. İstər orqanların birində, istər bütövlükdə orqanizmdə ciddi pozuntulara gətirib çıxaran ağırlaşmalar yarana bilər.

3. “Diaqnoza düşməmək” ehtimalı və digər bir xəstəlikdən müalicə olmaq ehtimalı yüksəkdir (siz axı mütəxəssis deyilsiniz!)

4. Dərman preparatlarına qarşı ağır allergik reaksiyalar əmələ gələ bilər.

Ümumiyyətlə, öz kişi sağlamlığınızı riskə atmağa dəyməz. Bu gün biz androloqun əyani qəbuluna düşməyin lazım olduğunu göstərən 10 əsas əlamətdən danışacağıq.

1. Sidik kanalından (uretradan) ifrazatlar.

Uretradan normada sidik və sperma ifraz edilməlidir, yalnız o şərtlə ki, siz özünüz bunu istəyirsiz (və siz gənc yaşda deyilsiz, həmçinin seksual cəhətdən özünüzü uzun müddət saxlamırsız, hansı ki, özü-özlüyündə yaxşı bir hal deyil). Əlbəttə ki, uretra və prostat vəzinin fizioloji ifrazatları vardır, lakin bu axıntılar normalarına görə elə az miqdardadırlar ki, onları heç görməyə də bilərsiz. Əgər sizdə uretradan ifrazatlar varsa, bu o demək deyil ki, mütləq cinsi infeksiya ilə yoluxma baş verib. Bunlar soyuqlamadan sonra sidik kanalı və prostat vəzidə özünü büruzə verən iltihabdan da ola bilər. Həmçinin, digər orqanlarda hər hansı bir xəstəliyin ağırlaşması ola bilər. Hər halda, siz qeyri-adi bir şey görsəniz və ya hiss etsəniz, o zaman mütləq mütəxəssisin qəbuluna düşün.

2. Uretrada kəskin ağrılar, qıcıqlanma və qaşınma.

Sidik kanalında vaxtaşırı sağlam insan da müxtəlif hisslər keçirə bilər, bu isə aktiv cinsi həyatın davamlılığı, qoruyucu və lubrikantların, ədviyyaların istifadəsi ilə də bağlı ola bilər. Lakin bu, müntəzəm şəkildə baş verirsə və əlamətlərin güclənməsi ilə müşahidə olunursa, o zaman vaxtı uzatmaq olmaz – artıq həkimə müraciət etməyiniz lazımdır.

3. Aralıq nahiyəsində, xayalarda, anusun ətrafında, belin aşağı nahiyəsində olan ağrılar.

Bax bu artıq onun əlamətidir ki, sizdə problemlər var (əlbəttə ki, dünən sən at çapıb, qaydasız döyüşdə və küçə davasında iştirak etməmisənsə).

4. Sidik ifrazının pozulması.

Sidik axını zəifləyibsə, bu ciddi simptomdur. Siz daimi olaraq rahatlaşıb boşalmaq istəyirsizsə və ya əksinə, unitaz qarşısında uzun müddət dayanaraq düşüncələrə qapılırsızsa? Siz gəlin bir həkimə gedin. Bu əlamətlər ciddi xəstəliklərin əlamətləri ola bilər.

5. Sidik və ya spermada rəng dəyişikliyi və ya hər hansı qatqıların əmələ gəlməsi (çirk, qan).

Bu, niyə baş verir? Yalnız mütəxəssis bundan baş çıxarda bilər.

6. Xarici cinsiyyət orqanlarının üzərində (ləkələrin, eroziyanın, yara-xoraların) və ya törəmələrin (“şişlərin”) əmələ gəlməsi.

Bunlar çirkdən və ya istidən deyil. Çox güman ki, siz hansısa xəstəliyə yoluxmusuz.

7. Libidonun (istəyin, ehtirasın) azalması və ya tamamilə olmaması

Əgər siz libidonun artırılması yollarına aid olan məqaləni artıq oxumusuzsa və yenə sizə heç bir şey kömək etmirsə, istisna deyil ki, sizin orqanizmində problem var – müalicə olmaq lazım olacaqdır.

8. Ereksiyanın zəifləməsi (cinsi zəiflik).

Ola bilsin ki, siz yorulmusuz, yaxşı yuxu almamısız və ya stress keçirmisiz. Lakin problem daha da dərin ola bilər, o hormonal funksiyanın pozulması, damarların, daxili orqanların və ya sidik-tənasül sisteminin xəstəlikləri ilə əlaqədar ola bilər.

9. Asteno-vegetativ sindrom

Halsızlıq, yüksək yorğunluq, iş qabiliyyətinin aşağı düşməsi, əsəbilik, dəyişkən əhval-ruhiyyə, yuxu pozuntusu, tərləmə, nəbzin sürətlənməsi və s. Belə sindroma adətən xroniki prostatitdən əziyyət çəkən kişilərdə rast gəlinir.

10. Sizi həyəcanlandıran istənilən simptomlar və suallar

Cinsiyyət orqanlarının sizi qane etməyən ölçüləri və ya rəngi, qadınlarla tanış olmamaq bacarığı, valideynlər tərəfindən təzyiq, seksual pozalardan qeyri-məmnunluq və s. Mən, 15 ildir ki müxtəlif androloji xəstəliklərdən əziyyət çəkən və hərdən qeyri-adi olan şikayətlərlə də gələn xəstələri qəbul edirəm. Yəni bu məqalədə yazılan səbəblər daha çox rast gəlinəndi, amma başqa səbəblər də ola bilər.

Buna görə də əgər sizdə hər hansı problemlər və ya suallar varsa, o zaman ən yaxşısı androloqa müraciət etməkdir. Özünə hörmət etmək, sağlamlığa isə dəyər vermək lazımdır. Uğurlar!

Dr. Orxan Ağabəyov

Androloq-seksopatoloq

Aile.lent.az

.

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:133
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 16:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri